Məhkəmə qərarları › İş №2(046)-661/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-661/2024

22.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-661/2024 22.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələblər irləi sürməyən üçüncü şəxslər X14 nümayəndəsi X18 və Mansurova Hicran İsgəndər qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı miras əmlakda payların tanınması iddia tələbinə , Cavabdeh İddiaçı miras əmlakda payın tanınması qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X12 və mərhum X2ndan miras qalmış, hər ikisinin ümumi birgə mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və mərhum X2ndan miras qalmış, eyni ünvanda yerləşən 0,0617 ha torpaq sahəsində miras payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək mərhum anası X12 və mərhum X2ndan miras qalmış, hər ikisinin ümumi birgə mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və mərhum X2ndan miras qalmış, eyni ünvanda yerləşən 0,0617 ha torpaq sahəsində miras payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, atası X19 14 noyabr 1978-ci il tarixdə, anası X12 17 fevral 1995-ci il tarixdə vəfat etmişlər. Mərhum anası X12 vəfat edərkən ondan X2 ilə ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanda bacısı Həqiqət İsgəndərovanın mülkiyyətində olan 0,0617 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi miras qalmışdır. X2 27 mart 2020-ci il tarixdə vəfat etmişdir. Mərhum bacısı nikahda olmamış və onun ölümündən sonra qanun üzrə birinci növbə vərəsələri qalmamışdır. Mərhum miras qoyanların ondan başqa X20, İsgəndərova (Mansurova) Hicran İsgəndər qızı, X16 (Rusiya Federasiyası vətəndaşıdır, vəfat etmişdir), Cavabdeh vərəsələri vardır. Qanun üzrə birinci növbə vərəsə olan Cavabdeh ilə aralarında mirasın bölüşdürülməsi ilə bağlı mübahisə yaranmışdır. Cavabdeh 31 oktyabr 2022-ci il tarixdə iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək mərhum bacılarından qalan mirasın qəbul edilməsinin müəyyən edilməsini və həmin miras əmlaka vərəsəlik hüququnun tanınmasını xahiş etmişdir. Həmin işə baxılarkən məhkəmə tədqiqi zamanı onun qanunda nəzərdə tutulmuş müddətdə notariusa ərizə verməklə mirası qəbul etdiyini bilən cavabdeh məhkəməyə ərizə verərək iddia ərizəsini və sənədləri geri götürmüşdür. Nəticədə Göyçay Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 2(046)- 238/2023 saylı qərardadı ilə həmin ərizə baxılmamış saxlanılmışdır. Cavabdehlə ixtilaf səbəbindən miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni ala bilməmişdir və Göyçay rayon Notariat Ofisi məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək mərhum anası X12 və mərhum X2ndan miras qalmış, hər ikisinin ümumi birgə mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində və mərhum X2ndan miras qalmış, eyni ünvanda yerləşən 0,0617 ha torpaq sahəsində 4/1 hissədə miras payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, mərhum anası X12 vəfat edərkən ondan X2 ilə ümumi birgə mülkiyyətdə olan ünvan 1 ünvanda bacısı Həqiqət İsgəndərovanın mülkiyyətində olan 0,0617 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi miras qalmışdır. X2 27 mart 2020-ci il tarixdə vəfat etmişdir. Mərhum bacısı nikahda olmamış və onun ölümündən sonra qanun üzrə birinci növbə vərəsələri qalmamışdır. Mərhum miras qoyanların ondan başqa X20, İsgəndərova (Mansurova) Hicran İsgəndər qızı, X16 (Rusiya Federasiyası vətəndaşıdır, vəfat etmişdir), Cavabdeh vərəsələri vardır. Qanun üzrə birinci növbə vərəsə olan ilkin iddia üzrə İddiaçı ilə aralarında mirasın bölüşdürülməsi ilə bağlı mübahisə yaranmışdır. İlkin iddia üzrə iddiaçı ilə ixtilaf səbəbindən miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni ala bilməmişdir.Miras əmlakın 1/5 hissəsinə miras payının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, qarşılıqlı iddianı etiraf etmədi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək bildirdi ki,vərəsələrdən vəfat etmiş qardaşı X1 Federasiyasında yaşamış və qanunla müəyyən edilmiş qaydada mirası qəbul etməmişdir,bu səbəbdən hesab edir ki,miras əmlakdan ona pay düşmür.Ona görə də miras əmlakın 4 yerə bölüşdürülməsini xahiş edir.İddianın təmin edilməsini və qarşılıqlı iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə təmsil etdiyi şəxsin izahatına uyğun izahat verib iddianın təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, qarşılıqlı iddianı müdafiə etdi,izahat verərək bildirdi ki,miras qoyanların 5 vərəsəsi vardır,ona görə miras əmlak 5 yerə bölüşdürülməlidir. İddianın təmin edilməməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irləi sürməyən üçüncü şəxs X14 nümayəndəsi X27 miras əmlakda təmsil etdiyi şəxsin də payının olmasını,onun miras əmlakdan imtina etmədiyinin nəzərə alınmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irləi sürməyən üçüncü şəxs Mansurova Hicran İsgəndər qızı izahat verərək bildirdi ki,o miras əmlakdan imtina etməmiş,onun da miras əmlakda payı vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Kontorunun nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı qaqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat tarixi xx.xx.2021-ci il,qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, Göyçay şəhəri, Əhməd Cavad küçəsi, ev 8 (yeni qaydalarla Göyçay şəhəri, Əhməd Cavad küçəsi, 32) ümumi birgə mülkiyyət hüququ üzrə X9 və X4, xüsusi mülkiyyət hüququ üzrə 0,0617 ha torpaq sahəsi isə X9 adına daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsinin arayışlarından və doğum haqqında şəhadətnamələrin surətinən görünür ki, İddiaçı xx.xx.1950-ci ildə, X15 xx.xx.1951-ci ildə, Cavabdeh xx.xx.1962-ci ildə, İsgəndərova Hicran İsgəndər qızı xx.xx.1957-ci ildə, X20 xx.xx.1954-cü ildə doğulmuşlar, valideynləri–ata X19, ana X7r. İşə əlavə edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsinin arayışlarından görünür ki, X10 xx.xx.1995-ci il tarixdə, X19 xx.xx.1978-ci il tarixdə, X15 xx.xx.2020-ci il tarixdə, X16 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İşə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin 28 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh ilə aralarında həmin əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Tətbiq edilən hüquq normaları: xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR-i Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Həmin məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlıqa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlıqa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun, onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir.Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə,miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə,o,eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə,mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər,vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda,vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində,onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər,bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 556-cı maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində, mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimin xeyrinə olduğu göstərilməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina, vərəsə tərəfindən, vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. xx.xx.2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2-ci maddəsinə əsasən ikinci növbədə-ölənin bacıları və qardaşları. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1301.1-cü maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında verilmiş şərhə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.(Mülki Məcəllənin 1151.1-ci maddəsi). Miras qoyan X13 və X8 Göyçay şəhəri, Əhməd Cavad küçəsi, ev 8 (Göyçay şəhəri, Əhməd Cavad küçəsi, 32) ümumi birgə mülkiyyət hüququ üzrə məxsusdur. Miras qoyan X4 6 vərəsəsi övladları İddiaçı, X15, Cavabdeh, İsgəndərova Hicran İsgəndər qızı, X20 və X16 olmuş,miras qoyan X9 isə qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələri (miras açıldıqda valideynləri ölmuş,nikahda və uşaqları olmamış,) olmadığından,ikinci növbədə 5 vərəsəsi İddiaçı, Cavabdeh, İsgəndərova Hicran İsgəndər qızı, X20 və X16 olmuşdur. X12 xx.xx.1995-ci il tarixdə,İsgəndərova Hicran İsgəndər qızı xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra miras açılmış, miras açıldıqdan sonra vərəsə X16 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Repsublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri ilə mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Repsublikası Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də,bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına,mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla,hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı ,mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnun qeyri-mütənasib şəkildə,hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır….vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması,susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən,Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edildməlidir.Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb,hesab edir ki,miras qoyan X4 6 vərəsəsinin olmasına baxmayaraq,miras xx.xx.1995-ci ildə açıldıqdan sonra X9 vərəsəlik hüququ təmin edilərək Göyçay şəhəri, Əhməd Cavad küçəsi, ev 8 onun adına ümumi birgə mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.Belə ki,daşınmaz əmlakın dövlət reyestrindən daxil olmuş evin texniki pasportundan görünür ki,evin sahibi kimi X12 qeyd edilmiş,lakin sonradan (çox güman ki vəfat etdikdən sonra) həmin yazının üzərindən xətt çəkilərək X15 qeyd edilmişdir.Təsadüfi deyil ki, Göyçay rayon Aqrar İslahatı Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarına istinad edilməklə 617,54 kv.metr həmin evin həyətyanı torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş və xüsusi mülkiyyət kimi məhz X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə ümumi mülkiyyətin əmələ gəlməsinin digər qanuni əsaslarının olmasını tədqiq edilmiş sübutlardan müəyyən etmədiyindən,hesab edir ki,vərəsə X9 vərəsəlik hüququ Göyçay şəhəri, Əhməd Cavad küçəsi, ev 8-ə münasibətdə daşınmaz əmlakın dövlət reyestrində ümumi birgə mülkiyyət kimi qeydə alındığından miras qoyan X3 miras qalmış əmlak X15 istisna olmaqla 5 vərəsə arasında bölüşdürülməli,iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki,digər miras qoyan X6 miras qalmış ümumi birgə mülkiyyətdə olan Göyçay şəhəri, Əhməd Cavad küçəsi, ev 8 (yeni qaydalarla Göyçay şəhəri, Əhməd Cavad küçəsi, 32) və xüsusi mülkiyyətdə olan 0,0617 ha həyəyanı torpaq sahəsi 5 vərəsə arasında bölüşdürülməlidir. Məhkəmə İddiaçı vərəsə X11 miras əmlakı qəbul etməməsi ilə əlaqədar mirasın 4 vərəsə arasında bölüşdürülməsi barədə dəlili üzrə vərəsənin mirasdan qanunla müəyyən edilmiş qaydada imtina etməsini təsdiq edən sübutların təqdim edilməməsinə görə hüquqi dəyərləndirmə aparılmasına lüzüm bilməmiş,hesab edir ki,miras qoyan X5 miras qalmış əmlak vərəsələr arasında 1/5hissədə bölüşdürülməli,iddia bu hissə də qismən təmin olunmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı anası X3 miras qalmış Göyçay şəhəri, Əhməd Cavad küçəsi 32 saylı ümumi birgə mülkiyyətdə olan evin 1/5 hissədə və X2ndan miras qalmış Göyçay şəhəri, Əhməd Cavad küçəsi 32 saylı ümumi birgə mülkiyyətdə olan evin 1/5 hissədə və 0,0617 ha torpaq sahəsi üzərində 1/5 hissədə payı müəyyən edilərək iddiası qismən təmin edilməli, Cavabdeh anası X3 miras qalmış Göyçay şəhəri, Əhməd Cavad küçəsi 32 saylı ümumi birgə mülkiyyətdə olan evin 1/5 hissədə və X2ndan miras qalmış Göyçay şəhəri, Əhməd Cavad küçəsi 32 saylı ümumi birgə mülkiyyətdə olan evin 1/5 hissədə və 0,0617 ha torpaq sahəsi üzərində 1/5 hissədə payı müəyyən edilməklə qarşılıqlı iddiası təmin olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, Göyçay Rayon Məhkəməsi qət etdi: İddia qismən təmin edilsin. İddiaçı anası X3 miras qalmış Göyçay şəhəri, Əhməd Cavad küçəsi 32 saylı ümumi birgə mülkiyyətdə olan evin 1/5 hissədə,X2ndan miras qalmış Göyçay şəhəri, Əhməd Cavad küçəsi 32 saylı ümumi birgə mülkiyyətdə olan evin 1/5 hissədə və 0,0617 ha torpaq sahəsinin 1/5 hissəsi üzərində payı müəyyən edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi təmin edilsin. Cavabdeh anası X3 miras qalmış Göyçay şəhəri, Əhməd Cavad küçəsi 32 saylı ümumi birgə mülkiyyətdə olan evin 1/5 hissədə,X2ndan miras qalmış Göyçay şəhəri, Əhməd Cavad küçəsi 32 saylı ümumi birgə mülkiyyətdə olan evin 1/5 hissədə və 0,0617 ha torpaq sahəsinin 1/5 hissəsi üzərində payı müəyyən edilsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar