Məhkəmə qərarları › İş №2(046)-70/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-70/2021

14.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-70/2021 14.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Göyçay rayon Şıxbəy kəndində yerləşən 6.63 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və onun həmin torpaq sahəsinə yenidən daxil olmasına qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki,Göyçay rayon Aqrar-İslahat Komissiyasının 17 aprel1998-ci il tarixli 35 saylı qərarı ilə ona və ailə üzvülərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 6,63 ha torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsi mülkiyyət hüququ RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Həmin 6,63 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Bununla da onun həmin torpaq sahəsi üzərində mövcud olan mülkiyyət hüququ pozulmuşdur. Buna görə də tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Göyçay rayonu Şıxbəy kəndində 6.63 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyəti kimi 24.07.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" MMC Ağsu Layihə- Tədqiqat İdarəsi tərəfindən verilmiş 21.08.2020-ci il tarixli rəydən və sxemdən görünür ki, tərəflərin iştirakı ilə naturada göstərdikləri mübahisəli 6.63 ha torpaq sahəsində çöl ölçü işləri aparıldı. Mülki iş materiallarında təqdim edilmiş RX seriyalı ******* saylı X1 və iddiaçının adına verilmiş çıxarışın ayrılmaz hissəsi olan koordinatları əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü" sənədi təqdim edilmədiyindən iddiaçının sənəd üzrə torpaq sahəsinin yeri müəyyən edilmədi. Bu səbəbdəndə Cavabdeh həmin torpaq sahəsindən istifadə edib-etmədiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 30.12.2020-ci il tarixli 10/1597 saylı ekspert rəyindən görünür ki, mülki iş materiallarında təqdim edilmiş RX seriyalı ******* saylı X1 və iddiaçının adına verilmiş çıxarışın ayrılmaz hissəsi olan koordinatlari əks etdirən "Torpaq sahəsinin planı və ölçüsü" sənədi təqdim edilmədiyindən iddiaçının sənəd üzrə torpaq sahəsinin yeri müəyyən edilmədi. Bu səbəbdən də, Cavabdeh həmin torpaq sahəsindən istifadə edib-etmədiyini müəyyən etmək mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş X3 və Ekspertiza Mərkəzi” MMC-nin 18.05.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, tədqiq olunan Göyçay rayonu Şıxbəy kəndində yerləşən RX ******* saylı Dövlət Reyesetrindən çıxarışda nəzərdə tutulmuş 6,63 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilməmişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 12.08.2021-ci il tarixli 10/3468 saylı ekspert rəyindən görünür ki, X3 və Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssisi rəyinə əsasən tədqiq olunan Göyçay rayonu Şıxbəy kəndində yerləşən RX ******* saylı Dövlət Reyesetrindən çıxarışda nəzərdə tutulmuş 6,63 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilməmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ekspert rəyinə əsasən RX ******* saylı çıxarışa əsasən iddiaçının paylı mülkiyyətinə verilmiş 6.63 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh tərəfindən paylı mülkiyyətində olan torpaq sahəsinin zəbt edildiyinə dair heç bir mötəbər sübutu məhkəmə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə ekspertiza xərci olan 150 manat İddiaçı tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətində olan 6.63 ha torpaq sahəsindən çıxarılması barədə tələbi təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 150 manat İddiaçı alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası məhkəmə xərclərinə dair hissədə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar