Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1862/2022 08.12.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı X1, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dəyəri 1445 manat olan 17 qr çəkidə qarnitur dəsti, dəyəri 270 manat, çəkisi 3.2 qr olan 01 ədəd üzük, dəyəri 300 manat olan çəkisi 3.5 qr, versace sırğa, dəyəri 650 manat olan çəkisi 4.2 qr, nişan üzüyü, dəyəri 640 manat olan cəkisi 7.5 qr, alyans üzük, dəyəri 255 manat olan çəkisi 3 qr, 01 ədəd üzük və dəyəri 550 manat olan çəkisi 3.7 qr, brilyant saat, mövcud olmadığı halda qızıl-ziynət əşyalarının dəyərinin, eləcə də mediasiyaya müraciət edərkən ödədiyi 50 manat mediasiya xərci və 62 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə nikah bağlayaraq ailə qurmuş, cavabdehə məxsus Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Nişan və toy mərasimində cavabdeh və ailə üzvləri ona qızıl-ziynət əşyaları olan – Dəyəri 1445 manat olan 17 qr çəkidə qarnitur dəsti, dəyəri 270 manat, çəkisi 3.2 qr olan 01 ədəd üzük, dəyəri 300 manat olan çəkisi 3.5 qr, versace sırğa, dəyəri 650 manat olan çəkisi 4.2 qr, nişan üzüyü, dəyəri 640 manat olan cəkisi 7.5 qr, alyans üzük, dəyəri 255 manat olan çəkisi 3 qr, 01 ədəd üzük və dəyəri 550 manat olan çəkisi 3.7 qr, brilyant saat hədiyyə vermişlər. Evləndikdə bir müddət sonra cavabdeh ona məxsus qızıl-ziynət əşyalarını tanımadığı şəxslərə girov qoyaraq faizə pul götürmüşdür. Cavabdehə dəfələrlə ona hədiyyə edilmiş qızıl-ziynət əşyalarını girovdan götürərək verməsini bildirsə də, cavabdeh müxtəlif bəhanələrlə qızılları ona verməmişdir. Cavabdehin ona və azyaşlı uşaqlarına qarşı biganə, soyuq münasibətindən bezərək 2022ci ilin yanvar ayından azyaşlı uşaqlarım ilə birlikdə cavabdehə məxsus fərdi yaşayış evindən çıxaraq, valideyinlərinə məxsus evə qayıtmışdır. Daha sonra nikahın pozulması ilə bağlı Göyçay rayon Məhkəməsinə müraciət etmiş, Göyçay rayon Məhkəməsinin qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuşdur. Hal-hazırda nişan və toy mərasimlərində ona hədiyyə edilmiş qızıl-ziynət əşyaları olan Dəyəri 1445 manat olan 17 qr çəkidə qarnitur dəsti, dəyəri 270 manat, çəkisi 3.2 qr olan 01 ədəd üzük, dəyəri 300 manat olan çəkisi 3.5 qr, versace sırğa, dəyəri 650 manat olan çəkisi 4.2 qr, nişan üzüyü, dəyəri 640 manat olan cəkisi 7.5 qr, alyans üzük, dəyəri 255 manat olan çəkisi 3 qr, 01 ədəd üzük və dəyəri 550 manat olan çəkisi 3.7 qr, brilyant saat cavabdehin qanunsuz sahibliyində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı X3 iddianı müdafiə edərək təmin edilməsini xahiş edir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya nişan və toy mərasimlərində hədiyyə edilmiş qızıl-ziynət əşyalarını 2016-cı il tarixdə əl faizinə qoymuş, pul götürərək iddiaçının təhsil haqqı pulunu ödəmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi qızıl-ziynət əşyalarının ümumi dəyəri 2300 manat civarındadır. Bundan başqa iddiaçının iddia ərizəsində qeyd etdiyi brilyant saat ona hədiyyə edilməmiş, həmin saat anasına məxsus olmuş, iddiaçı istəyəndə anası tərəfindən ona müvəqqəti verilmişdir. Qeyd etdiklərinə əsasən hesab edir ki, qızıl-ziynət əşyalarını iddiaçıya qaytarmalı deyil. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş DVD disk görüntülərindən və foto şəkillərdən görünür ki, X1 iddia ərizəsində qeyd etdiyi qızıl-ziynət əşyaları təqdim edilmiş görüntülərdə öz əksini tapmışdır. Məhkəməyə təqdim edilmiş mediator Akif Kərimov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, 50 manat mediasiya xərci X3 tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı cavabdehin etirafedici izahatı ilə müəyyən edilmişdir ki, mübahisə predmenti olan qızıl-ziynət əşyaları iddiaçıya toy və nişan mərasimlərində hədiyyə edilmiş, sonradan qızıl-ziynət əşyaları cavabdeh tərəfindən girov qoyulmuş, 1700 manat pul götürmüşdür. Cavabdeh həmin vəsaitin iddiaçının təhsil alması üçün xərclədiyini göstərir. Cavabdeh iddiaçıya hədiyyə edilmiş qızıl-ziynət əşyalarının cəmi dəyərinin 2300 manat olduğunu göstərir, lakin qızıl-ziynət əşyalarının qeyd edilən dəyərdə olduğuna dair heç bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. İşin halları ilə müəyyən olunur ki, iddiaçı X2 məxsus qızıl-zinət əşyaları Cavabdeh qanunsuz sahibliyindədir. Qeyd edilən qızıl-ziynət əşyalarının çeşidi, sayı və əyyarı cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, tələb iddiaçının iddia ərizəsində göstərdiyi və məhkəmə baxışı zamanı müdafiə etdiyi həddə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 62 manat dövlət rüsumu Cavabdeh alınaraq X2 ödənilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X1 iddiası təmin edilməli, iddiaçı X2 məxsus Dəyəri 1445 manat olan 17 qr çəkidə qarnitur dəsti, dəyəri 270 manat, çəkisi 3.2 qr olan 01 ədəd üzük, dəyəri 300 manat olan çəkisi 3.5 qr, versace sırğa, dəyəri 650 manat olan çəkisi 4.2 qr, nişan üzüyü, dəyəri 640 manat olan cəkisi 7.5 qr, alyans üzük, dəyəri 255 manat olan çəkisi 3 qr, 01 ədəd üzük və dəyəri 550 manat olan çəkisi 3.7 qr, brilyant saat, həmin əşyalar mövcud olmadığı halda onların ümumi dəyəri olan 4110 manat Cavabdeh alınaraq iddiaçı X2 verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Dəyəri 1445 manat olan 17 qr çəkidə qarnitur dəsti, dəyəri 270 manat, çəkisi 3.2 qr olan 01 ədəd üzük, dəyəri 300 manat olan çəkisi 3.5 qr, versace sırğa, dəyəri 650 manat olan çəkisi 4.2 qr, nişan üzüyü, dəyəri 640 manat olan cəkisi 7.5 qr, alyans üzük, dəyəri 255 manat olan çəkisi 3 qr, 01 ədəd üzük və dəyəri 550 manat olan çəkisi 3.7 qr, brilyant saat, həmin əşyalar mövcud olmadığı halda onların ümumi dəyəri olan 4110 manat Cavabdeh alınaraq iddiaçı X2 verilsin. 62 manat dövlət rüsumu və 50 manat mediasiya xərci Cavabdeh alınaraq iddiaçı X2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1862/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1862/2022
08.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver