Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2402/2025 26.11.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, ölüm faktının qeydə alınması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum əri X1 xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, Mərhum əri X2 xx.xx.2025-ci il tarixdə Göyçay rayonu Yekəxana kəndində vəfat etmişdir. Vəfat etdikdən sonra Göyçay rayonu Yekəxana kəndinin kənd qəbirstanlığında dəfn edilmişdir. Hazırda ərinin ölümü haqqında şəhadətnamə almaq istəyir. Mərhumun ölümü heç bir tibb müəssisəsində qeydə alınmadığı üçün qeydiyyat şöbəsinə ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ərinin ölümünün qeydiyyatını aparmaq mümkün olmamış, məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ərinin ölümünün qeydə alınması ondan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün lazımdır. Buna görə də mərhum əri X1 xx.xx.2025-ci il tarixdə rayonu Yekəxana kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilsin. İş üzrə maraqlı tərəf Maraqlı şəxs rəisi X3 ərizə ilə məhkəmə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə ərizəçini dinləyən və iş üzrə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X2 XX.XX.1956-cı il tarixdə anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə Ərizəçi xx.xx.1977-ci il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli imtina məktubundan görünür ki, X1 ölüm haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. X1 ölümünün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə Maraqlı şəxsnə təqdim olunmalıdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda isə ölüm haqqında akt qeydinin qeydə alınması mümkün deyildir. Bu səbəbdən Göyçay Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Qaraməryəm Bələdiyyinəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X2 xx.xx.2025-ci il tarixdə Göyçay rayonu Yekəxana kəndindı vəfat etmiş, Göyçay rayon Yekəxana kənd qəbrstanlığında dəfn edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Ərizəçi mərhum əri xx.xx.2025-ci il tarixdə vəfat etmiş X1 ölümünün qeyd edilməsini başqa qaydada əldə edə bilməz. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi əri X1 xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi əri X1 xx.xx.2025-ci il tarixdə Göyçay rayon Yekəxana kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. Bu qətnamə X1 ölümünün qeydiyyat orqanında qeydə alınaraq, ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamənin icrası Göyçay rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2402/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2402/2025
26.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver