Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-774/2022 19.01.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və sənədlərin geri qaytarılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin torpaq sahəsindən çıxarılması və sənədlərin ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən İddiaçı iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı oğlu iddia ərizəsini bir nüsxədə təqdim etməklə cavabdehə çatacaq sayda iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.1-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və sənədlərin geri qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-774/2022
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-774/2022
19.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver