Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-60/2023 05.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçı UniBank KB ASC-nin Nümayəndə iştirakı ilə, iddiaçı UniBank KB ASCnin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşə kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı UniBank KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 4938.80 manat məbləğində kredit borcu, 63.60 manat məbləğində faiz borcu olmaqla, cəmi 5002.40 manat kredit borcunun, 70.46 manat dövlət rüsumunun, 40 manat xidmət haqqının tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş mərhum X2 oğlunun mülkiyyətində olmuş hazırda isə faktiki olaraq Cavabdeh1, Cavabdeh3 istifadəsində olan Göyçay şəhəri, Hüseyn Cavid küçəsində yerləşən 0,0586 ha torpaq sahəsi və onun üzərində yerləşən 178,8 kv.m sahəsi olan 28A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, evdən çıxarılması, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı UniBank KB ASC-nin Nümayəndə iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə UniBank KB ASC ilə X2 oğlu arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh X2 oğluna 36 ay müddətinə illik 5 faiz ödəmək şərti ilə 15.000 manat məbləğində kredit kredit verilmişdir. Kredit müqaviləsi üzrə X2 oğlunun öhdəliklərini icra etmək məqsədilə Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. Kreditin təminatı kimi iddiaçı ilə cavabdeh X2 oğlu arasında xx.xx.2018-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış və cavabdeh özünə məxsus Göyçay şəhəri, Hüseyn Cavid küçəsində yerləşən 0,0586 ha torpaq sahəsi və onun üzərində yerləşən 178,8 kv.m sahəsi olan 28A saylı fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. cavabdeh - ipoteka qoyan X2 oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmiş, ondan qalan miras əmlakı hazırki iş üzrə cavabdehlər olan arvadı Cavabdeh1 və oğlu Cavabdeh3 qəbul edərək idarə etmişdir. Cavabdeh1 və Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, iddiaçıya kredit müqaviləsi üzrə kredit borcu qalmışdır. Cavabdehlərə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Bu hal Göyçay Rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü U tarixli məktubu ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın acıldığı ver üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və va əmlakı idarə etməvə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməvə taktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərkən 70.46 dövlət rüsumu və 40 manat xidmət haqqı ödəmişdir. Buna görə də məhkəmədən tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmə baxışınin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin onlar məhkəmə baxışında iştirak etməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X2 oğlu arasında 36 ay müddətinə illik 5 faiz olmaqla 15000 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, UniBank KB ASC ilə Cavabdeh2 arasında arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, UniBank KB ASC ilə kredit müqaviləsinin təminatı kimi X2 oğlu ilə ipoteka müqaviləsi bağlanmış, Yoldaşov X1 şəhəri, Hüseyn Cavid küçəsində yerləşən 0,0586 ha torpaq sahəsi və onun üzərində yerləşən 178,8 kv.m sahəsi olan 28A saylı fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan Göyçay şəhəri, Hüseyn Cavid küçəsində yerləşən 0,0586 ha torpaq sahəsi və onun üzərində yerləşən 178,8 kv.m sahəsi olan 28A saylı fərdi yaşayış evi iddiaçı UniBank KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. Təqdim edilmiş bildirişlərdən görünür ki, tutmanin ipoteka predmetinə yönəldilməsi barədə ərizələr Reyestr Xidmətinin 16 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X2 oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Təqdim edilmiş Göyçay rayon İcra Hakimiyyəti Başçısının Göyçay şəhər İƏDÜNnin Aparatının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mərhum X2 oğlunun vəfat edərkən əmlakını Cavabdeh1 və Cavabdeh3 idarə etmişdir. Təqdim edilmiş Lazur-A MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 12-22 saylı rəydən görünür ki, Göyçay şəhəri, Hüseyn Cavid küçəsində yerləşən 0,0586 ha torpaq sahəsi və onun üzərində yerləşən 178,8 kv.m sahəsi olan 28A saylı fərdi yaşayış evinin bazar dəyəri 90.000 manat , likvid dəyəri 85.000 manat təşkil edir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, X2 oğlunun Göyçay şəhəri, Hüseyn Cavid küçəsində yerləşən 0,0586 ha torpaq sahəsi və onun üzərində yerləşən 178,8 kv.m sahəsi olan 28A saylı fərdi yaşayış evi UniBank KB ASC ilə X2 oğlunun bağladığı kredit müqaviləsinin təminatı kimi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa UniBank KB ASC ilə X2 oğlu arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 arasında bankla zaminlik müqavilələri bağlamışdır. Cavabdeh2 mərhum X2 oğlunun müqavilə üzrə öhdəliklərinin icrasına zamin durmuşdur. Bundan başqa Kredit götürən və ipoteka qoyan X2 oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Göyçay RİHBA-nın xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, X2 oğlundan miras qalmış əmlakı arvadı -Cavabdeh1, oğlu Cavabdeh3 faktiki olaraq qəbul edilmiş və istifadələrindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın acıldığı ver üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və va əmlakı idarə etməvə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməvə taktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ei il tarixli qərarında qeyd edilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Məhkəmə hesab edir ki, X2 oğlu kredit müqaviləsi üzrə kredit borcunu iddiaçıya qaytarmadığına görə, UniBank KB ASC həmin borcun ipoteka ilə yüklü edilmiş mərhum X2 oğlunun mülkiyyətində olan Göyçay şəhəri, Hüseyn Cavid küçəsində yerləşən 0,0586 ha torpaq sahəsi və onun üzərində yerləşən 178,8 kv.m sahəsi olan 28A saylı fərdi yaşayış evinə yönəldilməsini, həmin torpaq sahələrinin və fərdi yaşayış evlərinin hərracda satılaraq əldə edilən vəsaitdən kredit borcunun ödənilməsini və torpaq sahələrinin və torpaq sahələrinin üzərində yerləşən fərdi yaşayış evinlərinin boşaldılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 70.46 manat dövlət rüsumu və bildirişlərin qeydə alınması 40 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 70.46 manat dövlət rüsumu və 40 manat xidmət haqqı cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, mərhum X2 oğlunun mülkiyyətində olan, hal-hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh3 faktiki istifadəsində olan Göyçay şəhəri, Hüseyn Cavid küçəsində yerləşən 0,0586 ha torpaq sahəsi və onun üzərində yerləşən 178,8 kv.m sahəsi olan 28A saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh3 fərdi yaşayış evində çıxarılması və "xxxx" ASC-nə təhvil verilməsi tələbi təmin edilməməlidir. Çünki həmin fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsini tələb etmək və cavabdehin fərdi yaşayış evindən çıxarılması tələb etməkdə iddiaçının subyektiv hüququ olmamışdır. Belə hüquq daşınmaz əmlakı hərracda satın alacaq şəxsə və hərracda satılmayacağı təqdirdə banka təhvil verilməsinin baş tutacağı təqdirdə iddiaçıya məxsus olacaqdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1ndan, Cavabdeh3 və Cavabdeh2 kredit müqaviləsi üzrə 4938.80 manat məbləğində kredit borcu, 63.60 manat məbləğində faiz borcu olmaqla, cəmi 5002.40 manat kredit borcu, ödənilmiş 70.46 manat dövlət rüsumu və 40 manat xidmət haqqı tutulmalı, tutmanin ipoteka ilə yüklü edilmiş mərhum X2 oğlunun mülkiyyətində olan, halhazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh3 faktiki istifadəsində olan Göyçay şəhəri, Hüseyn Cavid küçəsində yerləşən 0,0586 ha torpaq sahəsi və onun üzərində yerləşən 178,8 kv.m sahəsi olan 28A saylı fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evinin ilkin satış qiyməti 85.000 manat müəyyən edilməli, fərdi yaşayış evləri açıq hərracda satılaraq iddiaçıya olan borc ödənilməli, fərdi yaşayış evləri açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə həmin fərdi yaşayış evləri boşaldılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1ndan, Cavabdeh3 və Cavabdeh2 kredit müqaviləsi üzrə 4938.80 manat məbləğində kredit borcu, 63.60 manat məbləğində faiz borcu olmaqla, cəmi 5002.40 manat kredit borcu, 70.46 manat dövlət rüsumu və 40 manat xidmət haqqı tutularaq UniBank KB ASC-nin xeyrinə verilsin. Tutma ipoteka ilə yüklü edilmiş mərhum X2 oğlunun mülkiyyətində olan, hal-hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh3 faktiki istifadəsində olan Göyçay şəhəri, Hüseyn Cavid küçəsində yerləşən 0,0586 ha torpaq sahəsi və onun üzərində yerləşən 178,8 kv.m sahəsi olan 28A saylı fərdi yaşayış evinə yönəldilsin, həmin fərdi yaşayış evi açıq hərracda satılsın. Əldə edilmiş vəsaitdən cavabdehlərin banka olan kredit borcu ödənilsin. İpoteka predmeti olan X2 oğlunun mülkiyyətində olan, hal-hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh3 faktiki istifadəsində olan Göyçay şəhəri, Hüseyn Cavid küçəsində yerləşən 0,0586 ha torpaq sahəsi və onun üzərində yerləşən 178,8 kv.m sahəsi olan 28A saylı fərdi yaşayış evinin satış qiyməti 85.000 manat müəyyən edilsin, fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-60/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-60/2023
05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver