Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-2144/2021 06.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və DƏDRX-nin 16 saylı Ucar ərazi İdarəsinə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı ərizəsi ilə məhkəməyə müraciət edərək miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən ərizəçi İddiaçı iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş iddia ərizəsindən görünür ki, İddiaçı məhkəməyə təqdim etdiyi ərizə və ərizənin surətləri iddiaçı tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2.-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və DƏDRX-nin 16 saylı Ucar ərazi İdarəsinə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2144/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-2144/2021
06.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver