Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-67/2021 01.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Nümayəndə2 Cavabdeh, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ağsu Layihə Tədqiqat İdarəsinin mütəxəssisi X1, Göyçay rayon Ərəbcəbirli kənd bələdiyyəsinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, zəbt edilmiş torpaq sahəsindən çıxarılma və özbaşına tikililərin cavabdehin hesabına sökülməklə əvvəlki vəziyyətinə qaytarılması və örüş sahəsinin əhalinin ümumi istifadəsinə qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayon Mirzəhüseynli kəndinin şimal hissəsində yerləşən “arabasınan dərəsi” adlanan ərazidə əhalinin ümumi istifadəsi üçün ayrılmış örüş torpaq sahəsinin Cavabdeh tərəfindən hüquqi əsaslar olmadan 1.0 hektarından istifadəsinə son qoyulması, cavabdehin həmin ərazidən çıxarılması, öz başına tikililərin cavabdehin vəsaiti hesabına sökülməklə əvvəlki vəziyyətinə qaytarılması və örüş sahəsinin əhalinin ümumi istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh Göyçay rayonunun Mlrzəhüseynli kəndinin şimal hissəsində yerləşən “araba sınan dərəsi” adlanan örüş sahəsi təyinatlı ərazinin 1,0 hektar hissəsini özbaşına şəkildə zəbt etmiş, həmin ərazinin ətrafını hasar formasında bağlamaqla şəxsən özünün istifadəsi üçün ayırmış, həmin hissədə müxtəlif özbaşına tikililər tikmiş və qurğular quraşdırmış, həmin hissədən tamamilə və ətraf hissələrdən qismən olmaqla kənd sakinlərinin eləcə də onun istifadəsinə yolverilməz şəkildə əngəllər yaratmışdır. Belə ki, cavabdeh həmin ərazidəki torpaq sahəsinin müvəqqəti olaraq dincə qoyulmasından sui-istifadə edərək özünün xüsusi torpaq sahəsi kimi orada qoyun yatağı salmış, balaca daxal bina, həmçinin 300,0 kv.mdən artıq sahəsi olan palçıqla suvanmış tövlə tikmişdir. 8,0 hektar ərazidən ibarət həmin sahədən 1990-cı illərdən keçmiş S. Vurğun adma kolxozun ərazisi kimi atası X3 istifadə etmiş, ərazi arpa və buğda əkini sahəsi olmuşdur. 2000-ci ildən həmin ərazini istifadə etmiş, digər sakinlərin həmin sahədən istifadəsinə hər hansı maneə yaratmamışdır. Hazırda məlum olmuşdur ki, 2015-ci il tarixdən cavabdeh həmin ərazini heç bir hüquqi əsasları və razılıq olmadan öz istədiyi kimi istifadə edir. Cavabdeh bu hərəkətləri ilə onun örüş sahəsi kimi həmin torpaq sahəsindən mal-qaranın otarmaq məqsədi ilə istifadə hüquqları pozulmuşdur. Buna görə də iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, Göyçay rayon Mirzəhüseynli kəndində yerləşən 1 ha torpaq sahəsini Göyçay rayon Mirzəhüseynli kənd Bələdiyyəsi ilə bağladığı icarə müqaviləsinə əsasən istifadə edir. Örüş sahəsini zəbt etməmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Göyçay rayon Ərəbcəbirli kənd bələdiyyəsinin nümayəndəsi Nümayəndə1 izahat verərək göstərmişdir ki, Cavabdeh 2006-cı ilin sentyabr ayında Mirzəhüseynli kənd Bələdiyyəsi ilə 50 il müddətinə 1ha örüş sahəsini icarə müqaviləsinə əsasən icarəyə götürməsi ilə bağlı göstərdikləri əsassızdır. Belə ki, həmin müqavilənin əslini aşkar etmək mümkün olmamış, müqavilədə tarix və müqavilənin nömrəsi qeyd edilməmiş, həmin müqavilə dövlət qeydiyyatına alınmamışdır. Hazırda örüş sahəsi çəpərlənərək Cavabdeh istifadəsindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ağsu Layihə Tədqiqat İdarəsinin mütəxəssisi X2 təqdim edilmiş rəy üzrə izahat verərək göstərmişdir ki, Cavabdeh Göyçay rayon Mirzəhüseynli kəndinin şimal hissəsində yerləşən “arabasınan dərəsi” adlanan ərazidə kənd camaatının ümumi istifadəsi üçün ayrılmış örüş torpaq sahəsinin 0.20 hektarından qanunsuz istifadə etdiyi və həmin torpaq sahəsində tikilirə inşa etdiyi müəyyən edilmişdir. Həmin torpaq sahəsi bələdiyyənin mülkiyyəti kimi qeydiyyata alınmamışdır. İş üzrə tərəflərin izahatlarını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiası qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş DƏDRX-nin 16 saylı Ucar ərazi idarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh adına Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisində torpaq sahəsi qeydiyyata alınmamışdır. Məhkəməyə təqdim edilmiş Göyçay rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Göyçay rayon Mirzəhüseynli kənd sakini Cavabdeh tərəfindən Göyçay rayon Mirzəhüseynli kəndində istifadə edilən torpaq sahəsi ümumi örüş təyinatlı torpaq sahəsidir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Ərəbcəbirli kənd Bələdiyyəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş məktubdan görünür ki, Cavabdeh tərəfindən Göyçay rayon Mirzəhüseynli kəndində istifadə olunan və onun tərəfindən tikilmiş tikililərin altında yerləşən torpaq sahəsi kəndin ümumi örüş təyinatlı torpaq sahəsidir. Məhkəməyə təqdim edilmiş Torpaq sahəsinin icarəyə verilməsi haqqında 2006-cı il tarixli müqavilədən görünür ki, Göyçay rayon Mirzəhüseynli kənd bələdiyyəsinin mülkiyyətində olan 1 ha torpaq sahəsi 50 il müddətinə Cavabdeh istifadəsi üçün icarəyə verilmişdir. Həmin müqavilədə tarix və müqavilənin nömrəsi qeyd edilməmiş, müqavilənin əsli məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Ərəbcəbirli kənd Bələdiyyəsi tərəfindən xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.2010-cu il tarixdə Mirzəhüseynli kənd bələdiyyəsinin fəaliyyəti dayandırılmış, bələdiyyənin balansında olan inventar və tikillər aktla Ərəbcəbirli bələdiyyəsinə təhvil verilmişdir. Keçən müddət ərzində bələdiyyənin fəaliyyətinə aid olan sənədlər Göyçay rayon Arxivinə verilmişdir. Göyçay rayon Ərəbcəbirli bələdiyyəsi öz fəaliyyəti dövründə Mirzəhüseynli kənd sakini Cavabdeh torpaq sahəsi ayrılması barədə qərar verilməmişdir. xx.xx.2006-cı il tarixli 09 saylı iclas protokolu keçmiş Mirzəhüseynli bələdiyyəsinə aiddir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Göyçay Arxiv Filialının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Göyçay rayon Mirzəhüseynli Bələdiyyəsinin 2006-cı ilə dair iclas protokolları yoxlalınarkən, Cavabdeh 1.0 ha torpaq sahəsinin icarəyə verilçməsi haqqında heç bir qeyd tapılmamışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti “xxxx” MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Göyçay rayonu Mirzəhüseynli kəndinin şimal hissəsində 0.20 ha ümumi istifadədə olan örüş torpaq sahəsi Cavabdeh tərəfindən naturada istifadə edilir. Cavabdeh tərəfindən naturada istifadə edilən 0.20 ha torpaq sahəsinin sərhəddi boyunca kanal qazılmışdır. Həmin torpaq sahəsində fərdi yaşayış evi və digər köməkçi tikililər mövcuddur. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssisin rəy verilməsi üçün xərc 180.26 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 10/1595 saylı rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Ağsu LTİ-nin mütəxəssis rəyində aşağıdakılar qeyd olunur: Göyçay rayonu Mirzəhüseynli kəndinin şimal hissəsində 0.20 ha ümumi istifadədə olan örüş torpaq sahəsi Cavabdeh tərəfindən naturada istifadə edilir. Cavabdeh tərəfindən naturada istifadə edilən 0.20 ha torpaq sahəsinin sərhəddi boyunca kanal qazılmışdır. Həmin torpaq sahəsində fərdi yaşayış evi və digər köməkçi tikililər mövcuddur. Qeyd olunanlar nəzərə alınmaqla mütəxəssis tərəfindən verilmiş rəyin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Ekspert tərəfindən qeyd olunur ki, mülki iş materiallarının yeddinci səhifəsində yer alan Göyçay rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İ.Vəliyevin imza ilə təsdiq edilmiş məktuba əsasən, Cavabdehnın sözügedən torpaq sahəsində hər hansı bir tikinti işlərinin aparılmasına rayon icra hakimiyyəti tərəfindən icazə verilmədiyi müəyyən olunmuşdur. Odur ki, həmin tikililər tikinti normalarına uyğun inşa edilməmişdir. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Göyçay rayon Mirzəhüseynli kəndinin şimal hissəsində 0.20 ha ümumi istifadədə olan örüş torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz istifadə edilir. Cavabdeh tərəfindən naturada istifadə edilən 0.20 ha torpaq sahəsinin sərhəddi boyunca kanal qazılmışdır. Həmin torpaq sahəsində fərdi yaşayış evi və digər köməkçi tikililər mövcuddur. Qeyd edilən 0.20 ha torpaq sahəsi cavabdehin qanunsuz istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin bəndlərinə əsasən
1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. 2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. 3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. 4. ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. 8. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 111-ci maddəsinin bəndlərinə əsasən 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması(zəbt edilməsi) qan unla qadağan olunur. 2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.3.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olma qla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Göyçay rayon Mirzəhüseynli kəndinin şimal hissəsində yerləşən “arabasınan dərəsi” adlanan ərazidə əhalinin ümumi istifadəsi üçün ayrılmış örüş torpaq sahəsindən 0.20 hektarından Cavabdeh istifadəsinə son qoyulmalı, cavabdeh həmin ərazidən çıxarılmalı, özbaşına tikililər cavabdehin vəsaiti hesabına sökülməklə əvvəlki vəziyyətinə qaytarılmalı və örüş sahəsinin əhalinin ümumi istifadəsinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş dövlət rüsumu cavabdehə tutularaq iddiaçıya ödənilməli, iş üzrə ekspertiza xərci olan 100 manat cavabdehdən alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməli və iş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 180.26 manat məhkəmə xərci cavabdehdən tutularaq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Göyçay rayon Mirzəhüseynli kəndinin şimal hissəsində yerləşən “arabasınan dərəsi” adlanan ərazidə əhalinin ümumi istifadəsi üçün ayrılmış örüş torpaq sahəsinin 0.20 hektarından Cavabdeh çıxarılsın, Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikililər cavabdehin vəsaiti hesabına sökülməklə əvvəlki vəziyyətinə qaytarılsın. Örüş sahəsi əhalinin ümumi istifadəsinə verilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 180.26 manat məhkəmə xərci Cavabdeh alınaraq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin VÖEN **********, AZ 37NABZ******************** nömrəli hesabına keçirilsin. İş üzrə ekspertiza xərcləri olan 100 manat Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: İbrahim Fəttahov