Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-493/2021 14.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlakın çıxarılması tələbinə dair mülki işə Göyçay şəhərində 14 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək məhkəmə baxışının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, X1 Cavabdeh ilə 01.12.2015-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə nikah bağlamış, nikahları 2019-cu il tarixdə Göyçay rayon Məhkəməsinin 24.10.2019-cu il tarixli 2(046)-1598/2019 nömrəli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh ona məxsus olan yaşayış evini tərk edərək, daimi yaşamaq üçün valideynlərinə məxsus Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Nəsib Məlikov küçəsi 28,2-də yerləşən evə köçmüş, gedərkən cehiz əmlaklarını aparmamışdır. Hazırda Cavabdeh məxsus 1 ədəd yataq dəsti, 1 ədəd divan, 1 ədəd paltar dolabı, 1 ədəd balaca tumba, 1 ədəd böyük tumba, 1 ədəd kamot, 1 ədəd çil-çıraq, pərdə və pərdə asılqanı Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən evindədir. Həmin əmlaklar onun və ailəsinin evə sahiblik hüquqlarını pozur, evdən istifadəsini qeyri-mümkün etmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 22.12.2020-ci il tarixli Dövlət Reysetrindən çıxarışın surətindən görünür ki, Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən fərdi yaşayış evi İddiaçı və X2 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh məxsus qeyd edilən əmlaklar İddiaçı Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən fərdi yaşayış evində saxlandığından iddiaçının mülkiyyətində olan həmin ev üzərində mülkiyyətdən istifadə hüquqları pozulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əmlaklar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus 1 ədəd yataq dəsti, 1 ədəd divan, 1 ədəd paltar dolabı, 1 ədəd balaca tumba, 1 ədəd böyük tumba, 1 ədəd kamot, 1 ədəd çil-çıraq, pərdə və pərdə asılqandan ibarət əmlak çıxarılsın. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-493/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-493/2021
14.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver