Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-208/2021 15.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, ölüm faktının qeydə alınması tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum əri X2 xx.xx.2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, xx.xx.1970-ci il tarixdə X3 ilə ailə qurmuşdur. Mərhum əri X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində oğlunun evində qəflətən vəfat etmişdir. Mərhum əri Təcilii Tibbi yardım xidmətinin həkimi gələnə qədər vəfat etdiyindən ölümün səbəbi müəyyən edilməmiş, buna görə də qeydiyyat şöbəsində ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Hazırda ərinin ölümü haqqında şəhadətnamə almaq istəyir. Mərhumun ölümü heç bir tibb müəssisəsində qeydə alınmadığı üçün qeydiyyat şöbəsinə ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ərinin ölümünün qeydiyyatını aparmaq mümkün olmamış, məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Buna görə də mərhum əri X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilsin. İş üzrə maraqlı tərəf Maraqlı şəxsnə məhkəmənin yeri və vaxtı barədə məlumat verilmiş, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyən və iş üzrə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X3 ilə Ərizəçi xx.xx.1970-ci il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş Təcili və X1 Stansiyasının 35 nömrəli xəbərdarlıq vərəqəsindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə həkim gələnə qədər vəfat etmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət X5 Bölmələrini X6 Göyçay RMX-nın X7 Elçin Bilalov tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş məktubdan görünür ki, Göyçay X2 Bakı şəhərində vəfatı ilə əlaqədar heç bir məlumat daxil olmamışdır. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, X2 ölüm haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. X2 ölümünün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə Maraqlı şəxsnə təqdim olunmalıdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda isə ölüm haqqında akt qeydinin qeydə alınması mümkün deyildir. Bu səbəbdən Göyçay Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəməyə təqdim edilmiş Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X4 xx.xx.2021-ci il tarixdə Ramana südçülük sovxozunda yerləşən qəbrstanlıqda dəfn edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Ərizəçi mərhum əri xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 ölümünün qeyd edilməsini başqa qaydada əldə edə bilməz. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi əri X2 xx.xx.2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi əri X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. Bu qətnamə X2 ölümünün qeydiyyat orqanında qeydə alınaraq, ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamənin icrası Göyçay rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-208/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-208/2021
15.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver