Məhkəmə qərarları › İş №2(046)-635/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-635/2023

15.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-635/2023 15.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Vəliyev Vüsal Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı miras əmlakda tam payının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən və mərhum X8 məxsus mənzildən ibarət miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi və həmin miras əmlaka dair vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək mərhum X8 məxsus olmuş ünvan 1 ünvanda yerləşən miras əmlak üzərində İddiaçı tam həcmdə payının müəyyən edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, mərhum atası X12 anası X14 ilə 29 avqust 1979-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.1982-ci il tarixdə Vüsal, xx.xx.1984-cü il tarixdə Tural və xx.xx.1990-cı il tarixdə Güney adlı uşaqları anadan olmuşdur. X25 xx.xx.2010-cu il tarixdə Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Toy mərasimi olduqdan sonra, Cavabdeh valideynlərinin yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə köçmüşdür. xx.xx.2012-ci il tarixdə atası Əfqan Musayev və xx.xx.2012-ci il tarixdə isə qardaşı Vüsal vəfat etmişdir. Vüsal Musayev vəfat etdikdən sonra, yəni yas mərasimi qurtardıqdan sonra Cavabdeh cehiz əmlaklarını götürərək daimi yaşamaq üçün valideynlərinə məxsus evə köçmüşdür. Göyçay şəhəri Atatürk küçəsində yerləşən 12 saylı evin 31 saylı mənzili mərhum X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarış verilmişdir. X1 miras qalmış əmlakı atası vəfat etdiyi tarixdən hazırki dövrə kimi faktiki olaraq qəbul edib, həmin əmlakı idarə etmişdir. Həmin əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün ərizə ilə Göyçay rayon Notariat Ofisinə müraciət etsə də, mərhum X25in həyat yoldaşı Cavabdeh ilə sözügedən miras əmlakla bağlı ixtilaf olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Cavabdeh Sevinc Musayevə, eləcə də digər qanun üzrə vərəsələr mirası nə faktiki, nə də qanun üzrə qəbul etməmişlər. Bu faktı hazırki iddia ərizəsinə əlavə etdiyi sübutlar təsdiq edir. X3 dəfn və yas xərclərini, eləcə də miras qalmış mənzilə dair kommunal xərcləri ödəməyinə, əmlakı faktiki idarə etməyinə baxmayaraq, cavabdeh əsassız və qanunsuz olaraq miras əmlakdan pay tələb edir. Cavabdeh X1 miras qalmış əmlakı qanunla müəyyən olunmuş qaydada qəbul etməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş, teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, iddia tələbini qəbul etmədiyini, həmin əmlakda onun payının olduğunu, işə onun iştirakı olmadan baxılıb iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X14, X17, Göyçay rayon Notariat Kontorunun nümayəndəsi məhkəməyə gəlməmişlər.İşə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçının nümayəndəsinin izahaını dinləyib,təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı çıxarışın surətindən görünür ki, Göyçay şəhəri, Atatürk küçəsində istifadədə olan 0,112 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 1ci mərtəbəsində yerləşən 54,9 kv.m ümumi, 34,2 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 31 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əməlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 190 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2012-ci ildə Kürdəmir şəhərində vəfat etmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2012-ci ildə Kürdəmir şəhərində vəfat etmişdir. İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Şərqiyə Rasul qızı ilə 29 avqust 1979-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Musayeva soyadı verilmişdir. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 Sevinc Vəkil qızı ilə 08 iyul 2010-cu il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Musayeva soyadı verilmişdir. İşə əlavə edilmiş X13 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, X17 xx.xx.2012ci il tarixdə vəfat etmiş X1 qalmış bütün miras əmlakından ona çatası payı qəbul etməmiş,etmir.Mirasın bir hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmamasını bilir. İşə əlavə edilmiş X9 notariat qaydasında təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, X14 xx.xx.2012-ci il tarixdə vəfat etmiş əri X6 qalmış bütün miras əmlakından ona çatası payı qəbul etməmiş,etmir. Mirasın bir hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmamasını bilir. İşə əlavə edilmiş Göyçay "xxxx" MTK-nın 28 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Göyçay şəhəri, Atatürk küçəsi 10 saylı binanın 31 nömrəli mənzilində Cavabdeh yaşamamış və qeydiyyatda olmamışdır. İşə əlavə edilmiş “Azəriqaz” İB-nin X29 İstismarı İdarəsinin 16 dekabr 2022-ci il tarixli arayışından görünür ki, Göyçay şəhəri, Atatürk küçəsində qeydiyyatda olan İddiaçı X31 İstismarı İdarəsinin Göyçay xidmət sahəsinin AGİS proqramında abonent kimi qeydiyyatdadır. İşə əlavə edilmiş "xxxx" ASC-nin Göyçay EŞ-nin 14 noyabr 2022-ci il tarixli arayışından görünür ki, Göyçay şəhəri, Atatürk küçəsində quraşdırılmış ********** saylı elektrik sayğacı proqram bazasında X7 adınadır. X12 vəfat etdikdən sonra hal hazıra kimi elektrik enerjisinin dəyərini oğlu İddiaçı tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş "xxxx" MMC-nin “Göyçay Sukanal” Sahəsinin 21 noyabr 2022-ci il tarixli arayışından görünür ki, ünvan 3 ünvanında quraşdırılmış su sayğacı X7 adınadır. X12 vəfat etdikdən sonra hal hazıra kimi su və çirkab suyun dəyəri İddiaçı tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin 10 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh ilə aralarında əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələrdir. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və a bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər.Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra ,lakin miras qəbul edilənədək ölərsə,mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya).Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər.Əgər bu müddət üç aydan azdırsa,üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1253.1-ci maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Həmin Məcəllənin 1253.2-ci maddəsinə əsasən əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə,lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə,onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına,vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür,bu şərtlə ki,vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə,müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1 -ci hissəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 -ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 -ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi «Şporrong və Lonrotun İsveçə qarşı məhkəmə işində qeyd etmişdir ki, həmin norma özündə:1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququnu; 2) mülkiyyətdən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan olmasını ehtiva edir. Azərbaycan Respublikası Mülkt Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “C. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı Göyçay şəhəri Atatürk küçəsi 12 saylı evin 31№-li mənzilini miras əmlak qismində qəbul etdiyini və bu səbəbdən miras əmlak üzərində vərəsəlik hüququnun tanınaraq tam həcmdə payının müəyyən edilməsini xahiş etmişdir. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki,miras əmlaka X7 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmış Göyçay şəhəri Atatürk küçəsi 12 saylı evin 31№-li mənzili daxildir.Miras qoyanın adına öldüyü məqamadək digər əmlakın (və ya əmlakların) olması müəyyən edilməmişdir. Həmçinin iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki,miras xx.xx.2012-ci ildə açıldıqdan sonra miras qoyanın 4 qanun üzrə vərəsəsi olmuşdur :X4,qızı X17,oğlanları İddiaçı və X18. X4 və qızı X17 miras əmlakı qəbul etməmələri barədə ərizə verdiklərindən,mirası qəbul etməkdən imtina etmişlər. X11 isə miras açıldıqdan sonra,lakin miras qəbul edilənədək öldüyündən (xx.xx.2012-ci ildə) onun vərəsəsi olan Cavabdeh miras əmlakdan payı qanun üzrə vərəsələr üçün müəyyən edilmiş qaydalara riayət etməklə qəbul etməsini təsdiq edən sübut təqdim etməmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki,mirasın qəbul edildiyini vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi və ya əmlaka sahiblik etməsi və ya əmlakı idarə eməyə faktiki başlaması hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. İş üzrə tədqiq edilmiş sübutlardan Cavabdeh tərəfindən nə qanunla müəyyən müddət ərzində notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi,nə əmlaka sahiblik etməsi,nədə ki, əmlakı idarə eməyə faktiki başlaması hərəkətlərinin edilməsi müəyyən olunmamışdır.Əksinə olaraq İddiaçı miras açıldıqdan sonra həmin mənzildə yaşayaraq miras əmlaka faktiki sahiblik etmiş,kommunal xidmətlərini ödəyərək miras əmlakı faktiki idarə etmiş,bununla da mirası qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki,Cavabdeh miras əmlak olan Göyçay şəhəri Atatürk küçəsi 12 saylı evin 31№-li mənzili qanunla müəyyən edilmiş müddətlər daxilində qəbul etmədiyindən onun,habelə digər vərəsələr X9 və X13 payları mirası faktiki qəbul etmiş İddiaçı payına əlavə edilməli, miras əmlakda İddiaçı tam həcmdə payı müəyyən olunmalı,bununla da iddia təmin olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq,Göyçay Rayon Məhkəməsi qət etdi: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanda yerləşən miras əmlak üzərində tam həcmdə payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar