Məhkəmə qərarları › İş №2(046)-452/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-452/2022

22.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-452/2022 22.08.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2000 manat dəyərində olan komplektin icerisinde olanlar sirğa, qolbağ, üzüyün ve boyunbağının, 2300 manat dəyərində olan nişan üzüyünün, 600 manat dəyərində olan sarə qızıl boyunbağının, 250 manat dəyərində qızıl sırğanın, 1800 manat dəyərində Samsung smart televizorun və 120 manat dəyərində şirə çəkən maşının, əşyalar olmadığı təqdirdə onların dəyərinin və dövlət rüsumu kimi ödədilmiş 192 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan nikah Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehlə birgə nikah dövründə yaşadıqları müddət ərzində ona cehiz əmlaklar və qızıl-ziynət əşyaları hədiyyə edilmişdir. Dəfələrlə cavabdehdən həmin cehiz əmlakların və qızıl-ziynət əşyalarının Cavabdeh tələb etmiş cavabdeh qaytarmaqdan imtina etmişdir. İddiaya Etiraz: İddiaçı iddia ərizəsində adlarını sadaladığı qızıl əmlaklarının siyahısını şişirdilmiş formada tərtib etmiş, mövcud olmayan qızıl əşyalarının adını iddia ərizəsində yazmışdır. İddiaçıya tərəfindən 600 manat dəyərində olan sarı qızıl boyunbağı hədiyyə edilməmiş və ya birgə nikah dövründə alınmamışdır. Bundan əlavə bildirir ki, iddiaçı iddia ərizəsində göstərdiyi 2000 manat dəyərində olan komplekti 800 manata almış, 2300 manat dəyərində nişan üzüyünü 500 manata almış, 250 manat dəyərində qızıl sırğanı 120 manata almış və həmin qızıl sırğa hazırda qızı Əminənin qulağındadır, hər bir vaxt iddiaçıya təhvil verə bilər. Samsung markalı smart televizor anası Mehparə Məhmudovanın vəsaiti hesabına kreditlə alınmış, şirə çəkən aparatı istər iddiaçı tərəfindən cehiz olaraq gətirilməmiş və birgə nikah dövründə alınmamışdır. Qızıl-ziynət əşyaları İddiaçı istifadəsində olmuş, qızılzinət əşyalarının saxlanılan yeri yalnız iddiaçıya məlum olmuş, bu barədə heç vaxt məlumatı olmamış, bu səbəbdən qızıl-zinət əşyalarının saxlanılan yerindən götürmək imkanı iddiaçıda olmuşdur. Hesab edir ki, İddiaçı ayrı yaşadıqları 2 ilə yaxın müddət ərzində bir dəfədə olsun yaşadığı evdə saxladığını iddia etdiyi qızıl-zinət əşyalarının taleyi ilə maraqlanmamasının səbəbləri araşdırılmalıdır. Əslində, iddiaçının 2 ilə yaxın müddət ərzində bir dəfədə olsun onun yaşadığı evdə saxladığını iddia etdiyi qızıl-zinət əşyalarının taleyi ilə maraqlanmaması bir daha sübut edir ki, Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, məhkəmə prosessesi zamanı özünə məxsus cehiz əmlakların çox hissəsini cavabdehə məxsus evdən götürmüş, lakin 01 ədəd 120 manat dəyərində şirəçəkən, 01 ədəd 1800 manat dəyərində televizor və qızıl-ziynət əşayaları cavabdehin qanunsuz istifadəsindədir. Bundan başqa bildirir ki, tələb etdiyi qızıl sırğa ilə, azyaşlı qızına hədiyyə edilmiş qızıl sırğa ayrıdır. Buna görə də iddianın təmin edilməsini xahiş edir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Belə ki, iddia ərizəsi vermiş olduğu etiraz ərizəsində iddianı qəbul etmədiyini əsaslandırnışdır. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş İrşad İR tərəfindən verilmiş ödəniş cədvəlindən və ödəniş qəbzlərindən görünür ki, X1 (cavabdehin anası) İrşad İR-dan Samsung markalı televizor almışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, İddiaçı məxsus qızıl-zinət əşyaları və 01 ədəd şirəçəkən Cavabdehnın qanunsuz sahibliyindədir. Məhkəmə baxışı zamanı iddiaçıya məxsus qızıl-zinət əşyalarının qiymətləri, mövcudluğu ilə bağlı və eləcə də 01 ədəd 1800 manat dəyərində samsung markalı televizorun iddiaçıya məxsus olmaması ilə cavabdehin göstərdiyi xüsusatlar iddiaçı tərəfindən mübahisələndirilmişdir. Lakin tərəfləri dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçıya məxsus qızıl-ziynət əşyaları və 01 ədəd şirəkən cavabdehin qanunsuz sahibliyində qalmış, qeyd edilən qızıl-ziynət əşyalarının dəyəri cavabdehin məhkəmə baxışı zamanı göstərdiyi həddə təmin təmin edilməlidir. Məhkəmə baxışı zamanı İddiaçı qızıl-ziynət əşyalarının iddia ərizəsində qeyd etidiy həddə olması və 01 ədəd samsung markalı televizorun cavabdehin qanunsuz sahibliyində olmasına dair heç bir möhtəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 192 manat dövlət rüsumunun, iddianın təmin edildiyi həddə 42.7 manatı Cavabdeh aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, İddiaçı məxsus dəyəri 800 manat olan qızıl komplekt, dəyəri 500 manat olan nişan üzüyü, dəyəri 600 manat olan sarı qızıl boyunbağı, dəyəri 250 manat olan qızıl sırğa, dəyəri 120 manat olan şırəçəkən maşın, həmin əşyalar mövcud olmadığı halda onların ümumi dəyəri olan 2270 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Dəyəri 800 manat olan qızıl komplekt, dəyəri 500 manat olan nişan üzüyü, dəyəri 600 manat olan sarı qızıl boyunbağı, dəyəri 250 manat olan qızıl sırğa, dəyəri 120 manat olan şırəçəkən maşın, həmin əşyalar mövcud olmadığı halda onların ümumi dəyəri olan 2270 manat Cavabdeh alınaraq İddiaçı verilsin. 42 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar