Məhkəmə qərarları › İş №2(046)-50/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-50/2021

14.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-50/2021 14.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı1 nümayəndəsi (oğlu) İddiaçı2, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X3 iştirakı ilə, tikilinin sökülməsi və gediş-gəliş yolunun açılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1, X10 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-024, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətdə olan Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən ümumi-birgə mülkiyyətdə olan 0,26 ha həyətyanı torpaq sahəsinə gediş-gəlişi təmin edən yolun üzərində cavabdehlər Cavabdeh1, Cavabdeh3, X7 və Cavabdeh4 tərəfindən tikilmiş tikililər sökülməsi və yol açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçılar İddiaçı1 nümayəndəsi (oğlu) İddiaçı2 iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay rayon Aqrar-İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli, 39 saylı qərarı ilə -024 F, kod 40812028-saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsaəsn ona, İddiaçı1 və X8 0,26 ha həyətyanl torpaq sahəsi verilmişdir. Cavabdehlər tərəfindən, Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən ümumi-birgə mülkiyyətdə olan 0,26 ha həyətyanı torpaq sahəsinə gediş-gəlişi təmin edən yolun üzərində özbaşına tikinti işləri aparılmışdır. Cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsinə gediş-gəlişi təmin edən və bələdiyyənin mülkiyyətində olan yolda özbaşına inşa edilən tikili yolun bağlanması ilə nəticələnir və yoldan istifadə edən digər şəxslərin, o, cümlədən onların hüquqları pozulur. Buna görə də iddia tələbinin təmin olunması xahiş etmişdir. İş üzrə Cavabdeh1, Cavabdeh3 və X9 iddianı qəbul etməyərək göstərmişlər ki, İddiaçılar İddiaçı1, X10 və İddiaçı2 mülkiyyətində olan fərdi yaşayış evinə gedın gedişgəliş yolunu zəbt etməmişlər. Buna görə də iddianın rədd edilməsini xahiş etmişlər. İş üzrə digər cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəflərin izahatlarını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Torpağa mülkiyyətə verilməsinə dair JN-024F saylı şəhadətnamədən görünür ki, Göyçay rayon Ulaşlı-Şıxlı kəndində yerləşən 0.26 ha torpaq sahaəsi İddiaçı1, X10, X11 və İddiaçı2 mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 30.10.2020-ci il tarixli rəydən və sxemdən görünür ki, İddiaçı1, X10 və İddiaçı2 naturada yol kimi iddia etdikləri torpaq sahəsi Kompleks Yerquruluşu Layihəsinə əsasən bələdiyyə mülkiyyətində olmaqla cavabdehlərin istifadəsindədir. Sözügedən torpaq sahəsində tikili mövcuddur və həmin tikililərin kim tərəfindən inşa edildiyini müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid deyildir. Məhkəmə tikinti-texniki ekspertizasının 08.01.2021-ci il tarixli 10/3884 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəsəssis rəyinə əsasən, Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində İddiaçı1 və digərlərinə verilmiş mülkiyyətdə olan 0.26 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolu Kompleks Yerqurluşu Layihəsinə əsasən bələdiyyə mülkiyyətində olmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 tərəfindən istifadə olunmaqla, həmin torpaq sahəsində tikili mövcuddur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. X1 22.06.2021-ci il tarixli 29 nömrəli rəyindən görünür ki, Tədqiq olunan Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində X5 və digərlərinə verilmiş mülkiyyətdə olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN- 024F nömrəli şəhadətnaməyə əsasən 0,26 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolu kimi açılamsı tələb edilən yolun başlanğıc hissəsi (kəndin mərkəzindən keçən asfalt yola birləşən hissəsi) 36A, 62A və 88A saylı torpaq mülkiyyətçilərin həyətyanı sahələrinin arasında keçməklə naturada 5 metr enində 51 metr uzunluğunda yoldur. Bu yol iddiaçılara məxsus JN-024F saylı şəhadətnamənin cizgisində və kəndin həyətyanı sahələrinin yerquruluşu planında da qeyd edilir. Həmin yolun davamı olan, iş üzrə yol kimi açılması tələb olunan 153 metrlik məsafə isə kəndin həyətyanı sahələrinin yerquruluşu sxemində bələdiyyə mülkiyyətinə aid boş sahə kimi qeyd edilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Göyçay rayonu Mırtı kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçıların mülkiyyətində olan 0.26 ha həyətyanı torpaq sahəsinə gedən yol cavabdehlər tərəfindən bağlanılmaqla 21 kv.m-lik tikili tikilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən Torpağın Mülkiyyətə Verilməsinə dair JN- 024F nömrəli şəhadətnaməyə əsasən iddiaçıların ümumi-birgə mülkiyyətində olan 0,26 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolu cavabdehlər Cavabdeh1, Cavabdeh3, X2 və Cavabdeh4 qanunsuz istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıların iradəsinin ziddinə olaraq onların qanuni sahibliyində olan 0.26 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolunun cavabdehlər tərəfindən zəbt edilməsi və torpaq sahəsində istixana tikməsi, həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçıların mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, X10 və İddiaçı2 iddiası təmin edilməli, Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən iddiaçıların mülkiyyətində olan 0.26 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolunun üzərində cavabdehlər Cavabdeh1, Cavabdeh3, X7 və Cavabdeh4 tərəfindən tikilmiş 21 kv.m-lik tikili cavabdehlərin vəsaiti hesabına sökülməli və həmin torpaq sahəsinə gedən gediş-gəliş yolu açılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı1 ödənilməli, iş üzrə ekspertiza xərcləri olan 100 manat cavabdehlərdən müştərək qayadada tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən iddiaçılar İddiaçı1, X6 və İddiaçı2 mülkiyyətində olan 0.26 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolunun üzərində cavabdehlər Cavabdeh1, Cavabdeh3, X7 və Cavabdeh4 tərəfindən tikilmiş 21 kv.m-lik tikili cavabdehlərin vəsaiti hesabına sökülsün. Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən iddiaçılar İddiaçı1, X6 və İddiaçı2 mülkiyyətində olan 0.26 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolu cavabdehlər tərəfindən açılsın. İş üzrə ekspertiza xərcləri olan 100 manat cavabdehlərdən müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Dövlət rüsumu kimi ödənilmiş 10 manat Cavabdeh1 alınaraq İddiaçı1 verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar