Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-559/2021 28.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, ölüm faktının qeydə alınması tələbinə dair mülki işə Göyçay şəhərində 28 aprel 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum X1n 18.02.1999-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, 01 iyul 1963-cü il tarixdə anadan olmuş qardaşı X6 18 fevral 1999-cu il tarixdə Rusiya Federasiyasının Tümen vilayətində vəfat etmişdir. X1 Göyçay rayon Mallı- Şıxlı kənd qəbiristanlığında dəfn etmişdir. X3 07 mart 1980-ci il tarixdə, anası X14 03 sentyabr 2016-cı il tarixdə vəfat etmişlər. Mərhum anası X7 Göyçay rayonunun Mallı-Şıxlı kəndində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə təqdim etmək məqsədi ilə sənədləri hazırlayarkən ona məlum olmuşdur ki, mərhum X1n ölümü Maraqlı şəxsndə qeydə alınmamışdır. Hazırda qardaşının ölümünü təsdiq edən sənədi almaq istəyir, lakin qardaşının ölümü Maraqlı şəxsndə qeydə alınmadığı üçün həmin sənədi əldə edə bilmirəm. Buna görə də ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf Maraqlı şəxsnə məhkəmənin yeri və vaxtı barədə məlumat verilmiş, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçini dinləyən və iş üzrə təqdim edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs tərəfindən verilmiş çıxarışdan görünür ki, X6 01.07.1963-cü il tarixdə anadan olmuşdur. Atası – X8, anası X10r. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs tərəfindən verilmiş çıxarışdan görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. . Atası – X8, anası X10r. Məhkəməyə təqdim edilmiş X11 surətindən görünür ki, X14 03.09.2016-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Torpağa mülkiyyət hüququna dair dövlət aktından və Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Göyçay rayon Mallı- Şıxlı kəndində 0.30 ha həyətyanı torpaq sahəsi və 2.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayonunun Mallı-Şıxlı kənd Bələdiyyəsi tərəfindən verilmiş 22.12.2020-ci il tarixli arayışdan görünür ki, X6 19.02.1999-cu il tarixdə vəfat etmiş və Göyçay rayonu Mallı-Şıxlı kənd qəbirstanlığında dəfn edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 12.01.2021-ci il tarixli məktubdan görünür ki, X4 ölüm haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. X4 ölümünün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə Maraqlı şəxsnə təqdim olunmalıdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda isə ölüm haqqında akt qeydinin qeydə alınması mümkün deyildir. Bu səbəbdən Göyçay Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Polis şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Göyçay rayon Mallı-Şıxlı kəndində anadan olmuş X2 RPŞ-i tərəfindən axtarışda deyil və barəsində təqsirləndirici material yoxdur. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Ərizəçi mərhum qardaşı 18.02.1999-cu il tarixdə vəfat etmiş X4 ölümünün qeyd edilməsini başqa qaydada əldə edə bilməz. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Ərizəçinun X1n 18.02.1999-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X1n 18.02.1999-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. Bu qətnamə X4 ölümünün qeydiyyat orqanında qeydə alınaraq, ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamənin icrası Göyçay rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-559/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-559/2021
28.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver