Məhkəmə qərarları › İş №2(046)-46/2020

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-46/2020

23.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-46/2020 23.06.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh, maraqlı tərəf olan zərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 16 saylı x3 Daşınmaz Əmlakın Kadastrı, Texniki İnventarlaşdırma və Ünvan şöbəsinin müdiri Nümayəndə və idarənin hüquq məsləhətçisi x1 iştirakı ilə, torpaq sahəsinin boşaldılması və maneələrin aradan qaldırılması tələbinə dair mülki işə 23 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 0.10 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və torpaqdan istifadə hüququnun bərpa olunmasında maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı məhkəməyə ərizə təqdim edərək, hazırki tələb üzrə Şəki İnzibati Məhkəməsinə müraciət edəcəyini bildirmiş, buna görə də iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə qarşı mülkiyyətində olan 0.10 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və torpaqdan istifadə hüququnun bərpa olunmasında maneələrin aradan qaldırılması tələbinə dair mülki iş iddiaçının ərizəsinə əsasən baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar