Məhkəmə qərarları › İş №2(046)-1836/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1836/2023

17.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1836/2023 17.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qızıl-zinət əşyaları tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəyəri 1300 manat olan gül formalı nişan üzüyünün mövcud olmadığı təqdirdə dəyərinin Cavabdeh2 və dəyəri 2000 manat olan komplekt dəstinin (qolbaq,üzük,boyunbağı, sırğa) və dəyəri 550 manat olan uşağ qolbağın mövcud olmadığı tədqdirdə dəyəri olan 2550 manat pulun Cavabdeh1 alınaraq ona verilməsi və dövlət rüsumu kimi ödədiyi 59 manat pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh X1 ilə xx.xx.2017-ci il tarixdə nikah bağlamışlar. Birgə nikahdan xx.xx.2018-ci il tarixdə X2 və xx.xx.2019-cu il tarixdə X3 anadan olmuşdur. Nişan və toy mərasimində ona qızıl-ziynət əşyaları olan dəyəri 1300 manat olan gül formalı nişan üzüyü, dəyəri 2000 manat olan komplekt dəstİ (qolbaq,üzük,boyunbağı,sırğa) hədiyyə edilmişdir. Bundan başqa azyaşlı oğlu üçün cavabdeh tərəfindən dəyəri 550 manat olan qolbaq hədiyyə edilmişdir. Ona toy vaxtı hədiyyə edilmiş dəyəri 2000 manat olan nişan üzüyü 2019-cu ilin dekabr ayında Cavabdeh2 tərəfindən satılaraq baldızının cehiz əmlakına xərclənmişdir. Cavabdeh2 ona üzük alınacağını bildirmiş, lakin almamışdır. Cavabdehlə əvvəllər münasibətləri yaxşı olmuş, sonradan münasibətləri pozulmuşdur. Aralarında tez-tez mübahisələr baş vermişdir. Cavabdeh və ailə üzvləri onu saymamış, cavabdeh ailəsinə biganə davranmağa başlamışdır. 2023-cü ilin yanvar ayında azyaşlı uşaqlarını müalicə üçün Bakı şəhərinə aparmışdır. Cavabdeh zəng edərək ona məxsus olan dəyəri 2000 manat olan komplekt dəstini (qolbaq,üzük,boyunbağı) və dəyəri 550 manat olan qolbağı lombarda qoyduğunu bildirmişdir. Cavabdehə bu barədə etirazını bildirsə də cavabdeh pulu ona göndərəcəyini bildirmiş, ondan qızıl-ziynət əşyalarını tələb etmişdir. Buna baxmayaraq cavabdeh ona məxsus qızıl-ziynət əşyalarını geri qaytarmamışdır. 2023-cü ilin fevral ayında cavabdehlə yaşadığı evi tərk etmişdir. Bundan sonra cavabdeh nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş, azyaşlı uşaqları onun himayəsinə verilmişdir. Hazırda ona məxsus qızılziynət əşyaları cavabdehin qanunsuz sahibliyində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək himayəsində azyaşlı uşaqların olduğunu nəzərə alaraq məhkəmə iclasını iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı ilə digər cavabdeh olan oğlu Cavabdeh1 nikaha daxil olarkən ona iddiaçının ərizəsində qeyd etdiyi qızıl-ziynət əşyaları hədiyyə edilmişdir. Cavabdeh1 həmin qızıl-ziynət əşyalarından 01 ədəd nişan üzüyünü satmış, qalan qızıl-ziynət əşyalarını lombarda qoymuşdur. Həmin qızıl-ziynət əşyaları ilə onun heç bir əlaqəsi olmamış, qızılları satmamış, lombarda qoymamışdır. İş üzrə Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçının iddia ərizəsində dəyəri 1300 manat olan nişan üzüyünü 850 manata almışdır. xx.xx.2019-cu il tarixdə oğlu Sadiq Xudiyevin müalicəsi ilə əlaqədar dəyəri 850 manat olan nişan üzüyünü satmışdır. 2023-cü ilin yanvar ayında isə dəyəri 2000 manat olan komplekt dəstini (qolbaq,üzük,boyunbağı, sırğa) və uşağ qolbağını iddiaçının razılığı ilə lombarda qoymuşdur. Buna görə də iddianın rədd edilməsini xahiş emtişdir. İş üzrə cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış nikah pozulmuşdur. Məhkəməyə təqdim edilmiş foto şəkillərdən görünür ki, İddiaçı tələb etdiyi gül formalı nişan üzüyü və komplekt dəsti (qolbaq,üzük,boyunbağı, sırğa) foto şəkillərdə öz əksini tapmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Mikro kredit BOKT MMC tərəfindən verilmiş xx.xx.2023 tarixli Girovun ilkin qiymətləndirilməsinə dair Aktdan görünür ki, Cavabdeh1 mübahisə predmeti olan qarnitur dəstini və qolbağı girov qoymuşdur. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, İddiaçı özünə məxsus qızıl-zinət əşyalarının cavabdehlər Cavabdeh2 və Cavabdeh1nın qanunsuz sahibliyindən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı tərəflərin izahatları ilə, eləcə də tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı məxsus iddia ərizəsində dəyəri 1350 manat kimi qeyd edilmiş gül formalı nişan üzüyünü Cavabdeh1 850 manata almış, qedy edilən nişan üzüyünü 2019-cu il tarixdə satmışdır. İddiaçının tələb etdiyi digər qızıl-ziynət əşyaları olan dəyəri 2000 manat olan komplekt dəstini (qolbaq,üzük,boyunbağı, sırğa) və dəyəri 550 manat olan uşağ qolbağını Cavabdeh1 2023-cü ilin yanvar ayında girov qoymuşdur. Göründüyü kimi iddiaçıya məxsus qızıl-ziynət əşyaları Cavabdeh1 qanunsuz sahibliyində qalmışdır. İddiaçı həmin qızıl-ziynət əşyalarını Cavabdeh1 tələb etməkdə haqlıdır. Bundan başqa tərəflərin izahatları müəyyən edilmişdir ki, iddiaçıya məxsus nişan üzüyü digər Cavabdeh2 sahibliyində deyil. Buna görə də iddiaçı həmin nişan üzüyünü Cavabdeh2 tələb etməkdə haqlı deyildir. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 qarşı qaldırılan hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 59 manat dövlət rüsumunun, iddianın təmin edildiyi həddə 54 manatı Cavabdeh1 aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, İddiaçı məxsus dəyəri 850 manat olan gül formalı nişan üzüyü, dəyəri 2000 manat olan komplekt dəsti (qolbaq,üzük,boyunbağı, sırğa) və dəyəri 550 manat olan uşağ qolbağı, həmin əşyalar mövcud olmadığı halda qızılziynət əşyalarının ümumi dəyəri olan 3400 manat Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus dəyəri 850 manat olan gül formalı nişan üzüyü, dəyəri 2000 manat olan komplekt dəsti (qolbaq,üzük,boyunbağı, sırğa) və dəyəri 550 manat olan uşağ qolbağı, həmin əşyalar mövcud olmadığı halda qızıl-ziynət əşyalarının ümumi dəyəri olan 3400 manat Cavabdeh1 alınaraq İddiaçı verilsin. 54 manat dövlət rüsumu Cavabdeh2 alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar