Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-628/2025 01.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hаkim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, X1 kаtibliyi, İddiаçı İddiaçı iştirаkı ilə, İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı qızıl-zinət əşyalarının, onlar mövcud olmadıqda dəyərinin qaytarılması tələbinə dаir iddiаsı üzrə mülki işə Göyçаy rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Müəyyən etdi: İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cаvаbdеh Cavabdeh 1. 585 əyarlı dəyəri 1500 manat komplekt dəstin (qolbağ sep üzük sırğa), 2. 800 manat dəyərində brliyant qaşlı ağ qızıl üzüyün, 3. 585 əyarlı 270 manat dəyərində 1 çüt halqa sırğanın, 4. 585 əyarlı,130 manat dəyərində 1 çüt halqa sırğanın, 5. 585 əyarlı 150 manat dəyərində 1 ədəd qızıl üzüyün və ödənilmiş 48,50 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuş, Birgə nikahdan uşaqları anadan olmamışdır. xx.xx.2022-ci il tarixdən 2024-cü ilin əvvəllərinədək cavabdehlə birgə yaşamış, ailə münasibətlərini davam etdirmişlər. Sonradan münasibətləri pisləşmiş və cavabdehə qarşı «nikahın pozulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(046)-1597/2024 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, cavabdeh aralarında xx.xx.2022-ci il tarixdə Göyçay Qeydiyyat şöbəsində 20 nömrə ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Cavabdehlə toyu olan vaxt, aşağıda adları qeyd olunan əşyaları özü ilə cehiz gətirmişdir. Ona nişan və toy mərasimi zamanı aşağıdakı qızıl-zinət əşyaları hədiyyə edilmişdir: 1) komplekt dəst, 585 əyarlı dəyəri 1500 manat (qolbağ sep üzük sırğa); 2) brliyant qaşlı ağ qızıl üzük, 750 əyarlı dəyəri - 800; 3) 1 ədəd halqa sırğa, 585 əyarlı dəyəri - 270; 4) 1 ədəd halqa sırğa, 585 əyarlı dəyəri - 130; 5) 1 ədəd qızıl üzük, 585 əyarlı dəyəri -150. Cavabdehdən qızıl-zinət əşyalarının ona qaytarılmasını xahiş etsə də, bu günədək həmin əşyalar ona qaytarılmamışdır. Bildirmək istəyir ki, cavabdehlə birgə yaşadığı evdən məhkəmə prosesi başa çatdıqdan sonra bütün digər əşyalarını götürmüşdür. Siyahıda adları qeyd olunan ona hədiyyə olunmuş qızıl-zinət əşyalarını cavabdeh tərəfindən birgə nikah dövründə Göyçay şəhərində yerləşən İnternational BOKT qoymuş və bunun müqabilində pul götürmüşdür. Hazırda qızıl-zinət əşyaları İnternational BOKT-da saxlanılır. Bu səbəbdən, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiаçı İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İş üzr Cavabdeh məhkəmə iclasının vaxtı və yеri bаrədə qаnunlа müəyyən оlunmuş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, оnlar məhkəmə iclаsınа gəlməmiş, gəlməmələrinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmiş və məhkəmə iclаsının təхirə sаlınmаsını хаhiş еtməmişlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı MPM-nin 185.5-ci mаddəsinə əsаsən mülki işə cаvаbdеh Cavabdeh iştirаkı оlmаdаn mаhiyyəti üzrə bахılmаsını mümkün hеsаb еtmişdir. Məhkəmə iddiаçının izаhаtını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hеsаb еdir ki, iddiа təmin еdilməlidir. Mülki işdə olan sənədlər: Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(046)-1597/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə qeydə alınmış nikahın pozulmuşdur. İnternational BOKT ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X4 ilə BOKT "xxxx" ASC arasında bağlanmış müqavilənin və girov qoyulmuşların təhvil-təslim aktının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli kredit və girov müqaviləsi üzrə X2 BOKT-a borcu yoxdur və aktda qeyd edilən qızıl-zinyət əşyaları BOKT-un saxlancında saxlanılmaqdadır. Məktuba əlavə edilmiş 25 yanvar 2024-cü il tarixli Kredit (borc) və Girov Müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X4 ilə BOKT "xxxx" ASC arasında 1620 manat kreditin verilməsi barədə müqavilə bağlanmış, kredit müqaviləsinin təminatı kimi X4 1 ədəd 585 əyarlı ümumi çəkisi 14.60 qr olan qaşın çəkisi 1.60 qr olan qarnitur dəstini, 1 cüt 585 əyarlı ümumi çəkisi 2.70 qr olan sırğanı, üzük ağlı 750 əyarlı ümumi çəkisi 3.80 qr olan üzüyü, 1 ədəd 585 əyarlı ümumi çəkisi 2.00 qr olan sırğanı, 1 ədəd 585 əyarlı ümumi çəkisi 2.40 qr olan üzüyü BOKT "xxxx" ASC-yə girov qoymuşdur. Mülki işə əlavə edilmiş Foto şəkillərdən görünür ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi foto şəkillər toy mərasimi zamanı onun üzərində olduğu vizual olaraq öz əksini tapmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcədə onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə iclasında əldə edilən mötəbər sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuş, birgə nikahdan uşaqları anadan olmamışdır. Ər-arvad münasibətləri pozulduğundan, nikahları məhkəmə qaydasında pozulmuşdur. İddiaçı Cavabdeh ilə birgə nikah dövründə olduğu müddətdə Cavabdeh İddiaçı məxsus qızıl-ziynət əşyalarını iddiaçının razılığı olmadan BOKT "xxxx" ASC-yə girov kimi qoymuş və kredit əldə etmişdir. Hazırda təminatı qızılziynət əşyaları olan kredit borcu Cavabdeh tərəfindən ödənilmiş, lakin İddiaçı məxsus girov predmentini təşkil edən qızıl-ziynət əşyaları bankın saxlancında qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, hazırda BOKT "xxxx" ASC-nin saxlancından olan və İddiaçı məxsus qızıl-zinət əşyaları iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 48.50 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 585 əyarlı dəyəri 1500 manat komplekt dəst (qolbağ sep üzük sırğa), 800 manat dəyərində brliyant qaşlı ağ qızıl üzük, 585 əyarlı 270 manat dəyərində 1 çüt halqa sırğa, 585 əyarlı,130 manat dəyərində 1 çüt halqa sırğa, 585 əyarlı 150 manat dəyərində 1 ədəd qızıl üzük və ya qeyd edilən qızıl-ziynət əşyalarının dəyəri cаvаbdеh Cavabdeh оğlundаn tutulаrаq iddiаçı İddiaçınа verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 585 əyarlı dəyəri 1500 manat komplekt dəst (qolbağ sep üzük sırğa), 800 manat dəyərində brliyant qaşlı ağ qızıl üzük, 585 əyarlı 270 manat dəyərində 1 çüt halqa sırğa, 585 əyarlı,130 manat dəyərində 1 çüt halqa sırğa, 585 əyarlı 150 manat dəyərində 1 ədəd qızıl üzük və ya qeyd edilən qızıl-ziynət əşyalarının dəyəri cаvаbdеh Cavabdeh оğlundаn tutulаrаq iddiаçı İddiaçı verilsin. 48.50 mаnаt dövlət rüsumu cаvаbdеh Cavabdeh оğlundаn tutulаrаq iddiаçı İddiaçınа verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-628/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-628/2025
01.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver