Məhkəmə qərarları › İş №2(046)-622/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-622/2021

25.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-622/2021 25.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, ölüm faktının qeydə alınması tələbinə dair mülki işə Göyçay şəhərində 25 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum bacısı X9 11.01.1972-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, 01.02.1970-ci il tarixdə anadan olmuş bacısı X13 11.01.1972-ci il tarixdə Göyçay şəhərində vəfat etmişdir. X1 Göyçay şəhər qəbiristanlığında dəfn etmişdir. X3 25.08.2006-cı il tarixdə, anası X4 05.12.1999-cu il tarixdə vəfat etmişlər. Mərhum anası valideyinlərindən Göyçay rayonunun Mirzəhüseynli kəndində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə təqdim etmək məqsədi ilə sənədləri hazırlayarkən ona məlum olmuşdur ki, mərhum X1 ölümü Maraqlı şəxsndə qeydə alınmamışdır. Hazırda qardaşının ölümünü təsdiq edən sənədi almaq istəyir, lakin qardaşının ölümü Maraqlı şəxsndə qeydə alınmadığı üçün həmin sənədi əldə edə bilmirəm. Buna görə də ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf Maraqlı şəxsnə məhkəmənin yeri və vaxtı barədə məlumat verilmiş, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində izahat vermiş X8 və X6 göstərmişlər ki, mərhum X13 onların qonşusu olmuşdur. X13 3 yaşlarında vəfat etmişdir. Ərizəçini dinləyən və iş üzrə təqdim edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X13 01.02.1972-ci il tarixdə anadan olmuşdur. Atası – X11, anası X2r. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs tərəfindən verilmiş çıxarışdan görünür ki, Ərizəçi 21.11.1966-cı il tarixdə anadan olmuşdur. . Atası – X11, anası X2r. Məhkəməyə təqdim edilmiş X5 görünür ki, X11 25.08.2016-cı il tarixdə və X4 05.12.1999-cu il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Göyçay rayon Mirzəhüseynli kəndində 0.68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7 və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 16.01.2021-ci il tarixli məktubdan görünür ki, X9 ölüm haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. X9 ölümünün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə Maraqlı şəxsnə təqdim olunmalıdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda isə ölüm haqqında akt qeydinin qeydə alınması mümkün deyildir. Bu səbəbdən Göyçay Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarə X18 RMX-nın X21 Elçin Bilalov tərəfindən 25.01.2021-ci il tarixdə verilmiş məktubdan görünür ki, Göyçay RMX-nın arxivində 1997-ci il tarixə qədər sənədlər saxlanılır. X9 1972-ci il tarixdə ölümü haqqında tibbi şəhadətnamə verilib-verilməməsi barədə heç bir məlumat yoxdur. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Ərizəçi mərhum bacısı 11.01.1972-ci il tarixdə vəfat etmiş X9 ölümünün qeyd edilməsini başqa qaydada əldə edə bilməz. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi bacısı X9 11.01.1972-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi bacısı X9 11.01.1972-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. Bu qətnamə X9 ölümünün qeydiyyat orqanında qeydə alınaraq, ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamənin icrası Göyçay rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar