Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-265/2021 30.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı Cavabdeh1, üçüncü şəxs Cavabdeh2nə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakın qanun üzrə vərəsələri arasında bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxx 2021-ci il tarixdə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək miras əmlakın onun tərəfindən qəbul edilməsi və həmin miras əmlak üzərində ½ hissə ilə pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclaslarına gəlməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA A L D İ: İddiaçı Cavabdeh1 üçüncü şəxs Cavabdeh2nə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakın qanun üzrə vərəsələri arasında bölünməsi tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-265/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-265/2021
30.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver