Məhkəmə qərarları › İş №2(046)-73/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-73/2022

28.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-73/2022 28.03.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçılar X3, İddiaçı1 və Cavabdeh nümayəndəsi (qardaşı) Nümayəndə iştirakı ilə, torpaq sahəsində çıxarılma və su bərəsinin açılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar X6 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-176F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Göyçay rayonu Qarabaqqal kəndində yerləşən ümumi-birgə mülkiyyətdə olan 0,45 ha həyətyanı torpaq sahəsinin (5 m x 27 m) 135 kv.metr hissəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinə çəkilmiş çəpərin sökülməsi və torpaq sahəsi əvvəlki vəziyyətə qaytarılması və həmin həyətyanı torpaq sahəsinə gedən tutulmuş su bərəsinin açılaraq bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı X4 iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay rayon Aqrar- İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 42 saylı qərarı ilə X1, İddiaçı1, X5 və X2 0,45 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu il Cavabdeh torpaq sahəsinin əvvəlki sərhədlərinin yerini dəyişdirmiş, çəpəri söküb (5 m x 27 m) 135 kv.metr ölçüdə torpaq sahəsini zəbt etmiş, həmin ölçüdə onların sahəsinə girmiş, çəpəri onların ərazisinə çəkmişdir. JN-176F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən ümumi-birgə mülkiyyətdə olan 0,45 ha həyətyanı torpaq sahəsinin (5 m x 27 m) 135 kv.metr hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Bundan başqa həmin torpaq sahəsinə gedən su arxını cavabdeh bağlayaraq mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin suvarılmasının qarşısını almışdır. Bunun nəticəsində həyətyanı torpaq sahəsində bostan, tərəvəz bitkilərinin əkilməsi mümkün olmamış, əkilən tərəvəz bitkiləri isə məhv olmuşdur. Buna görə də iddia tələbinin təmin olunması xahiş etmişlər. İş üzrə Cavabdeh nümayəndəsi (qardaşı) Nümayəndə iddianı qəbul etməyərək göstərmişlər ki, İddiaçıya və ailə üzvlərinə məxsus torpaq sahəsini zəbt etməmişlər. Buna görə də iddianın rədd edilməsini xahiş etmişlər. İş üzrə tərəflərin izahatlarını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-176F saylı şəhadətnamədən görünür ki, Göyçay rayonu Qarabaqqal kəndində 0.45 ha torpaq sahəsi iddiaçılar X3, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş X10 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş 18.05.2021 tarixli rəydən görünür ki, İddiaçılar İddiaçı1 və X3 torpağın mülkiyyətə verilməsinə dair JN-176F saylı şəhadətnaməyə əsasən ümumi-birgə mülkiyyətində olan 0,45 ha həyətyanı torpaq sahəsinin 81 kv.metrlik hissəsi Cavabdeh tərəfindən çəpərə alınmışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN-176F saylı şəhadətnaməyə əsasən iddiaçılar İddiaçı1 və X3 mülkiyyətinə verilmiş 0,45 ha torpaq sahəsinin koordinatları, torpağın mülkiyyətə verilməsinə dair JN-178F saylı şəhadətnaməyə əsasən Cavabdeh ümumi-birgə mülkiyyətində olan 0,20 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür, həmsərhəd olmaqla bitişik yerləşir. Torpağın mülkiyyətə verilməsinə dair JN-176F saylı şəhadətnaməyə əsasən 0,45 ha həyətyanı torpaq sahəsinə gedən su bərəsi cavabdeh tərəfindən tutulmuşdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən iddiaçıların ümumi-birgə mülkiyyətində olan 0,45 ha həyətyanı torpaq sahəsinin 81 kv.metrlik hissəsi Cavabdeh tərəfindən zəbt edilmiş və həmin torpaq sahəsinə gedən su bərəsi tutulmuşdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən Torpağın Mülkiyyətə Verilməsinə dair JN-176F nömrəli şəhadətnaməyə əsasən iddiaçının və ailə üzvlərinin ümumi-birgə mülkiyyətində olan 0,45 ha həyətyanı torpaq sahəsinin 81 kv.metrlik hissəsi Cavabdeh tərəfindən dəmir çəpərlə bağlanılmaqla qanunsuz istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun qanuni sahibliyində olan 0,45 ha həyətyanı torpaq sahəsinin 81 kv.metrlik hissəsi cavabdeh tərəfindən zəbt edilməsi, torpaq sahəsinin çəpərlə bağlanılması və həmin torpaq sahəsinə gedən su bərəsinin tutulması mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar X3 və İddiaçı1 iddiası təmin edilməli, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan 0,45 ha həyətyanı torpaq sahəsinin 81 kv.metrlik hissəsi üzərində Cavabdeh tərəfindən quraşdırılmış çəpər cavabdehin vəsaiti hesabına sökülməli və həmin torpaq sahəsinə gedən su bərəsi açılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçılar X5 və İddiaçı1 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Göyçay rayonu Qarabaqqal kəndində yerləşən Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən iddiaçılar X3 və İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 0,45 ha həyətyanı torpaq sahəsinin 81 kv.metrlik hissəsi üzərində Cavabdeh tərəfindən quraşdırılmış çəpər cavabdehin vəsaiti hesabına sökülsün və həmin torpaq sahəsinə gedən su yolu açılsın. Dövlət rüsumu kimi ödənilmiş 10 manat Cavabdeh alınaraq iddiaçılar X5 və İddiaçı1 verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar