Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-2334/2021 03.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, Məhkəmə iclas katibi X1 İddiaçı Cavabdeh1 və DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması və miras əmlakdan payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı öz tələbini əsasladırdığı hallara dair sənədləri iddia ərizəsinə əlavə etməmişdir. İddiaçı iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısını qeyd etsə də, həmin sənədlər zərfdə aşkar edilməmiş və bu barədə Göyçay Rayon Məhkəməsinin böyük məsləhətçisi Samir Məmmədov tərəfindən akt tərtib edilmişdir. Bundan başqa İddiaçı iddia ərizəsini bir nüsxədə təqdim etməklə cavabdehə çatacaq sayda iddia ərizəsinə əlavə etməmiş Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsinə öz tələblərini əsasladırdığı hallara dair sənədləri əlavə etməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 150, 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: İddiaçı Cavabdeh1 və DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilsin Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2334/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-2334/2021
03.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver