Məhkəmə qərarları › İş №2(046)-1974/2023

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1974/2023

04.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1974/2023 04.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, ərizəçi X2 nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, ərizəçi X2 ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1969-cu il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X4 ərizənin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1948-ci tarixdə anadan olmuş X7 xx.xx.2019-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X2 ərizəsindən görünür ki, atası X12 xx.xx.1969-cu il tarixdə Göyçay şəhərində anadan olmuşdur. xx.xx.2023-cü il tarixdə atası X19 Tibbi Yardım vasitəsi ilə 1 saylı Bakı Şəhər Klinik Xəstəxanasına (Semaşkoda) gətirildikdən sonra xəstəxanada “Göbələk pnevmoniyası" son diaqnozu ilə vəfat etmişdir. Atasının 1 saylı Şəhər Klinik Xəstəxanasında (Semaşkoda) vəfat etməsinə baxmayaraq, bu xəstəxana müxtəlif səbəblər gətirərək onun ölümü haqqında tibbi şəhadətnaməni (106 saylı formanı) ona verməkdən imtina etmişdir. Atasının ölümü haqqında şəhadətnaməni almaq üçün Göyçay qeydiyyat şöbəsinə müraciət etdikdə isə, qeydiyyat şöbəsi 106 saylı bu formanın olmadığını əsas gətirərək, atasının ölümü haqqında şəhadətnaməni verməkdən imtina edərək məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Atasının ölümü haqqında şəhadətnamənin almaq ona digər hüquqları ilə yanaşı, həm də vərəsəlik hüququnun həyata keçirilməsi üçün zəruridir. Belə ki, bu sənədi ala bilməsə atasından qalan mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürə bilər. Bundan başqa nənəsi xx.xx.1948-ci tarixdə anadan olmuş X7 da ölüm haqqında şəhadətnaməsi yoxudur. Buna görə də nənəsinin xx.xx.2019-cu il tarixdə vəfat etməsini qeydə aldıra bilməmişdir. Ərizəçi X2 nümayəndəsi (vəkili) Nümayəndə ərizəçinin qeyd edilən şəhadətnaməni ala bilmədiyini əsas götürərək məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını göstərmiş, ərizə üzrə məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2000-ci il tarixdə anadan olmuşdur. X1r. İş materiallarına əlavə edilmiş Tibbi ərazi bölmələri idarəetmə birliyi PHŞ X20 verilmiş arayışdan görünür ki, X9 xx.xx.2023-cü il tarixdə saat 01:00-da TTTY bölməsində Göbələk pnevmoniyası diaqnozu ilə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası "Tibbi ərazi X10" X25 "X24" X26 tərəfindən xx.xx.2023-cü il tarixdə ərizəçi X3 ünvanlanmış məktubdan görünür ki, "Tibbi Ərazi X10" X25in 31,08.2023-cü il tarixli 18- 1/2-G-12150-31 -17430/2023 nömrəli məktubuna cavab olaraq bildirilir ki, xx.xx.1969-cu il təvəllüdlü X12 xx.xx.2023-cü il tarixdə saat 22.30-da BŞT və TTTYS-in 2 saylı bölməsinin müşayiəti ilə “Narkotiklərlə zəhərlənmə Digər və dəqiqləşdirilməmiş maddələrin toksiki təsiri. Hipotermiya.” diaqnozu ilə X22 X14 Yardım şöbəsinə gətirilmişdir. Xəstədə xx.xx.2023-cu il tarixdə saat 01.00-da bioloji ölüm baş vermişdir, ölüm hadisəsi haqqında Nəsimi rayon 20-ci Polis Bölməsinə məlumat verilmişdir. Bu səbəblərdən X24 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 12 aprel 2019-cu il tarixli qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmin Qərarın 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qərarın 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, X12 xx.xx.2023-cu il tarixdə saat 01.00-da X22 X14 Yardım şöbəsində vəfat etmişdir. Onun həmin tarixdə vəfat etməsi faktı Tibbi ərazi bölmələri idarəetmə birliyi PHŞ X20 verilmiş arayışla, eləcə də Azərbaycan Respublikası "Tibbi ərazi X10" X25 "X24" X26 tərəfindən xx.xx.2023-cü il tarixdə ərizəçi X3 ünvanlanmış məktubla öz təsdiqini tapmışdır. Göründüyü kimi X6 ölümünü təsdiq edən şəhadətnamənin verilməməsi üçün heç bir əsaslı səbəb yoxdur. Ərizəçi X4 mərhum atasının ölümünə dair şəhadətnamənin verilməməsindən imtina ilə bağlı tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Göründüyü kimi ərizəçi X4 atası X6 ölümünün qeydə alınması üçün əsas olan şəhadətnaməni məhkəmədən kənar qaydada əldə etmək imkanını itirməmişdir. Bundan başqa ərizəçi X3 izah edilməlidir ki, mərhum nənəsi X7 ölüm faktının müəyyən edilməsi üçün ayrıca şəkildə ərizə ilə məhkəməyə müraciət edə bilər. Ərizəçi X2 X7 ölüm faktının müəyyən edilməsinə dair ərizənin həcminin artırılması barədə hazırlıq iclası zamanı məhkəməyə təqdim etdiyi ərizə, ilkin ərizə üzrə ərizənin həcminin artırılması kimi qiymətləndirilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi X4 ölüm faktının müəyyən edilməsi barədə ərizə üzrə mülki iş baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda mülki iş baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəməyə təqdim edilmiş ********* nömrəli xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizəçi X4 tərəfindən Göyçay rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi X2 ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Ərizəçi X3 mərhum atası X5 ölümünə dair şəhadətnamənin verilməməsindən imtina ilə bağlı tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilməsi və mərhum nənəsi X7 ölüm faktının müəyyən edilməsi üçün ayrıca şəkildə ərizə ilə məhkəməyə müraciət edə bilməsi hüququ izah edilsin. Ərizəçi X4 tərəfindən ********* nömrəli xx.xx.2023-cü il tarixli qəbzlə Göyçay rayon məhkəməsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi X3 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay rayon məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar