Məhkəmə qərarları › İş №2(046)-677/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-677/2021

10.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-677/2021 10.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və cavabdeh X2 nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə, qızıl-ziynət əşyaları tələbinə dair mülki işə Göyçay şəhərində 10 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 qızıl-ziynət əşyalarının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3430/2020 saylı 28.07.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş, uşaqlar onun himayəsinə verilmiş və cavabdehdən övladlarının 28.10.2014-cü il təvəllüdlü X3 və 02.11.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmılmaları üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və hər uşağa 40 (qırx) manat sabit pul məbləğində alimentin 31,05.2020-ci il tarixdən başlayaraq aliment tutulması qət edilmişdir. Cavabdeh ilə ailə həyatı qurduqdan sonra ünvan 1 ünvana gəlin köçmüş, gəlin köçərkən cehiz əşyalarını da mübahisəli mənzilə gətirmişdir. Münasibətlərinin pozulması nəticəsində cavabdehin təzyiqi ilə valideynlərinin yanına qayıtmışdır. Həmin vaxtdan valideynlərinin yanında yaşayır. Mənzili tərk etdikdə isə qızıl- zinət əşyalarını götürə bilməmişdir. Cehizini götürən zaman cavabdehin valideyni hədiyyə aldıqları qızıl-zinət əşyalarını verməmişlər. Hətta bir qədər irəli gedib uşaqların doğum günlərində aldıqları sırğaları belə verməkdən boyun qaçırmışlar. "102" xidmətinə zəng etdikdən sonra, Bakı şəhəri Suraxanı rayon 30-cu Polis bölməsinin nümayəndələri tərəfindən uşaqların sırğaları alınıb, ona verilmişdir. Hazırda ona məxsus 960 manat dəyərində Komplekt (750 əyarlı (16 qr- boyunbağı, 8 qr bilərzik, 5.6 qr sırğa və 3.5 qr üzük), 300 manat dəyərində (750 əyarlı 5 qr) 1 ədəd nişan üzüyü, 200 manat dəyərində (585 əyarlı, 3 qr) 1 ədəd göy qaşlı üzük və 500 manat dəyərində 1 ədəd ( 750 əyarlı, 7.8 qr) oğlan üçün alınan nişan üzüyü cavabdehin qanunsuz sahibliyindədir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh X2 nümayəndəsi (atası) Nümayəndə iddianı qismən qəbul edərək izahatlarında göstərmişlər ki, iddiaçının tələb etdiyi qızıl-ziynət əşyaları tərəflər birgə nikah dövründə ailə vəziyyətləri ilə əlaqədar satmışlar. Bundan başqa iddiaçının qızıl-ziynət əşyalarının qiyməti ilə razı deyil. Belə ki, komplekt 750 əyarlı (16 qr- boyunbağı, 8 qr bilərzik, 5.6 qr sırğa və 3.5 qr üzüyünü 960 manata deyil, 850 manata, (750 əyarlı 5 qr) 1 ədəd nişan üzüyünü 300 manata deyil 250 manata, (585 əyarlı, 3 qr) 1 ədəd göy qaşlı üzüyü 200 manata deyil, 150 manata almışlar. Bir ədəd qızıl üzük cavabdeh X5 toy vaxtı hədiyyə edilmişdir. Həmin qızıl üzük cavabdehin mülkiyyəti hesab edilir. Buna görə də qətnamə qəbul edilərkən göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, tədqiq edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhəkəmə baxışı zamanı cavabdeh X2 iddia ərizəsində qeyd edilmiş qızıl-ziynət əşyaların dəyəri və mövcudluğu ilə bağlı göstərdikləri xüsusatlar İddiaçı tərəfindən mübahisələndirmədiyindən qətnamə qəbul edilərkən bu xüsusatlar nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı cavabdehin etirafedici izahatı ilə müəyyən edilmişdir ki, İddiaçı hədiyyə edilmiş 850 manat Komplekt (750 əyarlı (16 qr- boyunbağı, 8 qr bilərzik, 5.6 qr sırğa və 3.5 qr üzük), 250 manat dəyərində (750 əyarlı 5 qr) 1 ədəd nişan üzüyü, 150 manat dəyərində (585 əyarlı, 3 qr) 1 ədəd göy qaşlı üzük tərəflər birgə yaşadıqları dövrdə satmışlar. Cavabdehin nümayəndəsi qeyd edilən qızıl-ziynət əşyalarının dəyərinin iddiaçıya qaytarılmasına etiraz etmir. Bir ədəd dəyəri 500 manat qeyd edilmiş kişi üçün qızıl üzük cavabdeh X5 hədiyyə edildiyindən, həmin üzük cavabdehin mülkiyyəti sayılır. İddiaçı həmin üzüyü cavabdehdən tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı tələb etdiyi bir ədəd qızıl üzüyün alınıb ona verilməsinə əsas ola bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X1 qızıl ziynət əşyalarının alınaraq ona verilməsi barədə tələbi qismən təmin edilməli, cavabdeh X1 850 manat Komplekt (750 əyarlı (16 qr- boyunbağı, 8 qr bilərzik, 5.6 qr sırğa və 3.5 qr üzük), 250 manat dəyərində (750 əyarlı 5 qr) 1 ədəd nişan üzüyü, 150 manat dəyərində (585 əyarlı, 3 qr) 1 ədəd göy qaşlı üzük, mövcud olmadığı halda həmin qızıl-ziynət əşyalarının ümumi dəyəri olan 1250 manat məbləğində pul X1 alınaraq İddiaçı verilməlidir. İddiaçı məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı cavabdeh X1 qızıl-ziynət əşyalarının alınaraq ona verilməsi barədə tələbi qismən təmin edilsin. İddiacı İddiaçı məxsus 850 manat Komplekt (750 əyarlı (16 qr- boyunbağı, 8 qr bilərzik, 5.6 qr sırğa və 3.5 qr üzük), 250 manat dəyərində (750 əyarlı 5 qr) 1 ədəd nişan üzüyü, 150 manat dəyərində (585 əyarlı, 3 qr) 1 ədəd göy qaşlı üzük, mövcud olmadığı haıda qızıl-ziynət əşyalarının ümumi dəyəri olan 1250 manat pul cavabdeh X1 alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh X1 alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar