Məhkəmə qərarları › İş №2(046)-206/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-206/2022

16.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-206/2022 16.06.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi və sahil mühafizə zolağının boşaldılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş Çaxırlı suvarma arxının Göyçay rayonunun Çayarxı kəndi ərazisindən keçən hissəsinin sahil mühafizə zolağında inşa edilmiş avtomobil təmiri emalatxanasının sökülməsinə və sahil-mühafizə zolağının boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh İddiaçı balansında olan Çaxırlı suvarma arxının Çayarxı kəndi ərazisindən keçən hissəsinin sahil mühafizə zolağını qanunsuz olaraq zəbt etmiş və həmin ərazidə avtomobil təmiri emalatxanası inşa etmişdir. Bununla da cavabdeh Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan dövlət mülkiyyət hüququnu pozmuşdur. Belə ki, İddiaçı balansında olan Çaxırlı suvarma arxı dövlət mülkiyyətidir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində suvarma arxının Çayarxı kəndi ərazisindən keçən hissəsinin ekskavator vasitəsi ilə lildən təmizləmə işlərinin aparılması qeyri-mümkün olmuş, nəticədə Göyçay rayonunun Şıxbəy, Məlikkənd və Çaxırlı kəndlərinin, Ucar rayonunun Şilyan kəndinin əkin sahələrinin suvarma suyu ilə təmin olunmasında çətinliklər yaranmışdır ki, bu da əhalinin haqlı narazılığına səbəb olmuşdur. Qeyd edilən hallar İddiaçı əməkdaşları tərəfindən 22 iyun 2021-ci il tarixdə zəbt olunmuş əraziyə baxış keçirilərkən aşkar edilmişdir. Cavabdehə qanunsuz zəbt etdiyi mühafizə zolağında inşa etdiyi emalatxananı sökməsi və ərazini boşaltmalı olması izah edilsə də cavabdeh nə inşa etdiyi emalatxananı sökməmiş, nə də ərazini boşaltmamışdır. İddiaya etiraz: Göyçay rayon İcra Hakimiyətinə rəsmi ərizə ilə müraciət edərək, sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq məqsədi ilə Göyçay rayonu, Cəyirli kəndi ərazisində istifadəmdə olan torpaq sahəsində verilmiş sxem üzrə 9.Om X 5.Om ölçüdə bir mərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsini xahiş etmişdir. Rayonun baş memarı İ.Süleymanov, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional DYNİ-nin rəisi R.Ağayev, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin drektoru M.Abdurahmanov, Rayon Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Ə.Əliyev, X5 İstismar idarəsinin rəisi N.Məmmədov, Göyçay Su-Kanal Törəmə ASC-nin İ.Mütəllimov və Rayon Telekommunikasiya Qovşağının rəisi İ.Əliyevdən ibarət tərkibdə Komissiya sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq məqsədi ilə Göyçay rayonu, Cəyirli kəndi ərazisində istifadəmdə olan torpaq sahəsində verilmiş sxem üzrə 9.Om X 5.Om ölçüdə bir mərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsi barədə tərəfimdən yazılmış ərizəni nəzərə alaraq sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq üçün ona Göyçay rayonu, Cəyirli kəndi ərazisində istifadəmdə olan torpaq sahəsində verilmiş sxem üzrə 9.Om X 5.Om ölçüdə bir mərtəbəli qeyri-yaşayış obyektinin tikintisini məqsədə müvafiq hesab etmiş, bu barədə 15 avqust 2017-ci il tarixli akt tərtib edilmişdir. (Akt etiraza əlavə edilmişdir) Göyçay rayon İcra Hakimiyəti başçısının 17 dekabr 2018-ci il tarixli obyektin tikintisinə icazə sənədinə əsasən Göyçay rayonu, Cəyirli kəndi ərazisində qeyri-yaşayış binasının tikintisinə icazə verilmişdir. (İcazə etiraza əlavə edilmişdir) Göyçay rayonu, Cəyirli kəndi ərazisində istifadəmdə olan torpaq sahəsində verilmiş sxem üzrə 9.Om X 5.Om ölçüdə bir mərtəbəli qeyri-yaşayış obyektinin sxematik planı Rayonun baş memarı İ.Süleymanov tərəfindən imzalanmış, möhürlə təsdiq edilmişdir. (Obyektin sxematik planı etiraza əlavə edilmişdir) Göyçay rayon DNK tərəfindən 08 fevral 2020-ci il tarixdə 4Ə-184 reyestrlə təsdiqlənmiş alqı-satqı müqaviləsinə əsasən Göyçay rayonu Cəyirli kəndində yerləşən 0.00425 ha torpaq sahəsi Göyçay rayonu Cəyirli Bələdiyyəsi tərəfindən ona satılmışdır. (Alqı-satqı müqaviləsi etiraza əlavə edilmişdir) Bundan sonra X4 vəsaiti hesabına Göyçay rayonu Cəyirli kəndində yerləşən 0.00425 ha torpaq sahəsi və Göyçay rayonu Cəyirli kəndi ərazisində istifadəsində olan torpaq sahəsində tikilmiş verilmiş sxem üzrə 9.Om X 5.Om ölçüdə bir mərtəbəli qeyri-yaşayış obyekti üzərində hüquqları Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmış, onun adına ********** qeydiyyat nömrəli müvafiq olaraq çıxarış və texniki pasport verilmişdir. Qeyd edir ki, İddiaçı iddia ərizəsində bəhs edilən su bərəsi ilə onun mülkiyyətində olan qeyri-yaşayış obyekti arasında 4 metr məsafə vardır. Göyçay rayonu Cəyirli kəndində yerləşən 0.00425 ha torpaq sahəsi və Göyçay rayonu Cəyirli kəndi ərazisində istifadəmdə olan torpaq sahəsində tikilmiş verilmiş sxem üzrə 9.Om X 5.Om ölçüdə bir mərtəbəli qeyri-yaşayış obyektini qanunvericiliyin tələblərinə uyğun əldə etmişdir. Hazırki işdə sökülməsi tələb edilən tikili qanunsuz tikili sayıla bilməz. Belə ki, həmin tikilinin Çaxırlı Suvarma arxının mühafizə zolağına düşmür. Həmin tikilinin Çaxırlı Suvarma arxının mühafizə zolağına düşsə belə, cavabdehin əlverişsiz vəziyyətə gətirilməsi dövlət orqanlarının və bir başa İddiaçı rəisi Şakir Əhmədovun təqsiri səbəbindən baş vermişdir. Belə ki, sözügedən Göyçay rayonu Cəyirli kəndində yerləşən 0.00425 ha torpaq sahəsi və Göyçay rayonu Cəyirli kəndi ərazisində istifadəsində olan torpaq sahəsində tikilmiş verilmiş sxem üzrə 9.Om X 5.Om ölçüdə bir mərtəbəli qeyri-yaşayış obyektini qanunu qaydada Göyçay rayonu Cəyirli Bələdiyyəsindən 2020-ci il tarixdə almış, həmin vaxt yerseçmə aktı qanuna müvafiq qaydada tərtib edilmiş, mütəxəsislər tərəfindən müsbət rəy verilmişdir. Torpaq sahəsi ayrılarkən vəzifəli şəxslər tərəfindən həmin əraziyə baxış keçirilmiş, baxış keçirildikdən sonra yerseçmə aktı tərtib edilmiş, imzalanmış və möhürlə təsdiq edilmişdir. Yəni ayrılmış torpaq sahəsinin Çaxırlı Suvarma arxının mühafizə zolağına düşməsi və bu ərazidə qeyri-yaşayış obyektinin tikintisi üçün torpaq ayrılmasının mümkünsüzlüyü məsələsinə Göyçay rayonu Cəyirli Bələdiyyəsi rayonun baş memarı İ.Süleymanov, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional DYNl-nin rəisi R.Ağayev, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin drektoru M.Abdurahmanov, Rayon Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Ə.Əliyev, X5 İstismar idarəsinin rəisi N.Məmmədov, Göyçay Su-Kanal Törəmə ASC-nin İ.Mütəllimov və Rayon Telekommunikasiya Qovşağının rəisi İ.Əliyev diqqət etməliydi. Bu diqqətsizlik cavabdehi əlverişsiz vəziyyətə salmaqla yanaşı, hal hazırda əvəzi ödənilmədən həmin tikilinin sökülməsi onun konstitsion hüquqlarının pozulmasına səbəb olacaqdır. Odur ki, hazırkı işə birbaşa hüquqi qüvvəyə malik olan konstitsion normalar tətbiq edilməlidir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasına görə 29-cu maddəsinin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini xahiş edir. İş üzrə Cavabdeh iddianın rədd edilməsini xahiş edir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə Təqdim edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 112 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Meliorasiya və Su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin TP3.Magistral kanalın texniki pasportlarından görünür ki, Çaxırlı suvarma arxı İddiaçı balansındadır. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışından görünür ki, Göyçay rayonu Cəyirli kəndində yerləşən 0.004032 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 37.6 kv.m qeyri-yaşayış binası Cavabdeh adına xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş X3 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş xx.xx.2022-ci tarixli rəydən görünür ki, Cavabdeh tərəfindən Göyçay rayonu Çayarxı kəndində inşa edilmiş avtomobil təmiri emalatxanası Göyçay Suvarma İdarəsinin balansında olan Suvarma arxının mühafizə zolağında yerləşir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/1784 saylı rəyindən görünür ki, X3 və Ekspertiza Mərkəzi MMC –nin mütəxəssis rəyində Cavabdeh tərəfindən Göyçay rayonu Çayarxı kəndində inşa edilmiş avtomobil təmiri emalatxanası Göyçay Suvarma İdarəsinin balansında olan Suvarma arxının mühafizə zolağında yerləşdiyi göstərilmişdir. Mərkəzdə torpaq kadastırının baza məlumatları olmadığı üçün tədqiqat aparılaraq nəticə verilməsi mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı Cavabdeh mülkiyyətində olan və Göyçay rayonu Çayarxı kəndi ərazisində yerləşən 0.004032 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 37.6 kv.m qeyri-yaşayış binasının İddiaçı balansında olan Çaxırlı suvarma arxının Göyçay rayonunun Çayarxı kəndi ərazisindən keçən hissəsinin sahil mühafizə zolağında inşa edildiyini iddia edir, qeyri yaşayış sahəsinin sökülməsini və sahil mühafizə zolağının boşaldılmasını tələb edir. İş materiallırından göründüyü kimi xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Göyçay rayonu Çayarxı kəndində yerləşən 0.004032 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 37.6 kv.m qeyri-yaşayış binasının mülkiyyətçisi Cavabdehdur. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi Cavabdeh mülkiyyət üzərində qanunla qorunan hüquqlarını məhdudlaşdırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı «İddiaçı» Cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş Çaxırlı suvarma arxının Göyçay rayonunun Çayarxı kəndi ərazisindən keçən hissəsinin sahil mühafizə zolağında inşa edilmiş avtomobil təmiri emalatxanasının sökülməsi və sahil-mühafizə zolağının boşaldılması barədə tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iş üzrə ekspertiza xərci olan 100 manat iddiaçıdan alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabın ödənilməli. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş Çaxırlı suvarma arxının Göyçay rayonunun Çayarxı kəndi ərazisindən keçən hissəsinin sahil mühafizə zolağında inşa edilmiş avtomobil təmiri emalatxanasının sökülməsi və sahil-mühafizə zolağının boşaldılması barədə tələbi rədd edilsin. İş üzrə ekspertiza xərcləri olan 100 manat İddiaçındən alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar