Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-438/2022 30.06.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə, Göyçay rayon Notariat ofisinə və Cavabdeh1 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mülkiyyət hüququnun qeydiyyatı və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1984-cü ildə Göyçay rayonunda vəfat etmiş qaynanası X1 miras qalmış məişət əşyalarının və xx.xx.1989-cu ildə Göyçay şəhərində vəfat etmiş qayınatası X2 miras qalmış əmlakların, o cümlədən Göyçay şəhəri N.Nərimanov küçəsi 61 saylı ünvanda yerləşən fərdi yaşayış evinin istifadə hüquqlarının mərhum həyat yoldaşı tərəfindən qəbul edilməsi, Cavabdeh1 həyat yoldaşımın valideynlərindən miras qalmış Göyçay şəhəri N.Nərimanov küçəsi 61 saylı ünvanda yerləşən fərdi yaşayış evinə daxil olmağına qadağa qoyulması, Göyçay şəhəri N.Nərimanov küçəsi 61 saylı ünvanda yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması və qaynatası X4 adına qeyd alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin miras əmlak kimi tanınması və vərəsələr arasında payların yenidən müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, məhrum həyat yoldaşı X14 xx.xx.2020-ci ildə Bakı şəhərində vəfa etmişdir. Onunla nikahları xx.xx.1982-ci ildə rəsmiləşdirilmiş, qaynatası Qasımov Qafura məxsus fərdi yaşayış evinə gəlin köçmüşdür. Həyat yoldaşı ilə ölən günə kimi bir yerdə yaşamışdır. Həyat yoldaşı anasının vəfatından sonra ondan miras qalmış məişət əşyalarını qəbul etmişdir. Çünki ailəyə gəlin köçmüşdür. Hazırda həyat yoldaşından miras məişət əşyalarından istifadə edir. Atasının vəfatından sonra miras qalmış məişət əşyaları ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini miras əmlak olaraq faktiki olaraq qəbul etmişdir. Həmin miras əmlaklara sahiblik edərək istifadə etmişdir. Bundan başqa, cavabdeh Azərbaycan Respublikası ƏMDK Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi idarəsinə rəsmi ərizə ilə müraciət edərək qaynanasında və qaynatasında miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin dövlət reyestrində qayınatasının adından qeydə alınaraq müvafiq çıxarışın verilməsini xahiş etmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi idarəsi bu günə qədər rəsmi müraciətinə heç bir cavab verməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı məhkəmə baxışının vaxtı və yeri barədə məlumat verilmiş, lakin iddiaçı məhkəmə baxışında iştirak etməmiş,mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İş üzrə Cavabdeh1 işə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh1 izahat verərək göstərmişdir ki, mərhum valideynlərindən miras qalmış əmlakın bölgüsünə dair mülki işə iddiaçının əri X9 iştirakı ilə baxılmış və iddiaçının mərhum əri Akif mirası qəbul etmədiyi üçün ona mirasdan pay verilməmişdir. Belə ki, X11 ona və cavabdehlər X14, X12 və X7, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə, Göyçay rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mülkiyyət hüququnun qeydiyyatı və miras əmlakdan payın müəyyən edilməsi, cavabdeh tərəfindən edilən maneçiliyin aradan qaldırılması tələbinə dair iddia ilə Göyçay rayon Məhkəməsinə müraciət etmiş, digər vərəsələr ilə birlikdə mirasın qəbul edilməsinin müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin mülki işə 18 noyabr 2019-cu il tarixdə baxılaraq (iş № 2(046)-1126/2019) ilkin və qarşılıqlı iddiaların qismən təmin olunması barədə qətnamə qəbul edilmişdir. Qətnamədən ilkin iddiaçı Qasım Qasımov və cavabdeh Akif Qasımovun (iddiaçının mərhum əri) verdikləri apellyasiya şikayətləri Şəki Apellyasiya Məhkəməsinin 04 mart 2020-ci il tarixli 2(107)- 490/2020 saylı qətnaməsi ilə qismən təmin edilmiş, Qasım Qasımova miras əmlakdan 1/3 hissə pay verilmişdir.(digər 1/3 hissə miras payları onun və bacısı Sevinc Qasımovanın payıdır). Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 2(102)-3759/2020 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi miras əmlak hər birinə 1/3 hissə olmaqla bölünmüşdür. İddiaçının mərhum ərinə isə hazırki mülki iş üzrə iddiaçının tələb etdiyi mirasdan pay müəyyən edilməmişdir. Buna görə də iddanın rədd edilməsini xahiş etmişdir. İş üzrə digər cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehlərin nümayəndələri üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş X5 surətindən görünür ki, İddiaçı ilə X14 xx.xx.1982-ci il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş X6 surətindən görünür ki, X14 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İlkin iddia tələbi qismən təmin edilmiş, Göyçay şəhəri N.Nərimanov küçəsi 61 saylı ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evi miras əmlak kimi tanınmış, qalan hissədə ilkin iddia təmin edilməmişdir. Qarşılıqlı iddia qismən təmin edilmiş, ünvan 3 ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evinin, yəni miras əmlakın Cavabdeh1 tərəfindən qəbul edilməsi müəyyən edilmiş və həmin miras əmlaka onun qanun üzrə vərəsəlik hüququ tanınmışdır. İddiaçının mərhum əri Akif Qasımova miras əmlakdan pay müəyyən edilməmişdir. Məhkəməyə təqdim edilmiş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X11 və cavabdeh X14 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli, 2(046)-1126/2019 nömrəli qətnaməsi qismən - iddiaçı X8 ilk iddia tələbinin təmin edilməmiş “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan payın müəyyən edilməsi” hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilmiş, İddiaçı X8 cavabdehlər Cavabdeh1, X14, X12 və X7, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə, Göyçay rayon Notariat Ofisinə qarşı ilk iddia tələbi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan payın müəyyən edilməsi” hissəsində təmin edilmiş, ünvan 3 ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evinin, yəni miras əmlakın X11 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, həmin miras əmlaka onun qanun üzrə vərəsəlik hüququ tanınmaqla miras əmlakdakı payı 1/3 hissə müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Kasasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 04 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, İddiaçı mərhum əri X9, mərhum valideyinlərindən miras qalmış əmlakdan payın müəyyən edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, qeyd edilən miras əmlaka dair iddiaçının mərhum əri X9 iştirakı ilə məhkəmə çəkişməsi olmuş və ünvan 3 ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evinin, yəni miras əmlakın X11 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, həmin miras əmlaka onun qanun üzrə vərəsəlik hüququ tanınmaqla miras əmlakdakı payı 1/3 hissə müəyyən edilmişdir. X3 miras əmlakdan payı olduğu müəyyən edilməmişdir. Göründüyü kimi iddiaçının tələb etdiyi miras əmlakda payının müəyyən edilməsinə dair tələb üzrə qanuni qüvvəsin almış məhkəmə qətnaməsi mövcuddur vardır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə, Göyçay rayon Notariat ofisi və Cavabdeh1 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mülkiyyət hüququnun qeydiyyatı və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə, Göyçay rayon Notariat ofisi və Cavabdeh1 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mülkiyyət hüququnun qeydiyyatı və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-438/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-438/2022
30.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver