Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-672/2020 30.06.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində 30 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qızıl-zinət əşyalarının cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası zamanı müəyyən edilmişdir ki, cavabdeh Zöhrabov x1 rayonu Qarakolluq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Məhkəmə baxışı zamanı Cavabdehnın şəxsiyyət vəsiqəsi məlumatlarının Elektron məhkəmə sistemindən çıxarılan zaman müəyyən olunur ki, Cavabdeh yaşadığı yer İsmayıllı rayonu Qarakolluq kəndi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Göründüyü kimi İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılmsı tələbinə dair iddia ərizəsi aidiyyət qaydaları pozulmaqla Göyçay Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılmsı tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Cavabdeh qeydiyyatda olduğu yer üzrə İsmayıllı Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 44, 45, 263, 264, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılmsı tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Cavabdeh qeydiyyatda olduğu və yaşadığı yer üzrə İsmayıllı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-672/2020
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-672/2020
30.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver