Məhkəmə qərarları › İş №2(046)-776/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-776/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-776/2021 20.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı AccessBank QSC-nin nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, kredit borcunun tutulması, tutmanin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı AccessBank QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əlsəfər oğlundan müştərək qaydada kredit razılaşması üzrə 7763.12 manat əsas borcu, 2206.08 manat faiz borcu, 4537.1 manat cərimə borcu olmaqla, cəmi 14506.30 manat kredit borcu, 30 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 xüsusi mülkiyyətində olan Göyçay şəhəri Ə.Kərim küçəsi 9, döngə 2-də yerləşən 0.1109 ha torpaq sahəsində yerləşən 155.4 k.m olan fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evi satıldıqdan 1 ay sonra onun həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması və fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmədə iddiaçı AccessBank QSC-nin nümayəndəsi qismində izahat vermiş Nümayəndə iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, 25.05.2018-ci il tarixdə AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə illik 300.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 31.05.2018-ci il tarixli 017R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 31.05.2018-ci il tarixindən 07.10.2019-cü il tarixinə qədər 2%, 07.10.2019-cu il tarixindən 06.12.2019-cu il tarixinə qədər 0% olmaqla, ödəniş planı üzrə hissə- hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə AccessBank QSC arasında 30.05.2018ci il tarixdə, Cavabdeh3 Əlsəfər oğlu ilə 31.05.2018-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Kreditin təminatı kimi Cavabdeh2 arasında 31.05.2018-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış və Cavabdeh2 özünə məxsus istifadəsində olan Göyçay şəhəri Ə.Kərim küçəsi 9, döngə 2-də 0.1109 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, iddiaçıya kredit razılaşması üzrə cəmi 14506.30 manat kredit borcu qalmışdır. Cavabdehə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərəkən 30 dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Buna görə də məhkəmədən xahiş etmişdir ki, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilsin. Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, AccessBank QSC-dən kredit razılaşmasına əsasən 15.000 manat kredit götürmüşdür. Maddi imkanı olmadığından banka olan borcunu ödəyə bilməmişdir. Tələbin cərimə hissəsini əsassız hesab edir. Cavabdeh2 iddianı qəbul edərək göstərmişdir ki, Cavabdeh1 ilə AccessBank QSC arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi özünə məxsus evi AccessBank QSC-yə ipoteka ilə yüklü etmişdir. İş üzrə digər cavabdeh Cavabdeh3 Əlsəfər oğlu məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək məhkəmə baxışının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 25.05.2018-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə X2 arasında 120 ay müddətinə 300.000 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 31.05.2018-ci il tarixli 017R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 31.05.2018-ci il tarixindən 07.10.2019-cü il tarixinə qədər 2%, 07.10.2019-cu il tarixindən 06.12.2019-cu il tarixinə qədər 0% olmaqla, ödəniş planı üzrə hissə- hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində kredit götürmüşdür. Məhkəməyə təqdim edilmiş 30.05.2018-ci və 31.05.2018-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 Əlsəfər oğlu və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 31.05.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə ipoteka müqaviləsi bağlanmış, Cavabdeh2 mülkiyyətində olan ünvan 2, 0.1109 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanda, 0.1109 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçı AccessBank QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. Təqdim edilmiş bildirişdən görünür ki, tutmanin ipoteka predmetinə yönəldilməsi barədə ərizə Reyestr Xidmətinin 16 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş bildirişə əsasən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş təsdiqetmə bildirişinə əsasən 20 manat dövlət rüsumu ödənilmişdir. Təqdim edilmiş sübutlardan görünür ki, AccessBank” QSC ilə Cavabdeh1 arasında aylıq 18 ay müddətinə, aylıq faiz dərəcəsi 31.05.2018-ci il tarixindən 07.10.2019-cü il tarixinə qədər 2%, 07.10.2019-cu il tarixindən 06.12.2019-cu il tarixinə qədər 0% olmaqla, ödəniş planı üzrə hissə- hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmış, həmin müqavilənin təminatı kimi cavabdehlər Cavabdeh3 Əlsəfər oğlu və Cavabdeh2 bankla zaminlik müqaviləsi bağlamış,bundan başqa Cavabdeh2 mülkiyyətində olan Göyçay şəhəri Ə.Kərim küçəsi 9, döngə 2 ünvanda, 0.1109 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi AccessBank QSC ilə Cavabdeh1 bağladığı kredit müqaviləsinin təminatı kimi iddiaçınin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit razılaşması üzrə kredit borcunu iddiaçıya qaytarmadığına görə, AccessBank QSC həmin borcun ipoteka ilə yüklü edilmiş Cavabdeh2 Göyçay şəhəri Ə.Kərim küçəsi 9, döngə 2 ünvanda, 0.1109 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini açıq hərracda satılaraq əldə edilən vəsaitdən kredit borcunun ödənilməsini və həmin fərdi yaşayış evinin boşaldılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Lazur-A MMC tərəfindən verilmiş 29.07.2021 il tarixli rəydən görünür ki, X1 mülkiyyətində olan ünvan 2 ünvanda, 0.1109 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 40.000, likvid dəyəri isə 36.000 manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının 25.10.2021-ci il tarixli 9/6668 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 06.12.2019-cu il tarixə əsas kredit borcu 7686.06 manat, faiz borcu 917.20 manat təşkil edir. Ekspertiza xərci 100 manat təşkil edir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi ekspertiza rəyində nəzərdə tutulmuş xüsusatları mübahisələndirməmidir. Məhkəmə hesab edir ki, iddia təmin edilərkən əsas kredit borcu və faiz faiz borcu ekspertiza rəyində nəzərdə tutulmuş həddə təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" QSC-nin cavabdehlərdən kredit razılaşması üzrə 4537.1 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 7.1 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı və 100 manat ekspertiza xərci cavabdehlərə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının Göyçay şəhəri Ə.Kərim küçəsi 9, döngə 2 ünvanda Cavabdeh2 xüsusi mülkiyyətində olan 0.1109 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi tələb etməkdə iddiaçının subyektiv hüququ olmamışdır. Belə hüquq daşınmaz əmlakı hərracda satın alacaq şəxsə və hərracda satılmayacağı təqdirdə banka təhvil verilməsinin baş tutacağı təqdirdə banka məxsus olacaqdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əlsəfər oğlundan müştərək qaydada kredit razılaşması üzrə 7686.06 manat əsas borcu, 917.20 manat faiz borcu, 7.1 manat cərimə borcu, cəmi 8610.36 manat kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı tutulmalı, tutmanin ipoteka ilə yüklü edilmiş mərhum Cavabdeh2 məxsus ünvan 2 ünvanda, 0.1109 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evinin ilkin satış qiyməti 40.000 manat, likvid dəyəri 36.000 manat məbləğində müəyyən edilməli, fərdi yaşayış evi hərracda satılaraq iddiaçıya olan borc ödənilməli, fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə həmin fərdi yaşayış evi boşaldılmalıdır. İş üzrə ekspertiza xərci olan 100 manat məbləğində pul Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əlsəfər oğlundan müştərək qaydada kredit razılaşması üzrə 7686.06 manat əsas borcu, 917.20 manat faiz borcu, 7.1 manat cərimə borcu, cəmi 8610.36 manat kredit borcu, 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı tutularaq AccessBank QSC-nin xeyrinə verilsin. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Göyçay şəhəri Ə.Kərim küçəsi 9, döngə 2 ünvanda, 0.1109 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilsin, fərdi yaşayış evi açıq hərracda satılaraq əldə edilmiş vəsaitdən cavabdehlərin banka olan kredit borcu ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 40.000 manat, likvid dəyəri 36.000 manat məbləğində müəyyən edilsin və açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 100 manat məbləğində pul Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar