Məhkəmə qərarları › İş №2(046)-221/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-221/2022

25.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-221/2022 25.01.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, ölüm faktının qeydə alınması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum əri X1 20.06.2005-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, 13.08.1970-ci il tarixdə X2 ilə ailə qurmuşdur. Mərhum əri X2 20.06.2005-ci il tarixdə Göyçay şəhərində vəfat etmişdir. Vəfat etdikdən sonra Ağsu rayonunun Ərəbmehdibəy kəndin qəbirstanlığında dəfn edilmişdir. Hazırda ərinin ölümü haqqında şəhadətnamə almaq istəyir. Mərhumun ölümü heç bir tibb müəssisəsində qeydə alınmadığı üçün qeydiyyat şöbəsinə ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ərinin ölümünün qeydiyyatını aparmaq mümkün olmamış, məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Buna görə də mərhum əri X1 20.06.2005-ci il tarixdə Göyçay şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilsin. İş üzrə maraqlı tərəf Maraqlı şəxsnə məhkəmənin yeri və vaxtı barədə məlumat verilmiş, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyən və iş üzrə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Doğum Haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 2602.1959-cu il tarixdə anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X2 ilə Ərizəçi 04.05.1983-cü il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 03.08.2021-ci il tarixli imtina məktubundan görünür ki, X1 ölüm haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. X1 ölümünün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə Maraqlı şəxsnə təqdim olunmalıdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda isə ölüm haqqında akt qeydinin qeydə alınması mümkün deyildir. Bu səbəbdən Göyçay Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəməyə təqdim edilmiş Ağsu rayon İHB-nın Ərəbmehdibəy İƏDÜ nümayəndəliyinin 10.12.2021-ci il tarixli arayışından görünür ki, X2 20.06.2005-ci il tarixdə Göyçay şəhərində vəfat etmiş, Ağsu rayon Ərəbmehdibəy kənd qəbrstanlığında dəfn edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Ərizəçi mərhum əri 20.06.2005-ci il tarixdə vəfat etmiş X1 ölümünün qeyd edilməsini başqa qaydada əldə edə bilməz. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi əri X1 20.06.2005-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi əri X1 20.06.2005-ci il tarixdə Göyçay şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. Bu qətnamə X1 ölümünün qeydiyyat orqanında qeydə alınaraq, ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamənin icrası Göyçay rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar