Məhkəmə qərarları › İş №2(046)-381/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-381/2024

22.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-381/2024 22.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Gülnaz İntiqam qızının sədrliyi Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək 24 oktyabr 1953 -cü ildə təvəllüdlü anası X2 12 may 2001-ci il tarixdə Göyçay şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini belə əsaslandırmışdır ki, 24 oktyabr 1953-cü ildə doğulmuş anası X4 12 may 2001-ci il tarixdə Göyçay şəhərində vəfat etmiş və Göyçay rayon Potu kəndində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Mərhum nənəsı X3 mülkiyyətində olan daşınmaz əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə təqdim etmək məqsədi ilə sənədləri hazırlayarkən ona məlum oldu ki, mərhum anası X2 ölümü Maraqlı şəxsndə qeydə alınmamışdır. Hazırda anasının ölümünü təsdiq edən sənədi almaq istəyir. Lakin anasının ölümü Maraqlı şəxsndə qeydə alınmadığı üçün həmin sənədi əldə edə bilmir. Mərhum anasının ölməsi faktının müəyyən edilməsi ona anasının ölümünün qeydə alınması və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilən xüsusatları təsdiq edərək əlavə olaraq bildirdi ki, anası vərəm xəstəliyində ev şəraitində vəfat etmişdir və ərizənin təmin edilməsini xahiş etmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 göstərdi ki, Ərizəçi anası X4 ilə qohumdur. Mərhum yataq xəstəsi olmuş və təxmini 2001-ci ilin may ayında Göyçay şəhərində vəfat etmişdir. X2 yas mərasimində yoldaşı ilə birlikdə iştirak etmişdir. X1 rayonun Potu kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 göstərdi ki, X4 onun qaynanasıdır. O vəfat etdiyi zaman Azərbaycanda olmamış, Ərizəçi ilə Rusiya Federasiyasında yaşamış və Sədaqət Hüseynovanın ölümündən bir neçə ay sonra onlara bu haqda məlumat verilmişdir. Mərhum 12 may 2001-ci il tarixdə Göyçay şəhərində ölmüş və Göyçay rayonun Potu kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Yazılı sübut qismində işə əlavə edilmiş Maraqlı şəxs 14 dekabr 2023-cü il tarixli, 05/11-788 saylı məktubdan görünür ki, Maraqlı şəxs akt qeydləri arxivində xx.xx.2001-ci il tarixdən xx.xx.2023-cü il üzrə yoxlama aparılarkən, X2 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Eyni zamanda X2 ölüm faktının qeydə alınması ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün mümkün olmadığından imtina edilərək, Ərizəçi aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Göyçay rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 18-1-40/2-175/2023 saylı məktubdan görünür ki, Göyçay rayon Qızılağac kəndində anadan olmuş 1953-cü il təvəllüdlü X4 adına 2001-ci il tarixdə vəfat etməsi barədə forma- 106 ölüm şəhadətnaməsi haqqında Göyçay RMX PHŞ-in proqramında heç bir məlumat olmadığı üçün ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətini vermək mümkün olmamışdır. Göyçay rayonu, Potu kənd Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 153 saylı arayışından görünür ki, X4 12 may 2001-ci il tarixdə yaşadığı evdə uzun sürən ağ ciyər xərçəngi xəstəliyindən vəfat etmiş və X4 12 may 2001-ci ildə Göyçay rayon Potu kənd qəbiristanlığında dəfn olunmuşdur; Maraqlı şəxs 14 dekabr 2023-cü il tarixli doğum haqqında arayışından görünür ki, X4 xx.xx.1953-cü ildə Göyçay rayon Qızılağac kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının (AR Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 24 oktyabr 1953-cü ildə Göyçay rayonun Qızılağac kəndində anadan olmuş X2 12 may 2001-ci ildə Göyçay şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 24 oktyabr 1953-cü ildə Göyçay rayonun Qızılağac kəndində anadan olmuş X2 12 may 2001-ci ildə Göyçay şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Bu qətnamə X2 ölümünün qeydiyyat orqanında qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamənin icrası Göyçay rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar