Məhkəmə qərarları › İş №2(046)-779/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-779/2020

08.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-779/2020 08.10.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, əmlakın çıxarılması tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayonu Məlikkənd kəndində yerləşən ümumi sahəsi 56 kv.m olan 2 otaqlı fərdi yaşayış evindən Cavabdeh qızına məxsus 48 adda cehiz əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-773/2014 nömrəli, avqust 2014-cü il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, iş üzrə Göyçay rayon Məhkəməsinin xx xxxx 2014-cü ii tarixli 2(046)-520/2014 nömrəli qətnaməsinin ləğv edilməsi, yəni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməsi, iddiaçı X3 İddiaçı mülkiyyətində olan Göyçay şəhəri, Həbibi küçəsi 97 saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.İcra işi ilə əlaqədar Göyçay rayon İcra və Probasiya şöbəsinin icra məmurları mülkiyyətində olan evə gəlmiş və evə baxış keçirmişlər. Baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi qəzalı vəziyyətdə olmaqla, yaşayış üçün tam yararsızdır. Eyni zamanda müraciəti əsasında Göyçay rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin əməkdaşları ünvan 1 saylı ünvanda yerləşən və mülkiyyətində olan fərdi yaşayış evinə baxış keçirmiş və müəyyən etmişlər ki, 1940-cı ildə inşa edilmiş, ümumi sahəsi 90 m2 1 otaqlı və 1 dəhlizdən ibarət evin divarlarında dərin çatlar yaranmış, tavan hissəsi çökmüş və nəticədə ev qəzalı vəziyyətə düşmüşdür. Bu səbəbdən Memarlıq və Tikinti şöbəsinin əməkdaşları mülkiyyətində olan fərdi yaşayış evini sökməyini tövsiyə etmişlər. Verilmiş tövsiyədən sonra mülkiyyətində olan fərdi yaşayış evini sökərək, həyətyanı torpaq sahəsinin digər hissəsində 3 otaqlı fərdi yaşayış evi inşa etmişdir. Halhazırda 3 otaqlı evin yalnız bir otağı yaşamaq üçün yararlı vəziyyətə gətirilmiş, qalan 2 otaq isə tam təmirsiz, sadəcə 4 divardan ibarətdir, təmir edilmiş 1 otaqda 2 ədəd 2 nəfər üçün nəzərdə tutulan taxtin və 1 ədəd 1 nəfər üçün nəzərdə tutulan çarpayı olmaqla, həmin otaqda 5 nəfər ailə üzvü yaşayır. Belə bir vəziyyətdə cavabdehin yeni inşa etdiyi evə köçürülməsi mümkün olmamışdır. Cavabdehin məhkəmə qətnaməsi ilə köçürüldüyü fərdi yaşayış evi qeyd etdiyi səbəbdən sökülərkən, cavabdehin gəlin gələn zaman gətirdiyi cehiz əmlaklar olan 1 ədəd divan, 1 ədəd divar mebeli, 1 ədəd çörək sobası, 2 ədəd kreslo, 2 ədəd çilçıraq, 1 ədəd televizor altlığı, 1 ədəd masa, 6 ədəd stul, 1 ədəd 2 nəfərlik çarpayı, 2 ədəd çarpayı yanında tumba, 1 ədəd çuğun qazan, 1 ədəd tozsovuran, 1 ədəd çaydan, 2 ədəd fincan-xırda, 2 ədəd bişinti qab serviz, 6 ədəd fincan, 1 ədəd serviz dəsti qara, 1 ədəd su qabı, 12 ədəd balaca dərin boşqab, 12 ədəd xırda boşqab, 1 ədəd yağ qabı, 2 ədəd boşqab dərin, 1 ədəd dörə, 6 ədəd fincan, 1 ədəd cuğun ləyən, 3 ədəd qazan, 1 ədəd dörə, 6 ədəd fincan, 24 ədəd mürəbbə qabı, 2 ədəd şüşə qab, 1 ədəd kauçuk qazan, 6 ədəd fincan dəsti, 1 ədəd güldan şüşə, 4 ədəd kofe fincanı, 4 ədəd kül qabı, 2 ədəd qənd qabı, 1 ədəd tefal qazan, 6 ədəd kasa qaşıqlı, 6 ədəd kasa, 1 ədəd çuğun ləyən, 1 ədəd vanna, 2 ədəd kauçuq qab, 1 ədəd aş süzən, 1 ədəd taxta tərəvəz doğramaq üçün, 6 ədəd fincan dəsti, 8 ədəd kasa, 1 ədəd çaydan, 1 ədəd çaynik, 1 ədəd ləyən balaca, 20 ədəd orta boşqab, 12 ədəd sadə boşqab balaca, 12 ədəd sadə nəlbəki, 12 ədəd sadə boşqab, 24 ədəd boşqab, 24 ədəd sadə xırda boşqab, 14 ədəd sadə xırda boşqab, 1 ədəd çömçə, 2 ədəd şüşə qab, 2 ədəd qruşka, 12 ədəd böyük boşqab, 12 ədəd xırda boşqab, 15 ədəd nəlbəki, 1 ədəd qənd qabı, 1 ədəd kalçuk qənd qabı, 2 ədəd kiçik güldan balaca, 1 ədəd qrafinka dəsti şüşə, 18 ədəd stəkan, 6 ədəd zərli stəkan, 6 ədəd qədəh, 24 ədəd cəngəl, 2 ədəd bıçaq, 17 ədəd meyvə bıçağı, 10 ədəd qədəh, 27 ədəd qədəh, 1 ədəd qrafinka, 1 ədəd güldan, 1 ədəd tava, 1 ədəd çuğun ləyən, 2 ədəd çuğun qab, 1 ədəd çörək qabı, 6 ədəd duz qabı, 6 ədəd stakan, 11 ədəd qənd qabı, 6 ədəd mürəbbə qabı, 18 ədəd xörək qaşığı, 2 ədəd kül qabı, 2 ədəd qənd qabı, 2 ədəd şəkər tozu qabı, 1 ədəd böyük dövrə, 1 ədəd balaca dövrə, 6 ədəd fincan, 2 ədəd 3 mərtəbə qab, 2 ədəd qayıq qab şüşə, 2 ədəd çaynik, 6 ədəd fincan, uşaq çarpayı, 2 ədəd konfet qabı, 1 ədəd ət maşını, 1 ədəd xalça, 3 ədəd xalça, 1 ədəd sadə örtük, 1 ədəd qalın örtük, 1 ədəd yazı masası, 1 ədəd divar saatı, xrustal fincan, 1 ədəd çarpayı döşəyi, 3 ədəd döşək, 3 ədəd yorğan, 2 ədəd güldan, 1 ədəd taxta güldan, 1 ədəd lampa, i ədəd şüşə güldan, 2 ədəd dövrə, 1 ədəd güzgü, 3 ədəd çexol, 1 ədəd əlçək mətbəx, 2 ədəd meyvə qabı şüşə, 1 ədəd meyvə qabı qara şüşə, 8 ədəd süfrə, 1 ədəd çexol, 1 ədəd pərdə, uşaq paltarları, usaq oyuncaqları, qaşıq dəsti, 1 ədəd çarpayı üzü, 2 ədəd çamadan, 1 ədəd tava, 1 ədəd saç qurudan, güzgülər, 1 ədəd gecə işığı, 12 ədəd stəkan, divan üstü, 15 ədəd məhraba, 2 ədəd ipək balınc üzü, 1 ədəd örtük, yastıqlar, 13 ədəd döşək, 1 ədəd paltar yuyan maşın, üst paltarı böyük uşaq üçün, 2 ədəd balınc üzü, 16 ədəd balınc üzü, bagema dəsti, 6 ədəd badə şüşə, 1 ədəd lampa şüşə, 1 ədəd aliminium vedrə, 1 ədəd kiçik paltar yuyan, 4 ədəd pərdə asılan və badə şüşə qablaşdırılaraq, mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinə yığılmışdır. Cavabdeh oğlu ilə nikah münasibətləri pozulduğu vaxtdan hazırki vaxta kimi validenylərinə məxsus evdə yaşayır. Lakin cehiz əmlakları mülkiyyətində olan torpaq sahəsindədir və bu əmlaklar onun mülkiyyətindən öz istədiyi kimi istifadəni qeyri-mümkün etmişdir. Bundan başqa, əmlaklara qulluq göstərilmədiyindən öz yararlılığını itirirlər. Əmlakların çıxarılması ilə əlaqədar dəfələrlə cavabdehlə razılığa gəlmək istəsə də, hər hansı bir razılıq əldə olunmamışdır. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ərizəsi ilə müraciət edərək göstərmişdir ki, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 773/2014nömrəli, xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(046)-520/2014- nömrəli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməsi, iddiaçı X1 İddiaçı mülkiyyətində olan Göyçay şəhəri, Həbibi küçəsi 97 saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-4933/14-nömrəli, xx xxxxxx 2014-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 773/2014-nömrəli, xx xxxxxx 2014-cü il tarixli qətnaməsinin qəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Həmin vaxtdan 5 (beş) ildən artıq müddət keçməsinə baxmayaraq, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-773/2014-nömrəli, xx xxxxxx 2014-cü il tarixli qətnaməsi və icra vərəqəsi bu günə kimi icra edilməmişdir. Bundan sonra fərdi yaşayış evində yenidən qurma işləri aparılmış, əlavə otaqlar tikilmiş və yaşayış üçün tam yararlı hala salınmışdır. Hal-hazırda bütün əmlakları həmin fərdi yaşayış evində yerləşir. Buna baxmayaraq İddiaçı həmin fərdi yaşayış evini başqa şəxsin adına rəsmiləşdirmiş, qətnaməyə əsasən köçməli olduğu həmin evə köçməyinə mane olur. Hesab edir ki, İddiaçı mülkiyyətində olan ünvan 1 saylı fərdi yaşayış evində istifadə hüququ mövcuddur. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının DT və XK tərəfindən verilmiş A № 284832 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Göyçay şəhərində yerləşən 607.37 kv.m həyətyanı torpaq sahəsi Məmmədova Sevda qızının mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin müdiri İ.Süleymanov həmin Şöbənin aparıcı mühəndisi K.Qasımov tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli aktdan görünür ki, ünvan 1 saylı fərdi yaşayış evində yaşayan İddiaçı məxsus fərdi yaşayış evi qəzalı vəziyyətdədir. Həmin fərdi yaşayış evi 1940-cı ildə torpaq kərpicdən tikilmişdir, ümumi sahəsi 90 kv.m olmaqla 1 otaq və 1 dəhlizdən ibarətdir. Evin divarlarında dərin çatlar əmələ gəlmiş, tavan hissəsi çökmüş və ev tamamilə qəzalı vəziyyətə düşdüyündən yaşayış təhlükəlidir. İddiaçı evin sökülməsi tövsiyə olunmuşdur. Məhkəmə baxışı zamanı müəyyən olunur ki, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iş üzrə Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin fərdi yaşayış evi qəzalı vəziyyətə düşdüyündən tavanı üçmuş, Cavabdeh məxsus əmlaklar uçuntular altında qalmışdır. Hazırda İddiaçı həmin əmlakları həyətyanı torpaq sahəsinin bir küncünə yerləşdirmişdir. İddiaçı dəfələrlə cavabdehə özünə məxsus əmlakı çıxarılmasını tələb etmiş, lakin cavabdeh özünə məxsus əmlakı iddiaçıya məxsus torpaq sahəsindən çıxarmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı məxsus Göyçay şəhərində yerləşən 607.37 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyətdən istifadə hüquqları Cavabdeh tərəfindən pozulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı məxsus Göyçay şəhərində yerləşən 607.37 kv.m həyətyanı torpaq sahəsindən Cavabdeh məxsus cehiz əmlaklar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı məxsus Göyçay şəhərində yerləşən 607.37 kv.m həyətyanı torpaq sahəsindən Cavabdeh məxsus 1 ədəd divan, 1 ədəd divar mebeli, 1 ədəd çörək sobası, 2 ədəd kreslo, 2 ədəd çilçıraq, 1 ədəd televizor altlığı, 1 ədəd masa, 6 ədəd stul, 1 ədəd 2 nəfərlik çarpayı, 2 ədəd çarpayı yanında tumba, 1 ədəd çuğun qazan, 1 ədəd tozsovuran, 1 ədəd çaydan, 2 ədəd fincan-xırda, 2 ədəd bişinti qab serviz, 6 ədəd fincan, 1 ədəd serviz dəsti qara, 1 ədəd su qabı, 12 ədəd balaca dərin boşqab, 12 ədəd xırda boşqab, 1 ədəd yağ qabı, 2 ədəd boşqab dərin, 1 ədəd dörə, 6 ədəd fincan, 1 ədəd cuğun ləyən, 3 ədəd qazan, 1 ədəd dörə, 6 ədəd fincan, 24 ədəd mürəbbə qabı, 2 ədəd şüşə qab, 1 ədəd kauçuk qazan, 6 ədəd fincan dəsti, 1 ədəd güldan şüşə, 4 ədəd kofe fincanı, 4 ədəd kül qabı, 2 ədəd qənd qabı, 1 ədəd tefal qazan, 6 ədəd kasa qaşıqlı, 6 ədəd kasa, 1 ədəd çuğun ləyən, 1 ədəd vanna, 2 ədəd kauçuq qab, 1 ədəd aş süzən, 1 ədəd taxta tərəvəz doğramaq üçün, 6 ədəd fincan dəsti, 8 ədəd kasa, 1 ədəd çaydan, 1 ədəd çaynik, 1 ədəd ləyən balaca, 20 ədəd orta boşqab, 12 ədəd sadə boşqab balaca, 12 ədəd sadə nəlbəki, 12 ədəd sadə boşqab, 24 ədəd boşqab, 24 ədəd sadə xırda boşqab, 14 ədəd sadə xırda boşqab, 1 ədəd çömçə, 2 ədəd şüşə qab, 2 ədəd qruşka, 12 ədəd böyük boşqab, 12 ədəd xırda boşqab, 15 ədəd nəlbəki, 1 ədəd qənd qabı, 1 ədəd kalçuk qənd qabı, 2 ədəd kiçik güldan balaca, 1 ədəd qrafinka dəsti şüşə, 18 ədəd stəkan, 6 ədəd zərli stəkan, 6 ədəd qədəh, 24 ədəd cəngəl, 2 ədəd bıçaq, 17 ədəd meyvə bıçağı, 10 ədəd qədəh, 27 ədəd qədəh, 1 ədəd qrafinka, 1 ədəd güldan, 1 ədəd tava, 1 ədəd çuğun ləyən, 2 ədəd çuğun qab, 1 ədəd çörək qabı, 6 ədəd duz qabı, 6 ədəd stakan, 11 ədəd qənd qabı, 6 ədəd mürəbbə qabı, 18 ədəd xörək qaşığı, 2 ədəd kül qabı, 2 ədəd qənd qabı, 2 ədəd şəkər tozu qabı, 1 ədəd böyük dövrə, 1 ədəd balaca dövrə, 6 ədəd fincan, 2 ədəd 3 mərtəbə qab, 2 ədəd qayıq qab şüşə, 2 ədəd çaynik, 6 ədəd fincan, uşaq çarpayı, 2 ədəd konfet qabı, 1 ədəd ət maşını, 1 ədəd xalça, 3 ədəd xalça, 1 ədəd sadə örtük, 1 ədəd qalın örtük, 1 ədəd yazı masası, 1 ədəd divar saatı, xrustal fincan, 1 ədəd çarpayı döşəyi, 3 ədəd döşək, 3 ədəd yorğan, 2 ədəd güldan, 1 ədəd taxta güldan, 1 ədəd lampa, i ədəd şüşə güldan, 2 ədəd dövrə, 1 ədəd güzgü, 3 ədəd çexol, 1 ədəd əlçək mətbəx, 2 ədəd meyvə qabı şüşə, 1 ədəd meyvə qabı qara şüşə, 8 ədəd süfrə, 1 ədəd çexol, 1 ədəd pərdə, uşaq paltarları, usaq oyuncaqları, qaşıq dəsti, 1 ədəd çarpayı üzü, 2 ədəd çamadan, 1 ədəd tava, 1 ədəd saç qurudan, güzgülər, 1 ədəd gecə işığı, 12 ədəd stəkan, divan üstü, 15 ədəd məhraba, 2 ədəd ipək balınc üzü, 1 ədəd örtük, yastıqlar, 13 ədəd döşək, 1 ədəd paltar yuyan maşın, üst paltarı böyük uşaq üçün, 2 ədəd balınc üzü, 16 ədəd balınc üzü, bagema dəsti, 6 ədəd badə şüşə, 1 ədəd lampa şüşə, 1 ədəd aliminium vedrə, 1 ədəd kiçik paltar yuyan, 4 ədəd pərdə asılan və badə şüşədən ibarət cehiz əmlaklar çıxarılsın. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar