Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-506/2021 20.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, ölüm faktının qeydə alınması tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum qızları xx xxxxxxxx 1972-ci il tarixdə anadan olmuş X5 xx.xx.1972-ci il tarixdə, xx xxxxxx 1974-cü il tarixdə anadan olmuş X4 xx.xx.1974-cü və xx xxxxxxx 1978-ci il tarixdə anadan olmuş X6 xx xxxxxx 1978ci il tarixdə Göyçay şəhərində vəfat etmələri faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, xx xxxx 1956-ci il tarixdə X11 ilə nikah bağlamışlar. Birgə nikah dövründə 7 uşaqları anadan olmuşdur. Onlardan üçü xx xxxxxxxx 1972-ci il tarixdə anadan olmuş qızı X12 2 aydan sonra, xx xxxxxx 1974-cü il tarixdə anadan olmuş qızı X10 1 aydan sonra və xx xxxxxxx 1978-ci il tarixdə anadan olmuş qızı X13 10 gündən sonra vəfat etmişlər. Qızları vəfat etdikdən sonra onları Göyçay rayon Qəbirsanlıqında dəfin etmişdir. Qızlarının ölüm haqqında şəhadətnaməsi almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmiş, lakin qızlarının vəfat etməsi Maraqlı şəxsndə qeydə alınmamışdır. Qızlarının həqiqətən vəfat etdiklərini şahidlər Göyçay rayon X1 və X14, Qəbirlərin şəkilləri və digər sənədlərlə təsdiq olunur. Buna görə də ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində izahat vermiş X14 və X8 Ərizəçi 3 qızının vəfat etdiyini göstərmişlər. İş üzrə maraqlı tərəf Maraqlı şəxsnə məhkəmənin yeri və vaxtı barədə məlumat verilmiş, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahıtını dinləyən və iş üzrə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X11 xx xxxx 1956-ci nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş Doğum haqqında çıxarışlardan görünür ki, X12 xx xxxxxxxx 1972-ci il tarixdə, X10 xx xxxxxx 1974-cü il tarixdə və X13 xx xxxxxxx 1978-ci il tarixdə anadan olmuşdur.X2, anaları Ərizəçidır. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli il tarixli arayışdan görünür ki, X12, X13 və X10 nın ölüm haqqında akt qeydəri Maraqlı şəxs arxivində aşkar olunmamışdır. X3, X13 və X4 ölmünün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamələr Maraqlı şəxsnə təqdim olunmalıdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda isə ölüm haqqında akt qeydinin qeydə alınması mümkün deyildir. Buna görə də məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İTSDATƏBİB-nin Göyçay rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsi direktor Elçin Bilalov tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Ərizəçi övladlarının ölüm aktlarına aid arxivdə heç bir sənəd tapılmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Ərizəçi mərhum qızları xx.xx.1972-ci il tarixdə vəfat etmiş X5, xx.xx.1974-cü il tarixdə vəfat etmiş X4və xx xxxxxx 1978-ci il tarixdə vəfat etmiş X6 ölümünün qeyd edilməsini başqa qaydada əldə edə bilməz. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Ərizəçinun mərhum qızları X5 xx.xx.1972-ci il tarixdə, X10 xx.xx.1974-cü il tarixdə və X6 xx xxxxxx 1978-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum qızları xx.xx.1972-cı il tarixdə anadan olmuş X5 xx.xx.1972-ci il tarixdə, xx.xx.1974-cü il tarixdə anadan olmuş X4 xx.xx.1974-cü il tarixdə və xx.xx.1978-ci il tarixdə anadan olmuş X6 xx xxxxxx 1978-ci il tarixdə Göyçay şəhərində vəfat etmələri faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. Bu qətnamə X5, X4 və X6 ölümlərinin qeydiyyat orqanında qeydə alınaraq, ölüm haqqında şəhadətnamələr verilməsi üçün əsasdır. Qətnamənin icrası Göyçay rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-506/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-506/2021
20.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver