Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-565/2023 21.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə Ərizəçi, nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Göyçay rayon Məhkəməsinə müraciət edərək qardaşı 01 sentyabr 1967-ci ildə Göyçay rayonun Bığır kəndində anadan olmuş X4 21 oktyabr 1968-ci ildə ölməsi faktının müəyyən edilməsini tələb etmişdir. İşin halları: Ərizəçi tələbini belə əsaslandırmışdır ki, mərhum atasından miras qalmış əmlakın vərəsiliyin açılması üçün notariat kontoruna sənədlər təqdim edərkən məlum olmuşdur ki, 01 sentyabr 1967-ci ildə Göyçay rayonun Bığır kəndində anadan olmuş X4 21 oktyabr 1968-ci ildə ölümü Maraqlı şəxsndə qeydə alınmamışdır. Həmin vaxtdan uzun müddət keçdiyindən ölüm haqqında şəhadətnaməni ala bilməmişdir. Mərhumun ölümü heç bir tibb müəssisəsində qeydə alınmadığı üçün qeydiyyat şöbəsinə ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilməmişdir. Maraqlı şəxs məktubuna əsasən məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi, nümayəndəsi Nümayəndə ərizədə göstərilən xüsusatları təsdiq edərək ərizənin təmin edilməsini xahiş etmişlər. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 göstərdi ki, Ərizəçi qohumudur. X10 Kamal xx.xx.1968-ci ildə Göyçay rayonun Bığır kəndində vəfat etmiş və Göyçay rayon Bığır kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 göstərdi ki,Ərizəçi qardaşı X7 xx.xx.1968-ci ildə Göyçay rayonun Bığır kənd qəbirsanlığında vəfat etmiş və Göyçay rayonu Bığır kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 göstərdi ki, Ərizəçi qonşusudur. X1 xx.xx.1968-ci ildə Göyçay rayonun Bığır kəndində vəfat etmiş və Göyçay rayon Bığır kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin və nümayəndəsinin izahatlarını, vəkilin çıxışını, şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş “elektron notariat” avtomatlaşdırılmış informasiya sistemi vasitəsi ilə “X3” AQİS-dən çıxarışdan görünür ki, X7 xx.xx.1967-ci ildə Göyçay rayonun Bığır kəndində anadan olmuşdur. İşə əlavə edilmiş Göyçay rayon Bığır kənd Bələdiyyəsinin 12 dekabr 2022-ci il tarixli arayışından görünür ki, X7 xx.xx.1967-ci ildə Göyçay rayonu Bığır kəndində anadan olmuş, xx.xx.1968-ci il tarixdə vəfat etmiş və Bığır kənd qəbirstanlığında dəfn olunmuşdur. İşə əlavə edilmiş Göyçay rayon İHB-nın Bığır kənd İnzibati Ərazi Nümayəndəliyinin 12 dekabr 2022-ci il tarixli arayışından görünür ki, X7 xx.xx.1967-ci ildə Göyçay rayonu Bığır kəndində anadan olmuş, xx.xx.1968-ci il tarixdə vəfat etmiş və Bığır kənd qəbirstanlığında dəfn olunmuşdur. İşə əlavə edilmiş Göyçay rayon X6 Hüquqi Şəxsin 13 dekabr 2022-ci il tarixli arayışından görünür ki, 01 sentyabr 1967-ci ildə doğulmuş X4 21 oktyabr 1968-ci il tarixdə ölümü haqqında tibbi şəhadətnamə Göyçay RMX publik hüquqi şəxsin arxivində aşkar olunmamışdır. İşə əlavə edilmiş Maraqlı şəxs 07 dekabr 2022-ci il tarixli arayışından görünür ki, 21 oktyabr 1968-ci ildə vəfat etmiş X4 ölümünün qeyd edilməsi üçün həkim arayışı təqdim edilmədiyindən ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. İşə əlavə edilmiş X2 təsdiq edilmiş surətindən görünür ki,ərizəçinin valideynləri X8 xx.xx.1994-cü il tarixdə, X5 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının (AR Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Ərizəçi xx.xx.1967- ci il tarixdə anadan olmuş və xx.xx.1968-ci il tarixdə vəfat etmiş qardaşı X4 ölümünün qeydiyyat şöbəsində qeydə alınmadığından ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Ərizəçi mərhum qardaşı xx.xx.1967- ci il tarixdə anadan olmuş X4 xx.xx.1968-ci il tarixdə Göyçay rayonun Bığır kəndində ölümünün qeyd edilməsini başqa qaydada əldə edə bilməz. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, 01 sentyabr 1967-ci ildə Göyçay rayonun Bığır kəndində anadan olmuş X4 21 oktyabr 1968ci ildə Göyçay rayonun Bığır kəndində vəfat etməsi faktı təqdim olunmuş sübutlarla müəyyən edildiyindən Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. 01 sentyabr 1967-ci ildə Göyçay rayonun Bığır kəndində anadan olmuş X4 21 oktyabr 1968-ci ildə Göyçay rayonun Bığır kəndində vəfat etməsi faktı müəyyən edilsin. Bu qətnamə X4 ölümünün qeydiyyat orqanında qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamənin icrası Göyçay rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-565/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-565/2023
21.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver