Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-52/2021 17.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə və Cavabdeh iştirakı ilə, zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayon Yeniarx kəndində yerləşən mülkiyyətində olan 3.68 ha torpaq sahəsindən 0.30 hektarından cavabdehin çıxarılması və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iddia ərizəsinin həcmini azaldılması barədə ərizə təqdim edərək göstərmişdir ki, Göyçay rayonu Yeniarx kəndi ərazisində hərəsinin sahəsi 1.84 ha olan bir-birinə bitişik iki torpaq sahəsi — cəmi 3,68 ha mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Həmin torpaq sahələri üzərində olan mülkiyyət hüquqlarım daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə iddiaçıya çıxarışlar verilmişdir. Torpaq sahəsini əldə etdiyi müddətdən həmin sahədə iddiaçı tərəfindən ağaclar əkilmiş və sahəyə qulluq olunur. İndiyə kimi iddiaçıya məxsus torpaq sahəsinin mübahisələndirilməsi məzmununda hər hansı bir narazılıq olmamışdır. Bu ilin ikinci yarısında cavabdeh tərəfindən müəyyən narazılıqlar bildirilməyə başlanıldı. Belə ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin məhz onun olduğunu iddia edərək həmin hissəni geri qaytarmalı olduğunu bildirmiş, iddiaçı buna etiraz edərək, sərhədləri dəqiq tanıdığını bildirmişdir. Əlavə olaraq hansısa mübahisələrin yaranmasının qarşısının alınması üçün qeydiyyat orqanına ərizə ilə müraciət edərək, torpaq sahəsinin naturada sərhədlərinin göstərilməsini xahiş etmişdir. Qeydiyyat orqanının əməkdaşları tərəfindən iddiaçının ərizəsinin icrası qaydasında yerində sərhəd nöqtələri müəyyən edilərək göstərilmiş və əvvəldən bildiyi sərhədlərin dəqiq olduğuna bir daha əmin olmuşdur. Cavabdeh tərəfindən bu arqument də qəbul edilməmiş və qeydiyyat orqanının əməkdaşlarının yalnış etdiyi iddia etmişdir. Buna görə də iddia tələbinin təmin olunması, iddiaçının mülkiyyətindən olan 3.68 ha torpaq sahəsinin 0.20 ha hissəsindən cavabdehin çıxarılması və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahələrini zəbt etməmişlər. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatlarını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiası aşağıdakılara görə təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş DƏDRX-nin Ucar ərazı idarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli RX ******* saylı və xx.xx.2017-ci il tarixli RX ******* saylı çıxarışlardan görünür ki, Göyçay rayonu Yeniarx kəndində 3.68 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş alternativ ekspertiza mərkəzinin xx.xx.2020-ci il tarixli 288 nömrəli rəyindən görünür ki, 1. İddiaçı mülkiyyətində olan torpaq sahəsi Çıxarışın və plan ölçü sənədlərinin parametrlərinə əsasən Cavabdeh torpaq sahəsi ilə həmsərhəd deyildir.2. Cavabdeh mülkiyyətində olan 1.84 ha torpaq sahəsi vətəndaş İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə Çıxarışın və plan ölçü sənədlərinin parametrlərinə əsasən həmsərhəd deyildir. 3. İlkin torpaqqayırma sənədlərinə (müvafiq Dövlət Aktları) əsasən vətəndaş Cavabdeh mülkiyyətindəolan 1.84 ha torpaq sahəsi vətəndaş İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə həmsərhəddir. 4. Torpaq sahələrinin Çıxarış və Plan-ölçü sənədləri naturaya və ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğun işlənilmədiyindən, parametrləri əsas götürüldüyü halda vətəndaş İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,4 hektarına vətəndaş Cavabdeh tərəfindən mərz nişanı qoyularaq flddia edilir və həmin hissənin 0,20 hektarı N. Kərimov tərəfindən tutularaq istifadə edilir. İstifadə edilən torpaq sahəsi T. Fərzəliyevin torpaq sahəsinə bitişikdir və şərq hissəsidir. 5. Torpaq sahələrinin ilkin torpaqqayırma sənədlərinin (müvafiq Dövlət Aktları) parametrləri əsas götürüldüyü halda, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0.20 ha hissəsi vətəndaş Cavabdeh oğlu tərəfindən tutularaq istifadə edilir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Göyçay rayonu Yeniarx kəndində yerləşən xx.xx.2016-cı il tarixli RX ******* saylı və xx.xx.2017-ci il tarixli RX ******* saylı çıxarışlarla İddiaçı mülkiyyətinə verilmiş ümumilikdə 3.68 ha torpaq sahəsinin şərq hissəsindən 0.20 ha hissəsi Cavabdeh qanunsuz istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun qanuni sahibliyində olan 0.26 ha və mülkiyyətində olan 0.6502 ha torpaq sahələrinin qeyd edilən hissələrinin cavabdehlərin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehlərin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçının iddiası təmin edilməli, Göyçay rayonu Yeniarx kəndində yerləşən xx.xx.2016-cı il tarixli RX ******* saylı və xx.xx.2017-ci il tarixli RX ******* saylı çıxarışlarla iddiaçının mülkiyyətinə verilmiş 3.68 ha torpaq sahəsinin şərq hissəsinin 0.20 hektarından Cavabdeh çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Göyçay rayonu Yeniarx kəndində yerləşən xx.xx.2016-cı il tarixli RX ******* saylı və xx.xx.2017-ci il tarixli RX ******* saylı çıxarışlarla İddiaçı mülkiyyətinə verilmiş 3.68 ha torpaq sahəsinin şərq hissəsinin 0.20 hektarından Cavabdeh çıxarılsın. Cavabdeh 10 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-52/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-52/2021
17.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver