Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-750/2024 27.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızı, Ərizəçi hüquqi əhəmiyyətli faktn müəyyən edilməsi tələbinə dair ərizəsinin icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri xx.xx.1954-cü il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi hüquqi faktının müəyyən olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıdakı əsaslara görə məhkəməyə daxil olmuş nümayəndə kimi göstərilmiş Nümayəndə tərəfindən imzalanmış ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69-1.1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.3-ci maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. İddia ərizəsinə Nümayəndə ərizəni imzalamaq səlahiyyətinin verilməsi barədə 22 sentyabr 2023-cü il tarixli etibarnamə əlavə edilmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə ərizənin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq belə bir nəticəyə gəlirəm ki, ərizənin verilməsi haqqında buna səlahiyyəti olan şəxs tərəfindən imzalanması ərizəyə əlavə edilmiş sənədlərlə müəyyən olunmadığından (nümayəndə kimi göstərilmiş Nümayəndə Ərizəçi yaxın qohumu olması barədə sənədlər), iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, ərizəçiyə qeyd edilən nöqsanı aradan qaldırıb təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263,264,268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb Şirvan şəhər Məhkəməsi qərara aldı: Ərizəçi hüquqi əhəmiyyətli faktn müəyyən edilməsi tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Ərizəçiyə izah olunsun ki,nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-750/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-750/2024
27.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver