Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1975/2025 18.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Məmmədova Ayşən Valeh qızının katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1997-ci il tarixdə Göyçay rayonu Qaraman kəndində anadan olmuş arvadı X2 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi tələbini belə əsaslandırmışdır ki, mərhum xx.xx.1997-ci il tarixdə Göyçay rayonu Qaraman kəndində anadan olmuş X3 ilə xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahlarından uşaqları olmamışdır. X1 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində Xəzər dənizində boğularaq vəfat etmiş, xx.xx.2018-ci il tarixdə (ərizədə xx.xx.2025 göstərilmişdir) Göyçay rayonu Qaraman kənd qəbiristanlığında dəfn edilmişdir. Hazırda arvadının ölümünü təsdiq edən şəhadətnamə almaq istəyir. Lakin məhkəmə tibb ekspertinin müayinə etməsinə razılıq vermədiyi üçün tibb müəssisəsi onun ölümü haqqında tibbi şəhadətnamə tərtib etməmiş, nəticədə Maraqlı şəxs də arvadının ölümünü qeydə almaqdan imtina etmişdir. Mərhum arvadının ölməsi faktının müəyyən edilməsi ona mərhumun ölümünü qeydə aldırmaq üçün lazımdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilən xüsusatları təsdiq edərək bildirdi ki,xx.xx.2018-ci ildə arvadı və digər qohumları ilə birlikdə Bakı şəhəri Buzovna qəsəbəsində olan çimərliyə getmişlər.Anidə hava şəraitinin dəyişməsi səbəbindən arvadı X3 boğularaq vəfat etmişdir.Gülnaz Mahmudovanı xx.xx.2018-ci ildə Göyçay rayonu Qaraman kəndində olan qəbirstanlıqda dəfn etmişlər.Həmin hadisədən sonra stres keçirtdiyindən ölümü təsdiq edən tibbi sənədlər almamışdır.Ərizənin təmin edilməsini xahiş etmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 göstərdi ki, X1 onun bacısıdır. Mərhum bacısı Gülnaz Mahmudova xx.xx.2018-ci il tarixdə Bakı şəhərində Buzovna qəsəbəsində olan çimərlikdə boğularaq vəfat etmiş və Göyçay rayon Qaraman kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 göstərdi ki, Ərizəçi onun bacısı oğludur. xx.xx.2018-ci il tarixdə Asif ona zəng edərək arvadı Gülnazın dənizdə boğularaq vəfat etdiyini bildirmişdir. X5 rayon Qaraman kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və çıxışını, şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin görünür ki, Ərizəçi X3 ilə nikahları 3 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2016-cı ildə 4733 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Göyçay rayon Ləkçıplaq bələdiyyəsinin 29 iyul 2025-ci il tarixli arayışından görünür ki, X3 xx.xx.2018-ci ildə Bakı şəhərində vəfat etmiş və xx.xx.2025-ci il tarixdə Göyçay rayon Qaraman kənd qəbirstanlığında dəfn edilmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs 29 iyul 2025-ci il tarixli arayışından görünür ki, 04 avqust 2018-ci ildə vəfat etmiş X2 ölümünün qeyd edilməsi üçün həkim arayışı təqdim edilmədiyindən ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. İşə əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris birliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, 1997-ci il təvəllüdlü X1nın dəfn olunması üçün qohumlarına təhvil verilmişdir. İşə əlavə edilmiş fotoşəkildən görünür ki,qəbir daşı üzərində X3 xx.xx.1997 xx.xx.2018 yazısı qeyd edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının (AR Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Ərizəçi xx.xx.1997-cı il tarixdə anadan olmuş və xx.xx.2018-ci il tarixdə vəfat etmiş arvadı X2 ölümü qeydiyyat şöbəsində qeydə alınmadığından ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Ərizəçi arvadı X2 ölümünün qeyd edilməsini başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, 17 noyabr 1997-ci ildə Göyçay rayonu Qaraman kəndində anadan olmuş X2 04 avqust 2018ci ildə Bakı şəhərində vəfat etməsi faktı təqdim olunmuş sübutlarla müəyyən edildiyindən Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. 17 noyabr 1997-ci ildə Göyçay rayonu Qaraman kəndində anadan olmuş X2 04 avqust 2018-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1975/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1975/2025
18.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver