Məhkəmə qərarları › İş №2(046)-2013/2023

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-2013/2023

31.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-2013/2023 31.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi ərizəsinə dair mülki işə Göyçay şəhərində məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək arvadı X2 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə X1 ilə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. X1 16 yanvar 2023-cü il tarixdə səhhəti anidən pisləşdiyi üçün yaşadığı evdə vəfat etmiş və Göyçay rayonu Çərəkə kəndində yerləşən qəbristanlığında dəfn olunmuşdur. Lakin müəyyən səbəblərdən X2 ölümünü qeydə aldıra bilməmişdir. Ölümün qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, qeydiyyat orqanı xx.xx.2023-cü il tarixli məktubla Fidan Babayevanın ölümünü qeydə almaqdan imtina etmiş, imtinanın səbəbi kimi ölüm faktını təsdiq edən sənədin (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) təqdim edilməməsi göstərilmiş və məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Ərizəçi ərizənin təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlamlmasının rədd edilməsi barədə «01» fevral 2023-cü il tarixli qərarından görünür ki, Göyçay rayonu, Çərəkə kənd sakini X3 16 yanvar 2023-cü il tarixdə yaşadı evdə ölməsi barədə heç kimin təqsiri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Tibbi ərazi X4 "X11"Göyçay Rayon Mərkəzi Xəstəxanası" X10 xx.xx.2023-cü il tarxili məktubundan görünür ki, təcili tibbi təxirəsalınmaz yardım stansiyasının bölmə müdiri Ə.Əsgərovun verdiyi xx.xx.2023-cü il tarixli məlumata əsasən xx.xx.2023-cü il tarixdə saat 22:18-də rayonun Çərəkə kənd sakini, X6 adına çağırış daxil olmuş çağırış ünvanına gedən təcili tibbi yardım briqadası F.Kərimovaya “Həkimə qədər ölüm” diaqnozu təyin edərək geri qayıtmışlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 12 aprel 2019-cu il tarixli qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmin Qərarın 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qərarın 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, X5 xx.xx.2023-cu il tarixdə saat 22:18-də Göyçay rayonu Çərəkə kəndində vəfat etmişdir. Onun həmin tarixdə vəfat etməsi faktı cinayət işinin başlamlmasının rədd edilməsi barədə qərarla, eləcə də Azərbaycan Respublikası Tibbi ərazi X4 "X11" Göyçay Rayon Mərkəzi Xəstəxanası" X11 tərəfindən xx.xx.2023-cü il tarixdə ünvanlanmış məktubla öz təsdiqini tapmışdır. Göründüyü kimi X2 ölümünü təsdiq edən şəhadətnamənin verilməsi üçün müraciət edilməsinə heç bir maneə yoxdur. Ərizəçi mərhum arvadını ölümünə dair şəhadətnamənin verilməsindən imtina ilə bağlı tibb müəssisəsinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Göründüyü kimi Ərizəçi arvadı X2 ölümünün qeydə alınması üçün əsas olan şəhadətnaməni məhkəmədən kənar qaydada əldə etmək imkanını itirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizə üzrə mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəməyə təqdim edilmiş ********** nömrəli xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi tərəfindən Göyçay rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Ərizəçi mərhum arvadı X2 ölümünə dair şəhadətnamənin verilməsi ilə bağlı tibb müəssisəsinə müraciət etməsi,eləcə də şəhadətnamənin verilməsindən imtina edildiyi halda tibb müəssisəsinə qarşı inzibati icraat qaydasında iddia qaldırılmaq hüququ izah edilsin. Ərizəçi tərəfindən ********** nömrəli xx.xx.2023-cü il tarixli qəbzlə Göyçay rayon məhkəməsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay rayon məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar