Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2174/2023 07.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək 14 yanvar 1965-ci ildə doğulmuş əri X8 25 iyun 2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi tələbini belə əsaslandırmışdır ki, o, 13 noyabr 2001 -ci il tarixdə X10 ilə Maraqlı şəxsndə nikah qeyd etdirməklə ailə qurmuşdur. X19 25 iyun 2023-cü il tarixdə yaşadığı evdə vəfat etmiş və onun meyidi Göyçay rayonunun Alıkənd kənd qəbiristanlığında dəfn edilmişdir. Hazırda ərinin ölümünü təsdiq edən sənədi almaq istəyir. Lakin ərinin ölümü Maraqlı şəxsndə qeydə alınmadığı üçün həmin sənədi əldə edə bilmir. Əri vəfat edərkən həkim çağırmadığı üçün “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X22 mərhum ərinin ölümü haqqında tibbi şəhadətnamə vermədiyindən ölümün Maraqlı şəxsndə qeydə alınması mümkün olmamışdır. Mərhum ərinin ölməsi faktının müəyyən edilməsi ona mərhumun ölümü haqqında şəhadətnamənin alınması üçün lazımdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizədə göstərilən xüsusatları təsdiq edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X12 göstərdi ki, Ərizəçi qardaşı İttifaq Mahmudovun arvadıdır. Qardaşı X1 problemlər olsa da, qardaşı heç bir həkimə müraciət etməmişdir. X5 xx.xx.2023-cü ildə Göyçay rayonu Alıkənd kəndində vəfat etmiş və Göyçay rayon Alıkənd kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X15 göstərdi ki,Ərizəçi qohumudur. Ərizəçinin əri X10 xx.xx.2023-cü ildə Göyçay rayonu Alıkənd kənd qəbirstanlığında vəfat etmiş və Göyçay rayonu Alıkənd kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və çıxışını, şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Maraqlı şəxs 06 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, X10 xx.xx.1965-ci ildə Göyçay rayonu Alıkənd kəndində anadan olmuşdur. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin görünür ki, X10 ilə Ərizəçiü qızı arasında nikah Göyçay rayon VVADQ Şöbəsində 13 noyabr 2001-ci il tarixdə 552 saylı aktla bağlanmışdır.. İşə əlavə edilmiş Göyçay rayon İHB-nın Mırtı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 19 sentyabr 2023-cü il tarixli arayışından görünür ki,xx.xx.1965-ci ildə doğulmuş, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 qəbirstanlığında dəfn olunmuşdur. İşə əlavə edilmiş fotoşəkildən görünür ki,qəbir daşı üzərində X10 xx.xx.1965xx.xx.2023 yazısı qeyd edilmişdir. İşə əlavə edilmiş Göyçay rayon X13 X21 rayon Vəkil Bürosunun vəkili Nümayəndə ünvanlandığı 21 sentyabr 2023-cü il tarixli cavab məktubundan görünür ki, xəstə xidmətləri şöbəsi. xəstə qəbulu bölməsi, bölmə rəhbəri L.Əhmədovanın verdiyi xx.xx.2023-cü il tarixli məlumata əsasən, Göyçay rayonu Alıkənd kənd sakini, xx.xx.1965ci il təvəllüdlü X9 Göyçay RMX X22 tərəfindən yazılmadığı üçün Forma-106 ölüm şəhadətnaməsinin təsdiq edilmiş surətini göndərmək mümkün deyildir. İşə əlavə edilmiş Maraqlı şəxs 05 sentyabr 2023-cü il tarixli arayışından görünür ki, 25 iyun 2023-cü ildə vəfat etmiş X6 ölümünün qeyd edilməsi üçün həkim arayışı təqdim edilmədiyindən ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının (AR Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Ərizəçi xx.xx.1965-ci il tarixdə anadan olmuş və xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri X8 ölümünün qeydiyyat şöbəsində qeydə alınmadığından ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Ərizəçi mərhum əri xx.xx.1965-ci il tarixdə anadan olmuş X8 xx.xx.2023-cü il tarixdə Göyçay rayonun Alıkənd kəndində ölümünün qeyd edilməsini başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, 14 yanvar 1965-ci ildə Göyçay rayonun Alıkənd kəndində anadan olmuş X8 25 iyun 2023-cü ildə Göyçay rayonun Alıkənd kəndində vəfat etməsi faktı təqdim olunmuş sübutlarla müəyyən edildiyindən Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. 14 yanvar 1965-ci ildə Göyçay rayonu Alıkənd kəndində anadan olmuş X8 25 iyun 2023-cü ildə Göyçay rayonu Alıkənd kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-2174/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2174/2023
07.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver