Məhkəmə qərarları › İş №2(046)-682/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-682/2022

16.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-682/2022 16.06.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının qeydə alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək babası X8 12 yanvar 1946-cı il tarixdə və nənəsi X6 23 fevral 1969-cu il tarixdə Göyçay rayonunun Ləkçıplaq kəndində vəfat etmələri müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi tələbini belə əsaslandırmışdır ki, mərhum X1 və mərhum bibisi X10 ilə ümumi birgə mülkiyyətlərinə ünvan 1 ünvanda 0,0252 ha həyətyanı torpaq sahəsi və üzərində mərhum anası ilə paylı mülkiyyətində fərdi yaşayış evi var. (27 avqust 2020-ci il tarixli **********90-10301 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) X1 17 dekabr 2002-ci il tarixdə, bibisi X10 26 oktyabr 2003-cü il tarixdə vəfat etmişlər. Hazırda mərhum bibisi ilə ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin miras hissəsinə qanun üzrə vərəsəlik hüququ əldə etmək istəyir. Notarius ondan bibisin qanun üzrə birinci vərəsələri olan mərhum babası X8 və nənəsi X6 X4i təqdim etməyimi tələb etmiş, onların ölüm haqqında sənədlərini əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin idarənin arxivində ölüm qeydi aşkar olunmamış və Qeydiyyat Şöbəsi ona ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. “Göyçay rayon Mərkəzi Xəstəxanası” X17 də vəkil sorğusu ilə müraciət etmiş, lakin xəstəxana 18 avqust 2021 -ci il tarixli 3680 saylı məktubla babası ilə nənəsinin ölümləri haqqında tibbi şəhadətnamələrin xəstəxananın arxivində saxlanmaması barədə vəkilə cavab vermişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İş üzrə Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə ərizəçini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Doğum Haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. X5, X1dır. Məhkəməyə təqdim edilmiş X4 təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2002ci il tarixdə, X10 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışından görünür ki, Göyçay şəhəri Nizami küçəsi ev 96-da yerləşən 0.0252 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşdiyi 75.2 kv.m fərdi yaşayış evi Ərizəçi, X3 və X7 adına xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X8 və X6 ölüm haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. X8 və X6 ölümünün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə Maraqlı şəxsnə təqdim olunmalıdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda isə ölüm haqqında akt qeydinin qeydə alınması mümkün deyildir. Bu səbəbdən Göyçay Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Ərizəçi 12 yanvar 1946-cı il tarixdə vəfat etmiş babası X8 və 23 fevral 1969-cu il tarixdə vəfat etmiş nənəsi X6 ölümünün qeydiyyat şöbəsində qeydə alınmadığından ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Ərizəçi mərhum X12 və X6 Göyçay rayonu Ləkçıplaq kəndində ölümünün qeyd edilməsini başqa qaydada əldə edə bilməz. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi babası X12 və nənəsi X6 Göyçay rayonu Ləkçıplaq kəndində vəfat etmələri faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçi babası X8 12 yanvar 1946-cı il tarixdə və nənəsi X6 23 fevral 1969-cu il tarixdə Göyçay rayonu Ləkçıplaq kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. Bu qətnamə X8 və X6 ölümünün qeydiyyat orqanında qeydə alınaraq, ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamənin icrası Göyçay rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar