Məhkəmə qərarları › İş №2(046)-384/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-384/2021

11.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-384/2021 11.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, ölüm faktının qeydə alınması tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum bacısı X5 xx.xx.1996-cı il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, X1 Zeynəb Abbas qızı ilə xx.xx.1981-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Ailədə 4 uşaq olmuşlar. X18 səhhətində yaranmış xəstəliklə əlaqədar xx.xx.1996-cı il tarixdə vəfat etmiş və Göyçay rayonu Ləkçıplaq kənd qəbristanlığında dəfn edilmişdir. Lakin valideynlərinin ona məlum olmayan səbəblərdən Elnarə Əhmədovanın ölümünü qeydə aldıra bilməmişlər. X22 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Fikrət Əhmədovdan miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat kontoruna müraciət etmiş, X14 ölüm haqqında şəhadətnaməsi tələb edilmişdir, bacısının ölümü qeydə alınmadığı üçün ölüm haqqında şəhadətnaməni notariat kontoruna təqdim edə bilməmişdir. X14 ölümünün qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, qeydiyyat orqanı xx.xx.2020-ci il tarixli məktubla Elnarə Əhmədovanın ölümünü qeydə almaqdan imtina etmiş, imtinanın səbəbi kimi ölüm faktını təsdiq edən sənədin təqdim edilməməsi göstərilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Buna görə də mərhum bacısı X5 xx.xx.1996-cı il tarixdə Göyçay rayonu Ləkçıplaq kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilsin. İş üzrə şahid qismində izahat vermiş X10 göstərmişdir ki, ərizəçi onun ata bir qardaşıdır. Mərhum bacısı X11 onun doğma bacısıdır. X11 xx.xx.1996-cı il tarixdə Göyçay rayonu Ləkçıplaq kəndində vəfat etmişdir. İş üzrə maraqlı tərəf Maraqlı şəxsnə məhkəmənin yeri və vaxtı barədə məlumat verilmiş, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Nikah haqqında çıxarışdan görünür ki, X7 ilə X8 26.1.1977-ci il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamənin surətindən və çıxarışdan görünür ki, X11 xx.xx.1978-ci il tarixdə Göyçay rayonu Ləkçıplaq kəndində, Ərizəçi xx.xx.1982-ci il tarixdə Göyçay rayonu Ləkçıplaq kəndində anadan olmuşlar. X2, X5 anası X8, Ərizəçi anası isə X9r. Məhkəməyə təqdim edilmiş Göyçay rayonunun Ləkçıplaq kənd Ərazi Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, mərhum X11 xx.xx.1996-cı il tarixdə vəfat etmiş və Ləkçıplaq kənd qəbirstanlığında dəfn edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, X5 ölüm haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. X5 ölümünün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə Maraqlı şəxsnə təqdim olunmalıdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda isə ölüm haqqında akt qeydinin qeydə alınması mümkün deyildir. Bu səbəbdən Göyçay Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəməyə təqdim edilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-707 saylı Dövlət Aktının surətindən görünür ki, Göyçay rayon Ləkçıplaq kəndində yerləşən 1.55 ha torpaq sahəsi X3 və ailə üzvlərinin ümumi-birgə mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair JN-743F saylı Şəhadətnamənin surətindən görünür ki, Göyçay rayon Ləkçıplaq kəndində 0.20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X3 və ailə üzvlərinin ümumi-bigə mülkiyyətlərinə verilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Ərizəçi mərhum bacısı xx.xx.1996-cı il tarixdə vəfat etmiş X5 ölümünün qeyd edilməsini başqa qaydada əldə edə bilməz. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi bacısı X5 xx.xx.1996-cı il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi bacısı X5 xx.xx.1996-cı il tarixdə Göyçay rayonu Ləkçıplaq vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. Bu qətnamə X5 ölümünün qeydiyyat orqanında qeydə alınaraq, ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamənin icrası Göyçay rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar