Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-29/2025 26.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qapının sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun torpaq sahəsinə gediş-gəlişini məhdudlaşdıran ikinci qeyri-qanuni qapı və divarların sökülməsinə, o cümlədən fərdi yaşayış evinin və torpaq sahəsinin invertarlaşmasına maneçilik törədən cavabdehin özbaşınalığı barədə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun torpaq sahəsinə gediş-gəlişi məhdudlaşdıran ikinci qeyri-qanuni qapının sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar : İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, ünvan 1 ünvan 102 nömrəli idi) qeydiyyatdadır və qeydiyyatda olduğu mülkdə daimi yaşayır. X4 01.01 2004-cü il tarixində vəfat etmişdir. Atası vəfat edənə qədər onun adında olan mülkdə həyat yoldaşı və övladları ilə birgə yaşamaqla yanaşı, bu günədək yaşadığı fərdi yaşayış evin və torpaq sahəsinin bütün kommunal xərclərini ödəmişdir. Əlində sübut və dəlil kimi sənədlər mövcuddur. Ona görə də atasının yeganə vərəsəsi sayılır. Amma təssüflər olsun ki, bu haqda qanuni sənədləri mövcud olsa da, iddia ərizəsində cavabdehlik daşıyan ünvan 2 ünvanda qeydiyyatda olmayan Rusiya vətəndaşı Cavabdeh, qeyri-qanuni olaraq yaşadığı fərdi yaşayış evinə və torpaq sahəsinə iddia edir. Halbuki mərhum qardaşının ölümündən sonra Rusiyadan azərbaycana gələn Cavabdeh yaşadığı fərdi yaşayış evin torpaq sahəsindən ona yer versə də bu adam fərdi yaşayış evin arxasında yerləşən torpaq sahəsinin yolunu bağlayıb. Belə ki, o qeyri-qanuni olaraq fərdi evin giriş qarısına yeni bir ikinci qapı yerləşdirməklə yolun kəsilməsinə şərait yaradıb. Bu isə ona məxsus olan torpaq sahəsinə gediş- gəlişinə mane olur. Vəziyyət o həddə çatıb ki, Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşları yaşadığı fərdi yaşayış evi üzərində inventarlaşma işlərinin aparılması üçün baxış keçirmək istəsələr də Cavabdeh maneçilik törətməsinə rast gəlmişlər. Bu barədə DƏDRX 16 saylı Ucar Ərazi İdarəsinin bildiriş məktubunda göstərilib. Ona görə də cavabdehlik daşıyan Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrini kobudcasına pozmuşdur. İddiaya etiraz: O, 2002-ci ildən ünvan 3 ünvanında yaşayır. Həyat yoldaşı X17 iddiaçının qardaşıdır. Uzun illər iki qardaş və onların ailəsi dam örtüyü bir olmaqla 2 ayrı evdə yaşamış və hər iki ailə tərəfindən eyni həyət qapısından istifadə edilmişdir. Əri, X17 xx.xx.2020-ci il tarixində vəfat etdikdən sonra İddiaçı ona və ailəsinə qarşı münasibəti dəyişmiş, özünü yaşadıqları fərdi yaşayış evinin və bağ sahəsinin yeganə mülkiyyətçisi kimi aparmışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı ona və onun ailə üzvlərindən heç birinə məlumat vermədən ümumi istifadədə olan həyət qapısını sökmüş, həmin qapının yerini dəyişmiş, yalnız öz evinə giribçıxmaq üçün istifadə olunacaq yerə qoymuşdur. Onun evinin girişi isə qapısız qalmışdır. Həyət qapısının İddiaçı tərəfindən özbaşına söküldüyünü nəzərə alaraq, xx.xx.2024-cü ilədək gözləmiş, öz evinin girişinə qapı qoymamış, həmin qapının İddiaçı tərəfindən qoyulacağını güman etmişdir. Lakin bu vaxta qədər iddiaçı tərəfindən heç bir iş görülməmiş, onun evinin qarşısına qapı qoyulmamış, onun evi demək olar ki, bayırda qalmışdır. Həyətinin qarşısına qapı quraşdıracağını dedikdə iddiaçı ona hədə-qorxu gəlmiş, qapının qoyulmamasını tələb etmiş, buna görə də həmin əraziyə AR DİN-in sahə müvəkkili çağırılmışdır. İddia ərizəsində qeyd edilən fərdi yaşayış evi və bağ sahəsi İddiaçı mülkiyyətində deyildir. Həmin əmlaklar iddiaçının X4nun mülkiyyətində olmuş, o öldükdən sonra onun mirası ilə bağlı vərəsəlik açılmamışdır. Qeyd edilən ev və bağ sahəsi əri X17 və İddiaçı sahibliyində olmuşdur. İddiaçı öz evindən sahiblik etdiyi bağ sahəsinə gedərkən uzun illər onun evinin qarşısından keçib getmiş, öz bağına girmək üçün evinin qarşısında kiçik əl qapısı da qoymuşdur. Onun və ailəsi tərəfindən ona heç bir maneə törədilməmişdir. İki ailənin istifadə etdiyi böyük qapı iddiaçı tərəfindən xəbərsiz olaraq söküldüyündən onun evinin küçə ilə birbaşa əlaqəsini kəsmək üçün evin qarşısına qapı qoymağına zərurət yaranmışdır. İddiaçı indi də onun evinin qarşısına qoyduğu əl qapısından istifadə edir, ona heç bir maneçilik törədilmir. Evinə getmək üçün hazırda qoyduğu əl qapısı sökülsə, habelə İddiaçı onun həyətindən istədiyi vaxt gediş-gəlişi üçün imkan yaradılsa, onun mülkiyyət hüququ pozulmuş olacaqdır. İddiaçının öz bağına getməsi üçün yeganə yol onun həyəti deyildir. Onun evinə yaxın çay ərazisindən də bağ sahəsinə gedib-gəlmək üçün yol vardır. Ona görə də hesab edir ki, iddiaçının iddiası tamamilə əsassızdır və iddia rədd edilməlidir. İş materialları : Göyçay rayon Notariat Ofisinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə ünvanladığı 07 yanvar 2022-ci il tarixli 08 saylı məktubdan görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə vəfat etmiş X8 qanun üzrə vərəsəsidir, İddiaçı vasitəsilə həmin əmlakın mərhum X11 məxsus olmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestrndən Çıxarış və Texniki pasport verilməsinin münkünlüyü məsələsinə baxılması xahiş olunmuşdur. Göyçay rayon Notariat Ofisinin 06 mart 2022-ci il tarixli 193 saylı məktubundan görünür ki, miras şəriki olan X18 və Cavabdeh ilə aralarında həmin əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün iddiaçıya Göyçay Rayon Məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasıının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Göyçay rayon Aqrar İslahatı Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarı ilə X8 adına 638.05 kv.m həyətyanı torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə dair 01 mart 2022-ci il tarixli bildirişdən görünür ki, Göyçay şəhəri, Ə.Səmədli küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman əmlak üzərində mübahisə olduğu aşkar edilmiş və Göyçay şəhəri, Ə.Səmədli küçəsində yerləşən fərdi yaşayış evi üzərində inventarlaşma işlərinin aparılmasına şərait yaradılmamışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1991-ci ildə Göyçay şəhərində anadan olmuş, atası İddiaçı, anası X1r. Evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X2 arasında nikah 20 dekabr 1960-cı il tarixdə bağlanmışdır. Nikahdan sonra arvada Eyvazova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1966-cı ildə anadan olmuş, atası Məcməddin Əliyev, anası Çimnaz Əliyevadır. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 arasında nikah 12 sentyabr 1985-ci ildə bağlanmışdır.Nikahdab sonra arvada Eyvazova soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2004-cü ildə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti – texniki ekspertizasının 13 dekabr 2024-cü il tarixli, 10/8222 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-36/2-4051/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Baxış zamanı mütəxəssisə cavabdeh tərəfindən quraşdırıldığı bildirilən ikinci qapı yerləşən ərazi idarənin elektron baza məlumatlarına təqdim olunan “Göyçay rayonu Göyçay yaşayış məntəqəsinin ərazisində xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqların planında JN-1239A nömrəli konturla üst-üstə düşür. Sözügedən kontur üzərində Göyçay rayon Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixi 50 nömrəli qərarı əsasında X11 həyətyanı məqsədilə verilmiş 0.06 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən **********137 kadastr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Qərardadın ikinci sualı üzrə mütəxəssis rəyinə əsasən qeyd olunur ki, baxış zamanı mütəxəssis tərəfindən İddiaçı məxsus olduğu bildirilən bağa alternativ gediş-gəliş yolunun mövcud olduğu bildirilən bağa alternativ gediş-gəliş yolunun mövcud olduğu təsbit edilmişdir. ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X9 iddianı qəbul etmədi və etiraz ərizəsinə göstərilənlərə əsasən izahat verdi və məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsi. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsi. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4. Özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006cı il tarixli qərarı:
“Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”.
İşin faktiki halı:
Cavabdeh tərəfindən fərdi yaşayış evin giriş hissəsinə yeni ikinci qapının yerləşdirilməsi İddiaçı bağına gedən yolun kəsilməsinə səbəb olmuşdur. Cavabdeh iddiaya etiraz verdikdən sonra müəyyən olunmuşdur ki, hər iki tərəfin yaşadığı evin qarşısında quraşdırılmış ümumi qapı iddiaçı tərəfindən xəbərsiz olaraq sökülmüş və yeni qapı, yəni ancaq iddiaçının evinə gedən yolu bağlayan qapı quraşdırılmışdır. Bundan sonra cavabdeh evinin küçə ilə birbaşa əlaqəsini kəsmək üçün evin qarşısına qapı qoydurmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti – texniki ekspertizasının 13 dekabr 2024-cü il tarixli, 10/8222 saylı rəyinə əsasən baxış zamanı mütəxəssis tərəfindən İddiaçı məxsus olduğu bildirilən bağa alternativ gedişgəliş yolunun mövcud olduğu müəyyən edilmişdir.
Məhkəmənin mövqeyi:
Məhkəmə mülki iş üzrə iddia ərizəsini, mülki iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X7rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə baxışında araşdırılmış sübutları tədqiq edərək və yuxarıda şərh edilən normaları rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən qeyriqanuni olaraq fərdi evin giriş qarşısına yeni bir ikinci qapı yerləşdirməklə yolun kəsilməsinə şərait yaratmaqla, ona məxsus olan torpaq sahəsinə gediş- gəlişinə mane yaratdığını qeyd etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə İddiaçı məxsus olduğu bildirilən bağa alternativ gediş-gəliş yolunun mövcud olduğu göstərilmişdir. «Mahmudov Rusiyaya qarşı» 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənən deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Bununla bağlı Məhkəmə vurğulayır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Bununla əlaqədar məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı.
Nəticə:
Məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə gediş-gəlişi məhdudlaşdıran ikinci qeyri-qanuni qapının sökülməsi tələbinə dair iddiası təmin edilməməlidir.
Məhkəmə xərcləri:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki,iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməli, İddiaçı 50 manat ekspertiza tədqiqatının dəyəri alanaraq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə gediş-gəlişi məhdudlaşdıran ikinci qeyri-qanuni qapının sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İddiaçı 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri alanaraq dövlət nəfinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Gülnaz Qurbanova