Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-719/2022 25.01.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Ərizəçi ölüm faktının qeydə alınması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum bacısı X3 15.10.1989-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək göstərmişdir ki, xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcək, Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, Mərhum X19la anası Nisə Hiiseyinova rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahından mərhum bacısı X9, X12, X13 və X14 anadan olmuşdur. X19 20.09.2006-cı il tarixdə, anası Nisə Hüseyinova isə 25.11.2013-cü ildə vəfat etmişdir. X15 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün tərəfindən Göyçay rayon Notariat Ofisinə müraciət edilmiş, sənədləri araşdıran notarius İ növbəli vərəsələrdən 1989-cu ildə vəfat etmiş mərhum bacısı X7 ölüm haqqında şəhadətnaməsini tələb etmişdir. X21 vəfat edərkən onun ölmü qeydə alınmadığından, ölüm haqqında şəhadətnamə tərəfindən notariat ofisinə təqdim edilməmişdir. X17 14.07.1957-ci il tarixdə Göyçay şəhərində doğulmuş, vəfat edənədək atasından miras qalmış evdə yaşamışdır. Sevda Hüseynova səhhətində yaranmış xəstəlik səbəbindən 15.10.1989-cu ildə vəfat etmiş, Göyçay şəhər Qəbirstanlığında dəfn edilmiş, lakin valideynləri tərəfindən ölümün qeyd edilməsi üçün Qeydiyyat şöbəsinə müraciət edilmişdir.Ölümün qeydə alınması üçün tərəfindən Göyçay rayon Qeydiyyat şöbəsinə müraciət edilsə də, qeydiyyat orqanı 18.12.2021-ci il tarixli məktubla Sevda Hüseynovanın ölümünü qeydə almaqdan imtina etmiş, imtinanın səbəbi kimi ölüm faktını təsdiq edən sənədin (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) təqdim edilməməsi göstərilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Buna görə də ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf Göyçay Rayon Qeydiyyat Şöbəsinə məhkəmənin yeri və vaxtı barədə məlumat verilmiş, Göyçay Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçini dinləyən və iş üzrə təqdim edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X5 surətindən görünür ki, X10 ilə X4 27.09.1951-ci il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş X6 surətindən və çıxarışdan görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə, X9 14.07.1957-ci il tarixdə anadan olmuşdur. Ataları – X10, anaları X1 qızıdır. Məhkəməyə təqdim edilmiş X2 surətindən görünür ki, X10 20.09.2006-ci il tarixdə və X1 25.11.2013-cü il tarixdə vəfat etmişdir. Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18.12.2021-ci il tarixli məktubdan görünür ki, X3 ölüm haqqında akt qeydi Göyçay rayon Qeydiyyat Şöbəsinin arxivində aşkar olunmamışdır. X3 ölümünün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə Göyçay rayon Qeydiyyat Şöbəsinə təqdim olunmalıdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda isə ölüm haqqında akt qeydinin qeydə alınması mümkün deyildir. Bu səbəbdən Göyçay Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Göyçay rayon Bələdiyyəsinin 20.12.2021-ci il tarixli arayışdan görünür ki, X9 15.10.1989-cu il tarixdə Göyçay şəhərində vəfat etmiş, Göyçay şəhər qəbirastanlığında dəfn edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Ərizəçi mərhum bacısı 15.10.1989-cu il tarixdə vəfat etmiş X3 ölümünün qeyd edilməsini başqa qaydada əldə edə bilməz. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi bacısı X3 15.10.1989-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi bacısı X3 15.10.1989-cu il tarixdə Göyçay şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. Bu qətnamə X3 ölümünün qeydiyyat orqanında qeydə alınaraq, ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamənin icrası Göyçay rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-719/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-719/2022
25.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver