Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1833/2021 18.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, ölüm faktının qeydə alınması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum qardaşları 01 dekabr 1965-ci il tarixdə anadan olmuş X6 03 iyun 1998-ci il tarixdə Göyçay şəhərində, 23 may 1961 -ci il anadan olmuş X4 1961 -ci ildə tarixdə Göyçay şəhərində və 01 yanvar 1967-ci il anadan olmuş X7 1967-ci ildə Göyçay şəhərində vəfat etməsi faktın barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, X5 miras qalmış əmlaka vərəsəlik hüququ əldə etmək məqsədilə notariat kontoruna sənədlər təqdim edərkən məlum olmuşdur ki, 03 iyun 1998-ci il tarixdə Göyçay şəhərində vəfat etmiş 01 dekabr 1965-ci il təvəllüdlü qardaşı X6, 1961-ci ildə Göyçay şəhərində vəfat etmiş 23 may 1961 -ci il təvəllüdlü qardaşı X4 və 1967-ci ildə tarixdə Göyçay şəhərində vəfat etmiş 01 yanvar 1967-ci il təvəllüdlü qardaşı X7 ölümü Maraqlı şəxsndə qeydə alınmamışdır. Həmin vaxtdan uzun müddət keçdiyindən ölüm haqqında şəhadətnaməni ala bilməmişdir. Mərhumların ölümü heç bir tibb müəssisəsində qeydə alınmadığı üçün qeydiyyat şöbəsinə ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilməməyindən qardaşlarının ölümünün qeydiyyatını aparmaq mümkün olmamışdır. Qeydiyyat şöbəsinin 23 iyul 2021-ci il tarixli məktubu ilə məhkəməyə müraciə etməyim tövsiyyə olunmuşdur. Buna görə də ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid Məmədrəhim qızı göstərmişdir ki, Ərizəçi onun bacısının qızıdır. 01 dekabr 1965-ci il tarixdə anadan olmuş X14, 23 may 1961 -ci il anadan olmuş X4 və 01 yanvar 1967-ci il anadan olmuş X15 onun bacısı uşaqlarıdır. Onlar Göyçay şəhərində vəfat etmişlər. İş üzrə maraqlı tərəf Maraqlı şəxsnə məhkəmənin yeri və vaxtı barədə məlumat verilmiş, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçini dinləyən və iş üzrə təqdim edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş “E-notariat” X1 vasitəsilə “X12” AQİS-dən çıxarışdan görünür ki, X14 01.12.1965-ci il tarixdə, X10 23.05.1961-ci il tarixdə, X15 isə 01.01.1967-ci il tarixdə anadan olmuşdur. Ataları – X16, anaları X2r. Məhkəməyə təqdim edilmiş X9 surətindən görünür ki, X18 ilə X17 19.08.1997-ci il tarixdə nikah bağlamışlar. X11 Qurbanova soyadı verilmişdir. Məhkəməyə təqdim edilmiş X8 surətindən görünür ki, X3 07.03.2012-ci il tarixdə, X16 08.07.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 23.07.2021-ci il tarixli məktubdan görünür ki, X6, X4 və X7 ölüm haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. X6, X4 və X7 ölümünün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə Maraqlı şəxsnə təqdim olunmalıdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda isə ölüm haqqında akt qeydinin qeydə alınması mümkün deyildir. Bu səbəbdən Göyçay Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Ərizəçi mərhum qardaşları 01 dekabr 1965-ci il tarixdə anadan olmuş X6 03 iyun 1998-ci il tarixdə Göyçay şəhərində, 23 may 1961 -ci il anadan olmuş X4 1961 -ci ildə tarixdə Göyçay şəhərində və 01 yanvar 1967-ci il anadan olmuş X7 1967-ci ildə Göyçay şəhərində ölümünün qeyd edilməsini başqa qaydada əldə edə bilməz. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi qardaşları 01 dekabr 1965ci il tarixdə anadan olmuş X6 03 iyun 1998-ci il tarixdə Göyçay şəhərində, 23 may 1961-ci il anadan olmuş X4 1961 -ci ildə tarixdə Göyçay şəhərində və 01 yanvar 1967-ci il anadan olmuş X7 1967-ci ildə Göyçay şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi qardaşları 01 dekabr 1965-ci il tarixdə anadan olmuş X6 03 iyun 1998-ci il tarixdə Göyçay şəhərində, 23 may 1961 -ci il anadan olmuş X4 1961 -ci ildə tarixdə Göyçay şəhərində və 01 yanvar 1967-ci il anadan olmuş X7 1967-ci ildə Göyçay şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. Bu qətnamə X6, X4 və X7 ölümünün qeydiyyat orqanında qeydə alınaraq, ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamənin icrası Göyçay rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1833/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1833/2021
18.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver