Məhkəmə qərarları › İş №2(046)-710/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-710/2024

20.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-710/2024 20.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyev Sevinc Elçin qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəyəri 3000 manat olan sırğa, üzük, qolbaq və klonlu boyunbağıdan ibarət qızıl dəsti, dəyəri 3000 manat olan sırğa, üzük, qolbaq və kulonlu boyunbağıdan ibarət qızıl dəsti, dəyəri 1500 manat olan brilyant qaşlı 1 ədəd qızıl nişan üzüyü, dəyəri 200 manat olan 1 ədəd 5 qram çəkidə qızıl qolbaq (Tünzalənin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 4 qram çəkidə üzərində qaş olan qızıl üzük (Valehin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 3 qram çəkidə üzük (Nüşabənin hədiyyəsi), dəyəri 300 manat olan 1 ədəd 6 qram çəkidə qolbaq (İlahənin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 6 qram çəkidə boyunbağı (Lamiyənin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 3 qram çəkidə üzük (Fəxriyyənin hədiyyəsi), dəyəri 300 manat olan 1 ədəd 6 qram çəkidə üzəri qaşlı qızıl qolbaq (Cavabdeh1 hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd qızıl üzük (Gülanənin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 4 qram çəkidə qızıl üzük (Südabənin hədiyyəsi), dəyəri 50 manat olan 1 ədəd sərinkeş, dəyəri 750 manat olan 1 ədəd ALTUS markalı paltaryuyan maşın, dəyəri 600 manat olan 1 ədəd LOTOS markalı televizor, dəyəri 600 manat olan künc divanı, dəyəri 200 manat olan 1 ədəd markalı elektrik sobası, dəyəri 300 manat olan 1 ədəd taxt çarpayı, dəyəri 300 manat olan 1 ədəd termo, dəyəri 350 manat olan 1 ədəd paltar şkafı(şifoner), dəyəri 250 manat olan qonaq otağı üçün 1 ədəd şkaf(servant), dəyəri 250 manat olan 1 ədəd bar, dəyəri 250 manat olan televizor altlığı, dəyəri 300 manat olan 1 ədəd stol, 6 ədəd stul, dəyəri 250 manat olan 1 ədəd kamod, dəyəri 80 manat olan 1 ədəd tumba, dəyəri 50 manat olan 1 ədəd termo stulu, dəyəri 30 manat olan 10 ədəd ləyən, dəyəri 15 manat olan 1 ədəd kauçuq, 2 ədəd dəmir vedrə, dəyəri 5 manat olan 1 ədəd parç, dDəyəri 5 manat olan 1 ədəd kauçuk vanna, dDəyəri 90 manat olan 1 ədəd ikinəfərlik, 2 ədəd birnəfədik yun döşək, 2 ədəd yay yorğanı, dDəyəri 120 manat olan 1 ədəd qalın odeyal, dəyəri 160 manat olan 2 ədəd nazik odeyal, dəyəri 300 manat olan 15 metrlik pərdə dəsti, dəyəri 220 manat olan yataq örtüyü (Gəlincik), dəyəri 60 manat olan 6 ədəd yun döşəkcə, dəyəri 120 manat olan 6 ədəd tük balış, dəyəri 120 manat olan 4 ədəd hamam dəsmalı, dəyəri 70 manat olan 10 ədəd əl-üz dəsmalı, dəyəri 40 manat olan 15 ədəd çay dəsmalı, dəyəri 200 manat olan 7 ədəd süfrə, dəyəri 100 manat olan mələfə dəsti (çemodanda), dəyəri 200 manat olan 6 ədəd mələfə dəsti, dəyəri 200 manat olan üzəri qaşlı bəzək qabları, dəyəri 20 manat olan 2 dəst armudu stəkan, dəyəri 20 manat olan 4 dəst stəkan, Dəyəri 30 manat olan ikimərtəbəli vaza, dəyəri 24 manat olan 4 dəst nəlbəki, dəyəri 12 manat olan armudu stəkan-nəlbəki dəsti (12 əşyalı), dəyəri 10 manat olan 2 dəst mürəbbə qabı(razetka), dəyəri 15 manat olan zibil vedrəsi, dəyəri 20 manat olan 1 ədəd qab yığılan setka, dəyəri 20 manat olan qaşıq dəsti, dəyəri 15 manat olan güldan, dəyəri 15 manat olan tərəvəz doğrayan, dəyəri 15 manat olan qoz çəkən, dəyəri 5 manat olan aşsüzən, dəyəri 200 manat olan uşaq arabası, dəyəri 20 manat olan uşaq maneji, dəyəri 10 manat olan 2 ədəd çaynik, dəyəri 10 manat olan 2 ədəd külqabı, dəyəri 40 manat olan çaydan-fincan dəsti, dəyəri 10 manat olan 2 ədəd tort qabı, cəmi 13651 manat olan əmlakların, həmin əmlaklar mövcud olmadığı halda isə onların dəyərinin və iddia qaldırarkən ödədiyi 131 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, dəyəri 3000 manat olan sırğa, üzük, qolbaq və kulonlu boyunbağıdan ibarət qızıl dəsti, dəyəri 1500 manat olan brilyant qaşlı 1 ədəd qızıl nişan üzüyü, dəyəri 200 manat olan 1 ədəd 5 qram çəkidə qızıl qolbaq (Tünzalənin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 4 qram çəkidə üzərində qaş olan qızıl üzük (Valehin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 3 qram çəkidə üzük (Nüşabənin hədiyyəsi), dəyəri 300 manat olan 1 ədəd 6 qram çəkidə qolbaq (İlahənin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 6 qram çəkidə boyunbağı (Lamiyənin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 3 qram çəkidə üzük (Fəxriyyənin hədiyyəsi), dəyəri 300 manat olan 1 ədəd 6 qram çəkidə üzəri qaşlı qızıl qolbaq (Cavabdeh1 hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd qızıl üzük (Gülanənin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 4 qram çəkidə qızıl üzük (Südabənin hədiyyəsi), ümumi dəyəri 6500 manat olan əmlakların, həmin əmlaklar mövcud olmadığı halda isə onların dəyərinin və iddia qaldırarkən ödədiyi 131 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, dəyəri 1.100 manat olan sırğa, üzük, qolbaq və klonlu boyunbağıdan ibarət qızıl dəsti (komplekt) iddiaçıya verirməyə razıdırlar, dəyəri 600 manat olan 1 ədəd nişan üzük mövcuddur, amma vermirlər, dəyəri 80 manat olan 2 qram qolbaq (Tünzalənin hədiyyəsi) mövcuddur, amma vermirlər, dəyəri 70 manat olan 1 ədəd üzük (Valehin hədiyyəsi) mövcuddur, amma vermirlər, dəyəri 65 manat üzük 1 ədəd üzük (Nüşabənin hədiyəsi) mövcuddur, amma vermirlər, dəyəri 130 manat olan 1 ədəd qolbaq (İlahənin hədiyyəsi) mövcuddur, amma vermirlər, dəyəri 120 manat olan 01 ədəd boyunbağı (Lamiyənin hədiyəsi) mövcuddur, amma vermirlər, dəyəri 70 manat olan 01 ədəd üzük (Fəxriyyənin hədiyəsi) mövcuddur, amma vermirlər, dəyəri 70 manat olan 01 ədəd üzük (Gülanənin hədiyyəsi) mövcuddur, amma vermirlər, Şamilin hədəyyəsi yoxdur olmayıb, Südabənin hədiyyəsi yoxdur olmayıb. Məhkəmə iclasında İddiaçı, nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək əlavə olaraq qeyd etdi ki, siyahıda Cavabdeh1 hədiyyəsi kimi göstərilmiş dəyəri 300 manat olan 1 ədəd 6 qram çəkidə üzəri qaşlı qızıl qolbaq əslində cavabdehin deyil onun dostunun hədiyəssi idi. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul etdi və və izahat verərək bildirdi ki, İddiaçı iddia ərizəsində göstərilən qızıl zinət əşyalarından yalnız 9 hədiyyə edilmişdir. Həmin qızıl zinət əşyalarından sırğa, üzük, qolbaq və klonlu boyunbağıdan ibarət qızıl dəstinin (komplekt) iddiaçıya qaytarmasına etiraz etmir. Maddi imkanı olmadığından iddiaçıya hədiyyə edilmiş qızıl zinət əşlarını, həmçinin, qohumlarına məxsus digər qızılları da "xxxx" BOKT QSC-nə girov qoyaraq kredit götürmüşdür. Məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul etdi, Cavabdeh2 izahatına oxşar izahat verdi və bildirdi ki, siyahıda Cavabdeh1 hədiyyəsi kimi göstərilmiş dəyəri 300 manat olan 1 ədəd 6 qram çəkidə üzəri qaşlı qızıl qolbaq mövcud deyil, çünki cavabdeh iddiaçıya elə bir hədiyyə etməmişdir. Qolbaq onun dostu tərəfindən hədiyyə edilmişdir, o da nişan mərasiminin videosunda görsənmir. Məhkəmədən iddianın qismən təmin ediməsini xahiş etdi. İş materiallarından əlavə edilmiş: Göyçay Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(046)-108/2024 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı Cavabdeh1 ilə Göyçay rayon İHB-nın Ləkçıplaq kənd ərazi nümayəndəliyində 26 avqust 2021 -ci ildə 16 № ilə qeyd edilmiş nikahı pozulmuş, xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 İddiaçı yanında qalması müəyyən edilmiş, Cavabdeh1 xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. - fotoşəkillərdən və vidoyazıdan görünür ki, İddiaçı nişan-toy mərasimində qızıl əşyaları hədiyyə edilmişdir. 10 oktyabr 2023-cü il tarixli girov müqaviləsindən görünür ki, "xxxx" BOKT ASC ilə Cavabdeh2 arasında girov müqaviləsi bağlanmış və Cavabdeh2 iddiaçıya hədiyyə edilmiş, sırğa, üzük, qolbaq və klonlu boyunbağıdan ibarət qızıl dəstini, 5 ədəd qızıl üzüyü, 3 ədəd qızıl qolbağı 1 ədəd boyunbağını kredit təşkilatına girov qoymuşdur. - Qəbələ 1 saylı Mediasiya təşkilatının mediatoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasənm mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Məhkəmənin mövqeyi: İşin mübahisəsiz halı ondan ibarətdir ki iddiaçıya dəyəri 200 manat olan 01 ədəd 4 qram çəkidə qızıl üzük (№ 10) və Cavabdeh1 hədiyyəsi kimi göstərilmiş dəyəri 300 manat olan 1 ədəd 6 qram çəkidə üzəri qaşlı qızıl qolbaq (№ 9) istisna olmaqla, iddia ərizəsində qeyd olunan qızıl-zinət əşyaları toy-nişan mərasimi zamanı cavabdehlər və onun ailə üzvləri tərəfindən iddiaçıya hədiyyə şəklində verilmişdir. Buna əsasən həmin əşyalar İddiaçı mülkiyyəti sayılmalıdır. Cavabdeh1 hədiyyəsi kimi göstərilmiş dəyəri 300 manat olan 1 ədəd 6 qram çəkidə üzəri qaşlı qızıl qolbağın əslində Cavabdeh1 deyil onun dostu tərəfindən nişan mərasimində hədiyyə edildiyini hər iki tərəf etiraf etdiyindən məhkəmə bu faktı da mübahisəsiz hal kimi qiymətləndirir. Həmin qızıl əşyaların İddiaçı razılığı olmadan Cavabdeh2 tərəfindən kredit təşkilatına girov qoyulduğundan həmin əşyalar üzrərində iddiaçının mülkiyyət hüququ pozulmuşdur. İddiaçı əşyaların cavabdehlərdən alınmasını tələb edərək pozulmuş mülkiyyət hüququnun bərpasının təmin eidlməsini xahiş etmişdir. Мülki qanunvericiliyinin tələbinə görə mülkiyyətçi özgəsinin sahibliyindən öz əmlakını o halda tələb edə bilər ki,1) tələb olunan əmlak mülkiyyətçiyə məxsus olmalı 2) həmin əmlak özgəsinin qanunsuz sahibliyində olmalıdır. Məhkəmə tərəflərin izahatlarına, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Cavabdeh2 iddiaya etiraz ərizəsində qeyd olunan qızıl zinət əşyalarının dəyərini göstərsə də məhkəmə iclasında cavabdehlər qızıl-zinət əşyalarının dəyərini mübahisələndirməyərək, həmin əşyaların hal-hazırda girovda olduğunu və iddiaçıya verməyəklərini, onlardan yalnız sırğa, üzük, qolbaq və klonlu boyunbağıdan ibarət qızıl dəstini qaytaracaqlarını bildirmişdirlər. İddiaçı dəyəri 200 manat olan 1 ədəd 4 qram çəkidə qızıl üzüyün (Südabənin hədiyyəsi) cavabdehlərdə qalmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməıdiyindən iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə İddiaçı məxsus qızıl-zinət əşyalarının kredit təşkilatına Cavabdeh2 tərəfindən girov qoyulduğunu, tərəflərin qızıl zinət əşyalarının mövcud dəyərini məhkəmə iclasında mübahisələndirmədyini və iş üzrə digər tədqiq edilmiş sübutları nəzərə alıb, hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyində olan İddiaçı məxsus olan dəyəri 3000 manat olan sırğa, üzük, qolbaq və kulonlu boyunbağıdan ibarət qızıl dəsti, dəyəri 1500 manat olan brilyant qaşlı 1 ədəd qızıl nişan üzüyü, dəyəri 200 manat olan 1 ədəd 5 qram çəkidə qızıl qolbaq (Tünzalənin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 4 qram çəkidə üzərində qaş olan qızıl üzük (Valehin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 3 qram çəkidə üzük (Nüşabənin hədiyyəsi), dəyəri 300 manat olan 1 ədəd 6 qram çəkidə qolbaq (İlahənin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 6 qram çəkidə boyunbağı (Lamiyənin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 3 qram çəkidə üzük (Fəxriyyənin hədiyyəsi), dəyəri 300 manat olan 1 ədəd 6 qram çəkidə üzəri qaşlı qızıl qolbaq (Cavabdeh1 dostunun hədiyyəsi) ,dəyəri 200 manat olan 1 ədəd qızıl üzük (Gülanənin hədiyyəsi) qanuni sahibinə qaytarılmalıdır. Qeyd olunan əşyaların dəyərinə gəldikdə, məhkəmə nəzərə alır ki, cavabdehlər həmin qızıl əşyaların dəyəri ilə bağlı məhkəmənin etdiyi təklifə baxmayaraq qızıll zinət əşyarının dəyərini mübahisələndirməmiş, ona görə də məhkəmə qızıl zinnət əşyalarının dəyərini iddia ərizəsinə uyğun qəbul etmiş və nəzərə almışdır. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəyəri 3000 manat olan sırğa, üzük, qolbaq və klonlu boyunbağıdan ibarət qızıl dəsti, dəyəri 3000 manat olan sırğa, üzük, qolbaq və kulonlu boyunbağıdan ibarət qızıl dəsti, dəyəri 1500 manat olan brilyant qaşlı 1 ədəd qızıl nişan üzüyü, dəyəri 200 manat olan 1 ədəd 5 qram çəkidə qızıl qolbaq (Tünzalənin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 4 qram çəkidə üzərində qaş olan qızıl üzük (Valehin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 3 qram çəkidə üzük (Nüşabənin hədiyyəsi), dəyəri 300 manat olan 1 ədəd 6 qram çəkidə qolbaq (İlahənin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 6 qram çəkidə boyunbağı (Lamiyənin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 3 qram çəkidə üzük (Fəxriyyənin hədiyyəsi), dəyəri 300 manat olan 1 ədəd 6 qram çəkidə üzəri qaşlı qızıl qolbaq (Cavabdeh1 dostunun hədiyyəsi) ,dəyəri 200 manat olan 1 ədəd qızıl üzük (Gülanənin hədiyyəsi) alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əşyaların alınması mümkün olmadıqda onların dəyəri miqdarında müştərək qaydada pul alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dövlət rüsümu üçün ödənilmiş 83 manat və 0.40 qəpik xidmət haqqı alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar