Məhkəmə qərarları › İş №2(046)-495/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-495/2021

15.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-495/2021 15.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, ölüm faktının qeydə alınması tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum qardaşı X3 xx.xx.1997-ci il tarixdə Göyçay şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, xx xxxxxx 1957-ci il tarixdə anadan olmuş mərhum qardaşı X8 xx xxxxxxx 1997-ci il tarixdə Göyçay şəhərində vəfat etmiş və qardaşı Göyçay rayonunun Potu kənd qəbiristanlığında dəfn edilmişdir. X1 xx xxxxxx 1994-cü il tarixdə, anası X9 xx xxxxxx 1995-ci il tarixdə vəfat etmişlər. Mərhum anasından qeydiyyatda olduğu ünvanda yerləşən daşınmaz əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə təqdim etmək məqsədi ilə sənədləri hazırlayarkən ona məlum olmuşdur ki, mərhum qardaşı Bəhrəmin ölümü Maraqlı şəxsndə qeydə alınmamışdır. Hazırda qardaşının ölümünü təsdiq edən sənədi almaq istəyir, lakin qardaşının ölümü Maraqlı şəxsndə qeydə alınmadığı üçün həmin sənədi əldə edə bilmir. Buna görə də ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf Maraqlı şəxsnə məhkəmənin yeri və vaxtı barədə məlumat verilmiş, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçini dinləyən və iş üzrə təqdim edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs tərəfindən verilmiş çıxarışdan görünür ki, X8 xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. Atası – X6, anası X4r. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs tərəfindən verilmiş çıxarışdan görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. Atası – X6, anası X4r. Məhkəməyə təqdim edilmiş Ölüm Haqqında Şəhadətnamələrin surətlərindən görünür ki, X6 xx.xx.1994-cü il tarixdə, X7 xx.xx.1995-ci il tarixdə vəfat etmişlər. Məhkəməyə təqdim edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki passportundan görünür ki, Göyçay şəhəri Xəqani küçəsi 73 saylı ev fərdi yaşayış evi X2 xüsusi mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayonunun Potu kənd Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X8 1975-ci il tarixdə vəfat etmiş və Göyçay rayonu Potu kənd qəbirstanlığında dəfn edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, X3 ölüm haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. X3 ölümünün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə Maraqlı şəxsnə təqdim olunmalıdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda isə ölüm haqqında akt qeydinin qeydə alınması mümkün deyildir. Bu səbəbdən Göyçay Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Ərizəçi mərhum qardaşı xx.xx.1997-ci il tarixdə vəfat etmiş X3 ölümünün qeyd edilməsini başqa qaydada əldə edə bilməz. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi qardaşı X3 xx.xx.1997-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi qardaşı X3 xx.xx.1997-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. Bu qətnamə X3 ölümünün qeydiyyat orqanında qeydə alınaraq, ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamənin icrası Göyçay rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar