Məhkəmə qərarları › İş №2(046)-1951/2021

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1951/2021

10.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1951/2021 10.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 21.03.1987-ci il tarixdə anadan olmuş bacısı oğlu İbişov Əli (Ali) Nadir oğlunun vəfat etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən verilmiş sorğu zamanı müəyyən edilmişdir ki, İbişov Əli (Ali) Nadir oğlunun ölümü Abşeron rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Məhkəməyə təqdim edilmiş Mingəçevir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02.11.2021-ci il tarixli arayışdan görünür ki, İbişov Əli (Ali) Nadir oğlu 21.03.1987-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. X1, anası X2r. İbişov Əli (Ali) Nadir oğlu Abşeron rayon Saray inzibati nümayəndəliyi tərəfindən tərtib olunmuş 19.02.1992-ci il tarixli 12 nömrəli akt qeydinə əsasən vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.11.2021-ci il tarixli arayışdan görünür ki, İbişov Əli (Ali) Nadir oğlu 20.11.1991-ci il tarixdə vəfat etmişdir. Ölümün qeydə alındığı yer: Abşeron rayon Saray qəsəbəsi icra nümayəndəliyi. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 21.03.1987-ci il tarixdə anadan olmuş bacısı oğlu İbişov Əli (Ali) Nadir oğlunun 20.11.1991-ci il tarixdə vəfat etməsi Abşeron rayon Qeydiyyat şöbəsində qeydə alındığından ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Ərizəçi 21.03.1987-ci il tarixdə anadan olmuş bacısı oğlu İbişov Əli (Ali) Nadir oğlunun vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş Ərizəçi ərizəsinə əsasən baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar