Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-53/2021 18.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X7 İdarəsinin mütəxəssisi X1 iştirakı ilə, zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayon Bığır kəndində yerləşən ailə üzvləri ilə birlikdə mülkiyyətinə verilmiş 1.69 ha torpaq sahələrindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 45 nömrəli qərarı ilə JN-1313 saylı dövlət aktında əsasən Göyçay ratonu Bığır kəndində ona və ailə üzvlərinə 1.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin döngə nöqtələrinin naturada tanıdılması barədə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş və yerində torpaq sahəsinin döngə nöqtələri naturada tanıdılmışdır. Həmin torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmiş və qanunsuz istifadə edir. Cavabdeh həmin torpaq sahəsini i X2 aldığını bildirmişdir. Cavabdehə həmin torpaq sahəsinin qaytarılmasını bildirsə də heç bir müsbət nəticə əldə etməmişdir. Hazırda cavabdeh həmin torpaq sahəsindən istifadə etməklə onun və ailə üzvlərinin mülkiyyət hüququnu pozur. Buna görə də iddia tələbinin təmin olunması, qeyd etdiyi cavabdeh ona məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahələrini zəbt etməmiş, istifadə etdiyi torpaq sahəsini kənd sakini Nuhzadə Tofiqdən almışdır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə mütəxəssis qismində izahat vermiş X7 İdarəsinin sahə rəisi X3 məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, hazırkı iş üzrə iddiaçının mülkiyyətinə verilmiş JN-313 nömrəli Dövlət Aktında iddiaçının mülkiyyətinə verilmiş 1.69 ha torpaq sahəsinin ayrılıqda yerləşən 1818,92 kv.m hissəsinin 0.17 ha hissəsindən faktiki olaraq Cavabdeh istifadə edir. Bu hal xx.xx.2020-ci il tarixli 08/123 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. İş üzrə tərəflərin izahatlarını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, İddiaçının iddiası aşağıdakılara görə təmin qismən edilməlidir. Məhkəməyə təqdim edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-313 saylı Dövlət Aktından görünür ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 1.69 ha torpaq sahəsi verilmişdir.Həmin torpaq sahəsi hissələrə bölünməklə ayrı-ayrı ərazilərdə verilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti “xxxx” MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il rəydən və əlavə edilmiş sxemdən görünür ki, İddiaçı mülkiyyətinə verilmiş JN-313 nömrəli Dövlət Aktında iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin 1818,92 kv.m hissəsinin 0.17 ha hissəsindən faktiki olaraq Cavabdeh istifadə edir. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssisin rəylərinin verilməsi üçün xərci 73.20 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-cu il tarixli 10/258 saylı rəydən görünür ki, Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmadı. Qeyd olunanlar nəzərə alınmaqla, mütəxəssis tərəfindən verilmiş rəyin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Göyçay rayonu Bığır kəndində yerləşən JN-313 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 1818,92 kv.m hissəsinin 0.17 ha hissəsi faktiki olaraq Cavabdeh qanunsuz istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan 1818.92 kv.m torpaq sahələrinin cavabdeh tərəfindən 0.17 ha hissəsinizəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehlərin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçının iddiası qismən təmin edilməli, Göyçay rayonu Bığır kəndində yerləşən JN-313 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçının qanuni istifadəsində olan 1818.92 kv.m torpaq sahəsinin 0.17 ha hissəsindən Cavabdeh çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməli, iş üzrə ekspertiza xərcləri olan 100 manat cavabdehdən alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabın ödənilməli və iş üzrə mütəxəssis rəylərinin verilməsinə çəkilmiş 73.20 manat məhkəmə xərci cavabdehdən tutularaq Kadastr və X4 Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Göyçay rayonu Bığır kəndində yerləşən JN-313 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan 1818.92 torpaq sahəsinin 0.17 ha hissəsindən Cavabdeh çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə mütəxəssis rəylərinin verilməsinə çəkilmiş 73.20 manat məhkəmə xərci Cavabdeh alınaraq Kadastr və X4 Mərkəzinin VÖEN **********, AZ 37NABZ******************** nömrəli hesabına keçirilsin. İş üzrə ekspertiza xərcləri olan 100 manat Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-53/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-53/2021
18.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver