Məhkəmə qərarları › İş №2(046)-40/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-40/2021

24.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-40/2021 24.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi,İddiaçı və nümayəndəsi – vəkili Vəkil1, Cavabdeh1 və cavabdeh X2 nümayəndəsi – vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı 17.745 manat dəyərində əmlak tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı 17.745 manat dəyərində əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində adlarını və qiymətlərini qeyd etdiyi, dəyəri 17.745 manat olan əmlakının və ya həmin əmlaklar mövcud olmadığı halda onların dəyərinin və 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə xx xxxxxxx 2009-cu il tarixdə el adətinə uyğun toy etməklə ailə qurmuşdur. Nikahları xx xxxxxx 2010-cu il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində qeyd olunmuşdur. Cavabdeh1 ilə birgə nikahlarından xx xxxxxx 2010-cu il tarixdə X4 və xx xxxxxxx 2013-cü il tarixdə X5 adlı iki övladları doğulmuşdur. Cavabdeh1 ilə evlənəndən sonra aralarındakı münasibətlər pozulmağa başlamışdır. Belə ki, narkotik istifadəçisi olan Cavabdeh1 2011-ci ilin yanvar ayında narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilmiş və məhkəmənin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzadan vaxtından əvvəl azad olunan Cavabdeh1 narkotik maddələrdən istifadəsini yenə davam etdirir, ailəsini maddi cəhətdən təmin etmir, uşaqlarının təhsili, səhhəti və maddi təminatı ilə maraqlanmır, onu və uşaqlarını döyür, söyürdü. Nəticədə 2018-ci ilin may ayının sonunda Cavabdeh1la faktiki ayrılmışlar. Uşaqları ilə birlikdə evdən çıxmağa məcbur olmuşdur. Həmin vaxtdan Ağsu şəhərində valideynlərinin himayəsində yaşayır. Bütün əmlakı qeydiyyatda olduğu və Cavabdeh1la birgə yaşadıqları evdə qalmışdır. Qızıl-zinət əşyalarını isə qayınanası cavabdeh X6 2011-ci ildə banka girov qoyaraq, kredit götürmüş, krediti ödəyəndən sonra qızıl-zinət əşyalarını geri alan cavabdeh X6 həmin əşyalarını ona qaytarmamışdır. Yaşadığı evi Cavabdeh1la mübahisələrindən sonra tərk etdiyi üçün əmlakını götürməmişdir. Sonradan əmlakını götürmək istəsə də, cavabdehlər onun əmlakının yerləşdiyi evdə yaşamadıqları üçün əmlakını götürə bilməmişdir. Halbuki, nikaha daxil olanadək ona məxsus olmuş cehiz əşyaları onun mülkiyyətidir. Buna görə də 1. Dəyəri 2.250 manat olan 30 qram çəkidə 1 ədəd qızıl tross formalı boyunbağının (Rusiya);, 2. Dəyəri 3.000 manat olan 40 qram çəkidə qızıl bilərzik-boyunbağı dəstinin (Rusiya); 3. Dəyəri 1.200 manat olan 11 qram çəkidə üzərində 5 ədəd brilyant qaşı olan 1 ədəd qızıl nişan üzüyün (Rusiya);, 4. Dəyəri 1.075 manat olan 15 qram çəkidə dama formalı 1 ədəd qızıl üzük-sırğa dəstinin (Rusiya); 450 manat olan 6 qram çəkidə paxlava formalı 1 ədəd qızıl üzüyün (Rusiya);,6. Dəyəri 360 manat olan sarı çəhrayı qaşlı 1 ədəd qızıl üzüyün (Rusiya);, 7. Dəyəri 1.000 manat olan yumşaq mebel divan – 2 ədəd kreslo – jurnal masasının;,8. Dəyəri 600 manat olan qonaq otağı mebelinin (qorka);, 9. Dəyəri 420 manat olan masa-miz dəstinin (1 masa, 6 miz);,10. Dəyəri 700 manat olan yataq mebeli dəstinin;, 11. Dəyəri 300 manat olan 1 ədəd 3x4 ölçüdə xalçanın (İran-Təbriz);,12. Dəyəri 500 manat olan 1 ədəd 3X5 ölçüdə xalçanın (Türkiyə, Kaşmir);, 13. Dəyəri 200 manat olan 1 ədəd büllur çilçırağın;,14. Dəyəri 50 manat olan 1 ədəd televizor altlığının;,15. Dəyəri 120 manat olan 1 ədəd LG markalı DVD maqnitofonun;,16. Dəyəri 70 manat olan 1 ədəd İTİMAT markalı elektrik sobasının;,17. Dəyəri 120 manat olan qaz tükündən 6 ədəd balışın;,18. Dəyəri 60 manat olan 2 ədəd gecə lampasının;,19. Dəyəri 150 manat olan 1 ədəd elektrik samovarı çaydanla birlikdə;,20. Dəyəri 60 manat olan 2 ədəd büllur meyvə qabının;,21. Dəyəri 1.000 manat olan Star markalı 1 ədəd 2 qapılı soyuducunun;,22. Dəyəri 800 manat olan Elite markalı 1 ədəd ağ rəngli paltaryuyan maşının;, 23. Dəyəri 100 manat olan 6 əşyalı alüminium qazan dəstinin;,24. Dəyəri 50 manat olan 1 ədəd qabyığılanın;,25. Dəyəri 180 manat olan 2 ədəd uşaq velosipedinin;, 26. Dəyəri 420 manat olan boşqab, qaşıq, çəngəl, bıçaq dəstinin;,27. Dəyəri 620 manat olan mətbəx mebelinin;, 28. Dəyəri 740 manat olan 5 pəncərə, 1 qapı üçün Kapsella pərdənin və ya həmin əmlaklar mövcud olmadığı halda onların dəyərinin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, anası şəxsən özünə aid qızıl-zinət əşyalarını banka girov qoyaraq kredit götürmüşdür. Anası bankdan kredit götürərkən, anasının yanında olmamışdır. Hansı çəkidə, hansı əyarda, hansı dəyərdə qızıl-zinət əşyalarını girov qoyduğunu bilmir. Anasının öz şəxsi qızıl-zinət əşyalarını banka girov qoymaqla kredit götürməsindən məlumatı var. İddia tələbinin əmlakla bağlı ona qarşı qaldırılan hissədə qeyd edir ki, iddia ərizəsində 6-cı addan 28-ci ada qədər qeyd edilən əmlaklar iddiaçı ilə ayrıldıqdan sonra onun tərəfindən maddi təminatını ödəmək üçün iddiaçının xəbəri olmadan satmışdır və bu barədə Polis Şöbəsinə izahat vermişdir. Bu səbəbdən, iddianın qismən adlarını qeyd etdiyi əmlaklara dair hissədə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X2 nümayəndəsi – vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, İddiaçı Cavabdeh1 Kərim oğlu ilə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. Onların birgə nikahından xx xxxxxx 2010-cu il tarixdə X4 və xx xxxxxxx 2013-cü il tarixdə X5 doğulmuşdur. Nümayəndəsi olduğu cavabdeh Xalidə Nəsirova onlarla birlikdə yaşamamışdır. İddiaçıya nişan və toy mərasimində həddiyə edilmiş qızıl-zinət əşyaları özündə olmuş, nümayəndə olduğu cavabdeh Xalidə Nəsirova tərəfindən banka girov qoyulmamışdır. Buna görə də mMəhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli bank qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 30 dövlət rüsumu ödəmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçının tələb etdiyi əşyaların satılması, bağışlanması və başqa qaydada özgəninkiləşdirilməsi cavabdehlərə qadağan edilmiş, həmin əmlakların üzərinə həbs qoyulmuşdur. Məhkəməyə təqdim edilmiş “xxxx” ASC-nin Göyçay filialının əməkdaşları və X6 tərəfindən imzalanmış xx.xx.2015-ci il tarixli Aktdan görünür ki, 42 qram 3 ədəd sep, 7.2 qram 2 ədəd üzük, 6.6 qram olan 1 ədəd üzük, 15,4 qram olan 1 ədəd komplekt, 8 qram olan 1 ədəd qolbaq X6 tərəfindən “xxxx” ASC-nin Göyçay filialına girov olaraq təhvil verilmişdir. Məhkəməyə təqdim edilmiş “xxxx” ASC-nin Göyçay filialı ilə X6 arasında xx.xx.2015-ci il tarixli kredit müqavilədən görünür ki, bank borcalana 15 ay müddətinə illik 34 faizlə 1530 ABŞ dolları kredit vermişdir. Məhkəməyə təqdim edilmiş “xxxx” ASC-nin Göyçay filialı ilə X6 arasında xx.xx.2015-ci il tarixli girov müqaviləsindən görünür ki, “xxxx” ASC-nin Göyçay filialı ilə X6 arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 1592 manat 71 qəpik məbləğində qiymətləndirilmiş qızıl əşyalar banka girov kimi təhvil verilmişdir. Məhkəmə iclasında əldə edilən mötəbər sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2009-cu ildə faktiki ailə qurmuş, nikahlarını xx.xx.2010-cu il tarixdə rəsmiləşdirmiş və birgə nikahdan onların xx xxxxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxxxxx 2013-cü il təvəllüdlü X5 adlı iki övladları anadan olmuşdur. Tərəflər faktiki olaraq ayrılmışlar. Tərəflər faktiki olaraq ayrıldıqdan sonra, Cavabdeh1 bir sıra əmlakları şəxsi qayğılarının həll edilməsi üçün sataraq, əldə etdiyi vəsaiti sərf etmişdir. Həmin məbləğ ailənin ümumi mənafeyinə deyil, Cavabdeh1 öz şəxsi ehtiyaclarının ödənilməsinə sərf edilmişdir. İşin yuxarıda qeyd edilən mübahisəsiz faktiki hallarından göründüyü kimi, Cavabdeh1 iddiaçıya məxsus cehiz əmlaklardan iddia ərizəsində qeyd edilən siyahının 7ci bəndindən 28-ci bəndinədək (28-ci bənd də daxil olmaqla) adları qeyd olunan əşyaları iddiaçı ilə faktiki ayrıldıqdan sonra şəxsi maddi tələbatını ödəmək üçün satmışdır və əldə etdiyi vəsaiti sərf etmişdir. Bu halı cavabdeh məhkəməyə yazılı ərizə təqdim etməklə, etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinin tələblərinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunan prosessual normalardan müəyyən olunur ki, iddia tələbinin etiraf edilməsi cavabdehin hüququdur. Cavabdeh bu hüquqdan istifadə etdikdə, yəni iddia tələbini etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırılmalıdır - birincisi bunun qanuna zidd olub-olmaması, ikincisi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmaması. Yalnız bu hallar və ya onlardan hər hansı biri müəyyən olunduqda məhkəmə iddianın etiraf edilməsini qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilir, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda iddianın etiraf edilməsinin qanuna zidd olub-olmaması yalnız iddia tələblərinin özü-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılıbsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd hesab edilə bilməz. İddiaçının iddia tələbinin etiraf edilməsi hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1 və 34.2-ci maddələrinə görə əsaslıdır və Cavabdeh1 iddiaçıya məxsus cehiz əmlaklardan siyahının 7-ci bəndindən başlamaqla 28-ci bəndinədək (28-ci bənd də daxil olmaqla) adları qeyd olunan əşyaları, sözügedən əşyalar mövcud olmadıqda isə dəyərini İddiaçı verməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə isə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Bu Məcəllənin 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.2-ci maddəsində təsbit edilmişdir ki, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. İddia ərizəsində qeyd olunan 7-28-ci bəndlərdə adları göstərilən cehiz əmlaklar (əşyalar) yalnız iddiaçının mülkiyyəti olduğundan, iddia qismən təmin edilməli, həmin əmlaklar, onlar mövcud olmadıqda onların dəyəri Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. Tərəflər arasında mübahisə doğuran məsələlərdən biri də qızıl-zinət əşyaları ilə bağlıdır. Məhkəmə iddia tələbinin bu tərkib hissəsinə hüquqi qiymət verərək, qeyd etməyi zəruri hesab edir ki, iddia qeyd olunan hissədə təmin edilə bilməz. Çünki, iddiaçı iddia ərizəsində ona məxsus dəyəri 3.000 manat olan 40 qram çəkidə qızıl bilərzik-boyunbağı dəstinin, dəyəri 3.000 manat olan 40 qram çəkidə qızıl bilərzikboyunbağı dəstinin, dəyəri 1.200 manat olan 11 qram çəkidə üzərində 5 ədəd brilyant qaşı olan 1 ədəd qızıl nişan üzüyünün, dəyəri 1.075 manat olan 15 qram çəkidə dama formalı 1 ədəd qızıl üzük-sırğa dəstinin, dəyəri 450 manat olan 6 qram çəkidə paxlava formalı 1 ədəd qızıl üzük və dəyəri 360 manat olan sarı çəhrayı qaşlı 1 ədəd qızıl üzük qaynanasıcavabdeh Xalidə Nəsirova tərəfindən banka girov qoyularaq, kredit götürdüyünü göstərsə də, bunun əksini sübut edən “xxxx” ASC-nin Göyçay filialı ilə X6 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış girov müqaviləsindən, eləcə də “xxxx” ASC-nin Göyçay filialının əməkdaşları və X6 tərəfindən imzalanmış eyni tarixli Aktan görünür ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının adları, çəkisi, əyarı, dəyəri cavabdeh X6 tərəfindən «xxxx» ASC-nin Göyçay filialına girov (saxlanc) qoyulan qızıl-zinət əşyalarının adları, çəkisi, əyarı, dəyəri ilə eynilik təşkil etmir. İddiaçı iddia tələbinin qeyd edilən hissəsinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Sübut qismində təqdim etdiyi girov (saxlanc) müqaviləsi isə iddia tələbinin predmetini təşkil edən qızıl-zinət əşyalarına münasibətdə deyil, digər qızıl-zinət əşyalarına münasibətdə girov hüququnun təsbit edilməsi üçün bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinin tələbinə görə qətnamə qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilk növbədə həmin qızıl-zinət əşyalarının ona hədiyyə verilməsini, həmçinin həmin zinət əşyalarının cavabdeh Xalidə Nəsirova da qalmasını sübut etməlidir. Bu halların təsdiqi həmin tələbin faktiki əsasının mövcudluğunu təsdiq edir. Tələbin faktiki əsası olduğu təqdirdə həmin tələb müvafiq qanunun müddəalarına görə qarşı tərəfdən geri tələb edilir. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. İddiaçı tərəf nə iddia ərizəsinə, nə də məhkəməyə tələbinin (qızıl-zinət əşyalarına münasibətdə) faktiki əsasının mövcudluğunu hər hansı bir sübut ilə təsdiq edə bilməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X10 Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur (§68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi, Avropa Məhkəməsinin presedent qərarları baxımından da iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Lakin konkret halda, qeyd olunanlardan göründüyü kimi, iddiaçının tələbi sübutlarla öz təsdiqini tapmır, əksinə təkzib olunur. Belə olduğu təqdirdə, iddianın qızıl-zinət əşyalarına dair hissədə təmin edilməsi mümkün deyil. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1. Dəyəri 1.000 manat olan yumşaq mebel (divan – 2 ədəd kreslo – jurnal masası); 2. Dəyəri 600 manat olan qonaq otağı mebeli (qorka); 3. Dəyəri 420 manat olan masa-miz dəsti (1 masa, 6 miz); 4. Dəyəri 700 manat olan yataq mebeli dəsti; 5. Dəyəri 300 manat olan 1 ədəd 3x4 ölçüdə xalça (İran- Təbriz); 6. Dəyəri 500 manat olan 1 ədəd 3X5 ölçüdə xalça (Türkiyə, Kaşmir); 7. Dəyəri 200 manat olan 1 ədəd büllur çilçıraq; 8. Dəyəri 50 manat olan 1 ədəd televizor altlığı; 9. Dəyəri 120 manat olan 1 ədəd LG markalı DVD maqnitofon; 10. Dəyəri 70 manat olan 1 ədəd İTİMAT markalı elektrik sobası; 11. Dəyəri 120 manat olan qaz tükündən 6 ədəd balış; 12. Dəyəri 60 manat olan 2 ədəd gecə lampası; 13. Dəyəri 150 manat olan 1 ədəd elektrik samovarı çaydanla birlikdə; 14. Dəyəri 60 manat olan 2 ədəd büllur meyvə qabı;

15. Dəyəri 1.000 manat olan Star markalı 1 ədəd 2 qapılı soyuducu; 16. Dəyəri 800 manat olan Elite markalı 1 ədəd ağ rəngli paltaryuyan maşın; 17. Dəyəri 100 manat olan 6 əşyalı alüminium qazan dəsti; 18. Dəyəri 50 manat olan 1 ədəd qabyığılan; 19. Dəyəri 180 manat olan 2 ədəd uşaq velosipedi; 20. Dəyəri 420 manat olan boşqab, qaşıq, çəngəl, bıçaq dəsti; 21. Dəyəri 620 manat olan mətbəx mebeli; 22. Dəyəri 740 manat olan 5 pəncərə, 1 qapı üçün Kapsella pərdə, onlar mövcud olmadıqda isə dəyəri, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh1 dəyəri 1. 1.000 manat olan yumşaq mebel (divan – 2 ədəd kreslo – jurnal masası); 2. Dəyəri 600 manat olan qonaq otağı mebeli (qorka); 3. Dəyəri 420 manat olan masa-miz dəsti (1 masa, 6 miz); 4. Dəyəri 700 manat olan yataq mebeli dəsti; 5. Dəyəri 300 manat olan 1 ədəd 3x4 ölçüdə xalça (İran-Təbriz); 6. Dəyəri 500 manat olan 1 ədəd 3X5 ölçüdə xalça (Türkiyə, Kaşmir); 7. Dəyəri 200 manat olan 1 ədəd büllur çilçıraq;

8. Dəyəri 50 manat olan 1 ədəd televizor altlığı; 9. Dəyəri 120 manat olan 1 ədəd LG markalı DVD maqnitofon; 10. Dəyəri 70 manat olan 1 ədəd İTİMAT markalı elektrik sobası;

11. Dəyəri 120 manat olan qaz tükündən 6 ədəd balış; 12. Dəyəri 60 manat olan 2 ədəd gecə lampası; 13. Dəyəri 150 manat olan 1 ədəd elektrik samovarı çaydanla birlikdə; 14. Dəyəri 60 manat olan 2 ədəd büllur meyvə qabı; 15. Dəyəri 1.000 manat olan Star markalı 1 ədəd 2 qapılı soyuducu; 16. Dəyəri 800 manat olan Elite markalı 1 ədəd ağ rəngli paltaryuyan maşın; 17. Dəyəri 100 manat olan 6 əşyalı alüminium qazan dəsti; 18. Dəyəri 50 manat olan 1 ədəd qabyığılan; 19. Dəyəri 180 manat olan 2 ədəd uşaq velosipedi; 20. Dəyəri 420 manat olan boşqab, qaşıq, çəngəl, bıçaq dəsti; 21. Dəyəri 620 manat olan mətbəx mebeli; 22. Dəyəri 740 manat olan 5 pəncərə, 1 qapı üçün Kapsella pərdə, onlar mövcud olmadıqda isə dəyəri-8260 manat pul, ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia cavabdeh X3 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İ.B.Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar