Məhkəmə qərarları › İş №2(046)-609/2023

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-609/2023

19.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-609/2023 19.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, iddiaçı X1 Cavabdeh qarşı cehiz əşyalarının qaytarılması tələbinə iddia ərizəsinə Göyçay şəhərində 19 yanvar 2023-cü il tarixdə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9250 manat dəyərində cehiz əmlakın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən iddiaçı X1 iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı X1 iddia ərizəsinə əlavə etdiyi dövlət rüsumunun ödənilməsi təsdiq edən qəbzdən görünür ki, iddiaçı X2 hazırki iddia ərizəsi üzrə 112.50 manat dövlət rüsumu ödəməli olduğu halda, mediasiya xərci olan 50 manatdan əlavə olaraq 30 manat dövlət rüsumu ödəmişdir ki, qanunla müəyyən edilmiş dövlət rüsumundan azdır. Azərbaycan Respublikası Dövlət X3 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizəsi üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 149.2.5, 152.1.5-ci maddələrinə görə iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: İddiaçı X1 Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə ödənilməsi izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar