Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-523/2022 14.03.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı Rövşən qızının, Cavabdeh və nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə, əmlak tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Rövşən qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qızılzynət əşyalarının və cehiz əmlaklarının bir ədəd televizorun alınması, olmadıqda isə həmin əmlakların ümumi dəyəri olan 3904 manat pulun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Rövşən qızı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, cavabdehlə 16 noyabr 2020-ci il tarixdə nikah bağlamışdır. Toy mərasimində cavabdeh tərəf ona aşağıda göstərdiyi qızıl-zinnət əşyalarını hədiyyə vermişlər. 14 fevral 2020-ci il tarixdə nişan olub və həmin vaxt oğlan tərəf 300 manat dfəyərində nişan üzüyü gətiriblər. Təxminən 8 ay nişanlı qalmışıq və toydan təxminən 10 gün qabaq cavabdeh tərəf aşağıda göstərdiyi qızıl-zinnət əşyaların Göyçay şəhərində yerləşən İskəndər adlı şəxsə məxsus qızıl mağazasından 965 manat dəyərində bir dəst karnetur,( yəni bir ədəd sep, bir ədəd qolbağı, sırğa və üzük dəstindən ibarət) almışlar. Həmin vaxt qaynanasıgil qızıl zinnət əşyalarının şəkilini çəkərək ona göndərmişlər, onları bəyənməmiş və toydan sonra həmin qızıl-zinnət əşyalarını mağazada onun iştirakı ilə dəyişdirmişlər. Həmin mağaza sahibinin izahatını ərizəsinə əlavə edir. Bir müddət mehriban yaşasalar da cavabdeh olan əri onu tez-tez heç bir səbəb olmadan döyüb-incitmişdir. 2021-ci ilin iyun ayında onu növbəti dəfə döyəndən sonra telefon vasitəsi ilə valideynləri ilə əlaqə saxlamış və atasını gəlib aparmışdır. Bir müddət müalicə olunduqdan sonra valideynləri ər evinə qaytarmaq istəsə də cavabdeh tərəf onun guya xəstə olmağı, müalicəyə ehtiyacının olması kimi bəhanələr gətirərək qəbul etməkdən imtina etmişlər. Ər-arvad münasibətləri alınmadığından ayrılmaq qərarına gəldik. Övladlarının olmadığı üçün nikahları qarşılıqlı razılıq əsasında Göyçay rayon Qeydiyyat Şöbəsində ləğv olunmuş və həmin vaxt aralarında bütün problemləri qarşılıqlı razılıq əsasında həl etməyi razılaşmışlar. Amma nədənsə cavabdeh qanunvericiliyə əsasən ona hədiyyə alınmış yuxarıda göstərdiyi qızıl-zinnət əşyalarını və bir sıra ona məxsus paltar və ayaqqabıları qaytarmaqdan imtina eləmişdir. Cavabdehdə ona 1265 (bir min iki yüz altımış beş) manat dəyərində qızıl-zinnət əşyaları, yəni 300 manat dəyərində nişan üzüyü, 965 manat dəyərində BOYUNBAĞİ, QOLBAĞİ, SİRĞA dəsti, ÜZÜK, 4 predmetdən ibarət karnetur və 40 manat dəyərində qara rəngli ayaqqabı, 75 manat dəyərində qara rəngli kurtka, 20 manat dəyərində iki rubaşka, 25 manat dəyərində fen, 25 manat dəyərində saç ütüsü - cəmi 1470 (bir min dörd yüz yetmiş) manat dəyərində əmlakım qalmışdır. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh və nümayəndəsi (anası) Nümayəndə iddianı qismən qəbul edərək göstərmişlər ki, iddiaçının tələb etdiyi 75 manat dəyərində qara rəngli kurtka, 20 manat dəyərində iki rubaşka, 25 manat dəyərində fen, 25 manat dəyərində saç ütüsünü özü ilə aparmışdır. 40 manat dəyərində qara rəngli ayaqqabını 20 manata almışdır. Qızıl-ziynət əşyası olan komplekt, boyunbağı, qolbağı, sırğa, üzük dəstini 965 manata almışlar, daha sonra iddiaçı həmin qızıl-ziynət əşyasını bəyənmədiyindən, karnetur dəstini 960 manata, satmışlar. İddiaçının tələb etdiyi və bir ədəd nişan üzüyü Nümayəndə məxsusdur. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində ifadə verən X2 göstərmişdir ki, İddiaçı Rövşən qızına hədiyyə edilmiş karnetur dəstini yəni, BOYUNBAĞİ, QOLBAĞİ, SİRĞA, ÜZÜK-yü 965 manata, bir ədəd nişan üzüyünü isə 300 manata işlədiyi X1 məxsus Göyçay şəhərində yerləşən Zərgərlik mağazasından Cavabdeh və ailə üzvləri almışdır. İş üzrə tərəfləri dinləyən, tədqiq edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışı zamanı İddiaçı Rövşən qızı, Cavabdeh ilə nikaha daxil olarkən ona hədiyyə edilmiş qızıl-ziynət əşyalarını və digər əmlakını cavabdehlərdən geri tələb edir. Cavabdeh tələb edilən 75 manat dəyərində qara rəngli kurtka, 40 manat dəyərində iki rubaşka, 25 manat dəyərində fen, 25 manat dəyərində saç ütüsünün iddiaçının özü ilə apardığını bildirir. Eləcə də Qızıl-ziynət əşyası olan komplekt, BOYUNBAĞİ, QOLBAĞİ, SİRĞA, ÜZÜK dəstini 965 manata aldıqlarını, daha sonra həmin qızıl-ziynət əşyasını 960 manata satdıqlarını Bildirir. Həmçinin iddiaçının tələb etdiyi nişan üzüyünün isə anasına məxsus olduğunu, anasının iddiaçıya həddiyə etdiyini göstərir. Məhkəmə hesab edir ki, İddiaçı Rövşən qızına məxsus 300 manat dəyərində nişan üzüyü, 965 manat dəyərində 4 predmetdən ibarət karnetur dəsti, (boyunbağı, qolbağı, sırğa dəsti, üzük) və 20 manat dəyərində qara rəngli ayaqqabı, 75 manat dəyərində qara rəngli kurtka, 40 manat dəyərində iki rubaşka, 25 manat dəyərində fen, 25 manat dəyərində saç ütüsü cavabdehin qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Rövşən qızına məxsus 300 manat dəyərində nişan üzüyü, 965 manat dəyərində 4 predmetdən ibarət karnetur dəsti, (boyunbağı, qolbağı, sırğa dəsti, üzük) və 20 manat dəyərində qara rəngli ayaqqabı, 75 manat dəyərində qara rəngli kurtka, 40 manat dəyərində iki ədəd rubaşka, 25 manat dəyərində fen, 25 manat dəyərində saç ütüsü, mövcud olmadığı təqdirdə onların ümumi dəyəri olan 1450 manat pul Cavabdeh alınaraq İddiaçı Rövşən qızına verilməlidir. İddiaçı məhkəməyə müraciət etdiyi zaman 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Tələb etdiyi məbləğ 1470 manat olduğundan dövlət rüsumu 34.70 olduğundan dövlət rüsumundan azad edilmişdir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikasının Qanunun 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, 34.70 manat dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiacı İddiaçı Rövşən qızına məxsus 300 manat dəyərində nişan üzüyü, 965 manat dəyərində 4 predmetdən ibarət karnetur dəsti, (boyunbağı, qolbağı, sırğa dəsti, üzük) və 20 manat dəyərində qara rəngli ayaqqabı, 75 manat dəyərində qara rəngli kurtka, 40 manat dəyərində iki ədəd rubaşka, 25 manat dəyərində fen, 25 manat dəyərində saç ütüsü, mövcud olmadığı təqdirdə onların ümumi dəyəri olan 1450 manat pul Cavabdeh alınaraq İddiaçı Rövşən qızına verilsin. 34.70 manat dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-523/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-523/2022
14.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver