Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-509/2022 03.03.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, ölüm faktının qeydə alınması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək .17 iyun 1995-cu il tarixdə anadan olmuş və 28 fevral 1996-ci il tarixdə vəfat etmiş qızım X2 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, 10 sentyabr 1991-cü il tarixdə X6 ilə nikah bağlamış, birgə nikah dövründə 17 iyun 1995-ci il tarixdə anadan olmuş qızı X3 28 fevral 1996-ci il tarixdə Göyçay rayonu Potu kəndində soyuqdəymədən vəfat etmişdir. Vəfat etdikdən sonra Göyçay rayonunun Potu kənd qəbirstanlığında dəfn olunmuşdur. Mərhum qızının ölüm haqqında şəhadətnaməni almaqdan ötrü Göyçay rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə Qeydiyyat Şöbəsinə təqdim edilmədiyi bildirilmişdir. Qızının həqiqətən vəfat etməsini məhkəməyə təqdim etdiyi xəstəxanadan məktub, Potu Bələdiyyəsindən arayış, qəbrin şəkilləri və şahidlər Göyçay şəhər sakinləri Şahid1 və Şahid2 da təstiqləyirlər. Buna görə də ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Şahnaz ilə qonşusu Eltay nikah bağlamışlar, birgə nikahlarından 17 iyun 1995-ci il tarixdə X3 anadan olmuşdur. 28 fevral 1996-ci il tarixdə Gülnarə vəfat etmiş və onu Potu kənd qəbristanlığında dəfn etmişlər. İş üzrə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Ərizəçi onun qardaşının arvadıdır. Şahnaz ilə qardaşı Eltay nikah bağlamışlar, birgə nikahlarından 17 iyun 1995-ci il tarixdə X3 anadan olmuşdur. 28 fevral 1996-ci il tarixdə Gülnarə vəfat etmiş və onu Potu kənd qəbristanlığında dəfn etmişlər. İş üzrə maraqlı tərəf Göyçay Rayon Qeydiyyat Şöbəsinə məhkəmənin yeri və vaxtı barədə məlumat verilmiş, Göyçay Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçini dinləyən və iş üzrə təqdim edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X4 təsdiq edilmiş surətindən görünür ki, X6 ilə Ərizəçi 10.09.1991-ci il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş X8 görünür ki, X3 17.06.1995-ci il tarixdə anadan olmuşdur. X1, anası Ərizəçidır. Məhkəməyə təqdim edilmiş X5 təsdiq edilmiş surətindən görünür ki, X6 27.04.2021ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20.11.2021-ci il tarixli məktubdan görünür ki, X2 ölüm haqqında akt qeydi Göyçay rayon Qeydiyyat Şöbəsinin arxivində aşkar olunmamışdır. X2 ölümünün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə Göyçay rayon Qeydiyyat Şöbəsinə təqdim olunmalıdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda isə ölüm haqqında akt qeydinin qeydə alınması mümkün deyildir. Bu səbəbdən Göyçay Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon İHB-nın Potu İƏDÜ nümayəndəliyinin 24.11.2021-ci il tarixli arayışından görünür ki, X3 28.02.1996-cı il tarixdə Göyçay rayonu Potu kəndində vəfat etmiş, Göyçay rayonu Potu kənd qəbrstanlığında dəfn edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Ərizəçi mərhum qızı 17.06.1995-ci il tarixdə anadan olmuş X2 28.02.1996-cı il tarixdə Göyçay rayonu Potu kəndində ölümünün qeyd edilməsini başqa qaydada əldə edə bilməz. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi 17.06.1995-ci il tarixdə anadan olmuş qızı X2 Göyçay rayonu Potu kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi qızı 17.06.1995-ci il tarixdə anadan olmuş X2 28.02.1996-cı il tarixdə Göyçay rayonu Potu kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. Bu qətnamə X2 ölümünün qeydiyyat orqanında qeydə alınaraq, ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamənin icrası Göyçay rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-509/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-509/2022
03.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver